Sosial şəbəkələrdə ədəbiyyat
2020-2021-ci illərdə
Dünyada sosial şəbəkələrin
aktivliyini, istifadəçi
sayı ilə bağlı statistikalar aparan "We Are Social"ın
2020-ci il hesabatına görə, dünyada sosial şəbəkə
istifadəçilərinin sayı 3,80 milyarda
çatıb. Bu statistika onu göstərir ki, artıq sosial şəbəkələr planetimizin
ən başlıca
media vasitəsinə çevrilib.
Bu gün sosial şəbəkədə olmaq
ictimai həyatın mərkəzində olmaq, sosial şəbəkələrdən
tamam uzaq olmaq isə, az qala,
düşüncə dünyasının
periferiyasına çəkilməklə
eyni mənaya gəlməkdədir.
Bu gün Facebook sosial şəbəkəsində
2,49 milyard istifadəçi
var, onun ardınca 2 milyard istifadəçi ilə Youtube, 1,6 milyard istifadəçi ilə WhatsApp gəlir. Rəqəmlərdən də göründüyü
kimi, bəşər tarixində indiyə qədər heç bir media şəbəkəsi
bu dərəcədə
geniş miqyası əhatə etməyib.
Bu miqyas avtomatik
şəkildə öz
qaydalarını, öz
qrammatikasını, öz
eko-sistemini formalaşdırmaqdadır,
belə ki, artıq bu virtual dünyada ənənəvi
medianın qanunları
ya keçərli deyil, yaxud anaxronizm
kimi görünür.
Birbaşa, mərkəzsiz, informasiyanın həm emalı, həm qəbulu bir düymə uzaqlıqda olan bu sistemin
yenilikləri, bütövlükdə
incəsənətə, xüsusilə
də ədəbiyyata
təsir etməkdədir.
Belə ki, xarakteri etibarilə audio-vizual paylaşımlara geniş imkan yaradan sosial şəbəkələrin, internetin
dünyası, görkəmli
italyan yazıçısı
Umberto Ekonun dediyi kimi, bizi klaviatura
vasitəsilə əlifba
dövrünə qaytardığı
üçün, əvvəllər
yazıyla münasibəti
bu qədər intensiv olmayan insanlar da hər
gün nəsə yazmağa başladılar.
Bununla yanaşı, sosial mediada aktiv istifadə
edilən emojilər də ayrıca bir dil formalaşdırmaqdadır.
Emojilərin intensiv istifadəsi
bir yandan şəkli yazıya oxşasa da, digər tərəfdən,
dilə əlavə olunaraq özünəməxsus,
hibrid qarışıq
bir ifadə tərzi yaradır. Bu yeni yarı
hərflərdən, yarı
emojilərdən ibarət
dil ədəbiyyata da təsir edir,
belə ki, artıq ədəbiyyatda eksperimental hekayə kimi, sözlərin minimallaşıb emojilərin
maksimallaşdığı mətnlər də yazılmaqdadır.
Sosial media populyar
mədəniyyətinin geniş
kütlələrə çatmasına,
hər yazılanın
anındaca paylaşılmasına
və rəylərə
açıq olmasına
rəvac verdiyi üçün, bəzən
bu küyün içində sənətə
aid ciddi kontentlər gözdən qaçsa da, bacarığı, talantı olanlar burada kimsənin dəstəyi olmadan özlərini göstərə
bilirlər. "Hər
şeyə icazə var" şüarını
özünə rəhbər
tutan postmodern epoxanın
reallığı budur.
Bu mənada dünya
humanitar fikrində tənqidçilər iki yerə bölünüb.
Birinci cəbhə sözügedən
bu reallığı hədsiz pessimistcəsinə
şərh edərək
deyir ki, artıq ciddi sənət əsəri yaransa da, onun
layiqli dəyərini alması qeyri-mümkündür,
çünki biz post-sənət
erasına qədəm
qoymuşuq. Daha
optimist cəbhə isə
deyir ki, bu, müvəqqəti etapdır, ədəbiyyat,
böyük sənət
yenə öz yolunu tapacaq, çünki indi "sənət" adına
təqdim edilənlər
birdəfəlik istifadəyə
yararlı şeylərdir,
ömürləri növbəti
statusa, tvitə qədərdir.
Ancaq bəlkə
də sənət elə bu iki
qütb arasındakı
gərginlik sahəsində,
qarşıdurmada, konflikt
vəziyyətində özünü
ifadə imkanı tapır.
