Xalq yazıçısı qazilər
və
şəhid ailələriylə görüşüb
Martın 3-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar Birliyinin I katibi Xalq yazıçısı Çingiz Abdullayevlə qazilər və şəhid ailələrinin görüşü keçirilib. Tədbirdə millət vəkili Mixail Zabelin də iştirak edib. Millət vəkili 44 günlük müharibədə Azərbaycan ordusunun qəhrəmanlığından, bu müharibədə milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın torpaqlarımızın azadlığı uğrunda canla-başla döyüşməsindən söz açıb.
Tədbirdə müxtəlif millətlərin nümayəndələri iştirak edib.
Xalq yazıçısı 44 günlük müharibədən, şanlı zəfərimizdən və Azərbaycanın Ali Baş Komandanının iradəsindən, Azərbaycan Ordusunun şücaətindən danışıb.
“Bu, mənim Azərbaycanımdır, onun ordusunda xalqımızın bütün nümayəndələri birgə vuruşurdular” deyə Xalq yazıçısı bildirib.
Qazilər, şəhid ailələri Xalq yazıçısına görüş üçün minnətdarlıqlarını bildiriblər.
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış.- 2022.- 5 mart.- S.21.