Çağdaş Amerika yazıçısı
Conatan Safran Foyer "Facebook və kitab" adlı çox maraqlı essesində yazır: "Tanıdığım xeyli
insan kimi, mən də telefon və internetin həyat keyfiyyətimizi azaltdığını,
dərin ehtiraslardansa parıltıya rəvac verdiyini, diqqəti dağıtdığını, konsentrasiyamızı get-gedə
çətinləşdirdiyini və çox vaxt məni olduğum yerdən qopardığını düşünürəm.
Hamamda uşaqlarımı yuyunduranda
özümü elektron
poçtumu yoxlayan yerdə tuturam, yaxud yazı yazarkən, bir cümlə, yaxud fikir rahatlıqla ağlıma gəlməyəndə
əlim tezcə internetə gedir. Gözəl bir bahar günü
telefonumun ekranını
yaxşı görmək
üçün özümü
kölgəlik axtaran yerdə tuturam. Sizdə heç belə olmur? Sevdiyiniz bir adamla telefonda danışarkən,
gizli nömrədən
zəng gələndə,
sevdiyiniz adamı gözlətdiyiniz olubmu?
Fiziki tənhalığınızı hissi tənhalıqla qarışdırmısınız heç? Diqqət dağınıqlığı ilə aranızdakı münasibətin dəyişdiyini
hiss etmisiniz: bir vaxtlar xeyli darıxdırıcı
olan şeyin artıq axtardığınız
şeyə çevrildiyini?
Başqa
bir zəngə cavab vermək istəyirsiniz? Deyirsiniz
ki, kaş cavab verməli olduğunuz bir e-mail olaydı? Lazımsız bir mesaj gələndə
telefonunuzdan çıxan
səsə həsrətmi
qalmısınız?".
Bütün paradoksal cəhətlərinə
baxmayaraq, sosial şəbəkələr yeni
əsrin reallığı
kimi artıq həyatımızın, informasiya
resurslarımızın ayrılmaz
hissəsidir. Sosial şəbəkələr bir yandan insanlarda
qəribə asılılıqlar,
yeni patologiyalar yaradır, bir yandan möhtəşəm
imkanları vasitəsilə
məsafədən ünsiyyət
qurmağa, kommunikasiya
qrupları yaratmağa,
informasiyanı əlçatan
etməyə gözəl
şərait yaradır.
Belə ki, tutalım, çağdaş dövrdə
artıq psixologiyanın
yeni araşdırma predmeti kimi daxil
olan "nomofobiya"
anlayışı maraqlıdır.
Bu anlayış "no mobil fobiya" sözlərindən yaranıb
və mobil telefondan asılılığı,
onu itirmək, ondan aralı qalmaq qorxusunu ifadə edir. Digər tərəfdən, yeni texnologiyalar, o cümlədən
sosial şəbəkələr
bütün dünyada
olduğu kimi, ölkəmizdə də çox maraqlı kitab, sənət vloqlarının, kitab səhifələrinin yaranmasına
imkan yaradıb.
Ölkəmizdə facebook sosial şəbəkəsində sənətlə,
kitabla bağlı aktiv fəaliyyət göstərən bu səhifələri xüsusilə
qeyd edə bilərik: "Kitab həyatdır", "Kitabsevərlər",
"Kitabıstan", "KitabGəzər", "Dartanyanlar
kitab klubu", "Kitablarla inkişaf edək", "Kitabı
Karandaşla oxuyanlar".
Bundan başqa, kulis.az, proza.az, yarpaq.az, mucru.art,
sim-sim.az, edebiyyatqazeti.az kimi ədəbiyyat saytları da
virtual dünyada aktivdir.
Fikrimcə, Youtube-un Azərbaycan seqmentində ən yaxşı kitab blogerlərindən
biri Lamiyə Göycəyevadır. Onun youtube-da Lamiya
Blue-Fox adı altında fəaliyyət göstərən
kanalı kitablarla bağlı özünəməxsus təqdimatı,
yığcamlığı, maraqlı rubrikalar tapması və
bütün bunları maraqlı tərzdə ifadə etməsi
baxımından başqalarından fərqlənir.
Kanalın keçidi: https://www.youtube.com/c/LamiyaBlueFox/featured
Bu məruzəyə hazırlaşarkən
Lamiyə xanıma anket xarakterli bir
neçə sual ünvanladım və youtube kanalıyla
bağlı bu məlumatları əldə etdim:
"YouTube" kanalımda ilk video 31 may 2020-ci ildə
yayımlanıb. Dünya ədəbiyyatı, eləcə də
yerli ədəbiyyatdan seçilən qeydləri
paylaşdığımız "Kitabı karandaşla
oxuyanlar"ın saytı, "Facebook", "Instagram"
və "Twitter" platformalarında səhifəsi var idi. Yenilik kimi kanal açmaq istədik. Pandemiya şəraiti də bunu bir növ tezləşdirdi.
Mütaliə etdiyim bədii ədəbiyyat
nümunələri haqqında qısaca məlumat verirəm,
təəssüratlarımı bölüşürəm, məndə
doğurduğu assosiasiyalara toxunuram. Ümumilikdə
kanalda 91 kitab, bədii sindromlar və çap terminləri barəsində,
həmçinin müxtəlif mövzuda "sual-cavab"
tipli 34 video yayımlanıb. Ən
çox reaksiya "Bədii ədəbiyyatda xəyanətkar
qadınlar" başlıqlı videoya gəlib".
Videonun keçidi: https://www.youtube.com/watch?v=TMqc7AYELNc
Youtube platformasında kitablarla bağlı çoxşaxəli, produktiv,
maraqlı səhifələrdən biri də Sərxan
Rüstəmovun səhifəsidir:
https://www.youtube.com/c/serxanrustemovvlog/videos
Sərxan
bəy youtube kanalıyla bağlı ona
ünvanladığım anket xarakterli suallara belə cavab
verib: "2016-cı ilin fevral ayından başlamışam
yutubda videolar paylaşmağa. İndiyə qədər
olan ümumi izlənmə - 277,075. Ümumi
abunə sayı 7165 nəfər. 2020-ci ildə
cəmi əlli altı video paylaşmışam. Bu videolardan iyirmi üçü sırf kitab təhlili
və tövsiyəsidir. Yeddisi TV-lərə
videomüsahibədir. Beşi müxtəlif
yazıçı və şəxslərdən kitabla,
mütaliə ilə bağlı aldığım müsahibələrdir.
Beşi səsləndirdiyim qısa kitab və
hekayələrdir - audio booklar. Qalanları
isə kitab və mütaliə mövzusunda müxtəlif tədbirlərdə
çıxışlar, uşaq tərbiyəsi ilə
bağlı oyunlar, kitablar, izlədiyim filmlər və digər
vloq tipli videolardır. Bu kanal ideyası necə
yarandı? Kanalı
açdığım ildə övladım yeni doğulmuşdu,
ata olmağın verdiyi məsuliyyət hissi yəqin, burda
önəmli rol oynayıb. Xüsusən də
uşaq tərbiyəsi mövzusunda kitablar oxuduqca bunları
hamı bilməlidir, bilsələr daha yaxşı cəmiyyətdə
yaşayarıq, uşaqlarımız daha təhlükəsiz
mühitdə böyüyər deyə düşündüm.
Eyni zamanda sosial mediada olan boşluğu, məlumat kirliliyini bu
formada az da olsa azalda biləcəyimi
düşündüm. Bu formda artıq altı
ilə yaxındır ki, davam edirəm, bəzən hər həftədə,
bəzən iki həftədən bir çalışıram
ki, mütləq kanala nəsə yükləyim".
İnstagram platformasında "iki
misra", "poçtqutusu",
"poeziyaklubu", "kitabdanparça",
"qaranida", "dahiler_seheri", "kitablandiya",
"birazpoeziya", "mikayilmusviqdunyasi" kimi səhifələr
aktiv fəaliyyəti ilə seçilir.
Düşünürəm ki, dünyada kifayət qədər tanınan, bizdə isə yeni-yeni istifadəçi sayı çoxalan twitch platformasının
imkanları yaxın zamanda daha çox
adamı cəlb edəcək. Artıq facebook kimi
"qoca" şəbəkələrdən
yorulan Z nəslinin nümayəndələri yeni
yaranan telegram kimi sosial şəbəkələrdə
kitab, ədəbiyyat,
mədəniyyət, mifologiya
ilə bağlı kanallar yaradırlar. Məsələn, yazıçı Ömər Xəyyamın
telegram kanalı son illərdə
mədəniyyətlə, xüsusilə,
kinematoqrafiya ilə bağlı müntəzəm
paylaşımları, yığcam
analitik təhlilləri
ilə diqqət çəkir.
Bu gün artıq
internet dünyası növbəti
mərhələyə, metaverse
deyilən yeni etapa qədəm qoymaqdadır. Çağdaş
texnologiyaların artıq
ildən-ilə yox, az qala,
aybaay yeniləndiyi, üstəgəl, son iki ildə pandemiyanın yaratdığ fiziki, psixoloji ovqat, evə qapanma, evi iş yerinə
çevirmə kimi məsələlər, internet nəsli
üçün virtual reallığı
həyatın ən adi, lazımlı, məcburi gerçəkliyinə
çevirib. Metaverse,
NFT, blockchain texnologiyaları
bu yeni reallığın
hələlik ən sonuncu mərhələsidir.
Qismət RÜSTƏMOV
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış.- 2022.- 5 mart.- S.12.