Təbrizə düşən “İz”
Mәmmәd
İsmayılın
“İz” romanı Bakıda
çap olunduqdan sonra haqqında çox saylı mәqalәlәr yazılıb vә dünyanın bir çox
yerlәrindә kitab halında nәşr olunub. Almanyanın
nüfuzlu Amazon nәşriyyatında almanca çap olunan roman mötәbәr Frankfurt kitab yarmarkasında yer
alıb. Kitabın türkcә variantını nәşr edәn İstanbulun Akıl Fikir yayınları nәşriyyatının tәşәbbüsü ilә instagramda türk
dünyasının müxtәlif yazıcı vә elm adamlarının
iştirakı ilә müzakirәsi keçirilib.
Bu dәfә isә
“İz”in yolu Tәbrizә
düşüb. Romanı fars әlifbasına Cәnubda әdәbiyyatımızın cәfakeşi Mehdi Meimandi
çevirib. Kitabı Nəbati nəşriyati iş birliyi ilә Azər Turan nəşriyatı
çap edib. Bu, Mәmmәd İsmayılın Tәbrizdә işıq üzü görәn
ikinci kitabıdır. Bundan әvvәl şairin seçmә şerilәrindәn ibarәt “Duyğuların
işığı” kitabı da Tәbrizdә nәfis şәkildә çap olunmuşdu. O kitab da Mehdi
Meimandi bәyin tәşәbbüsü vә iştirak ilә nәşrə
hazırlanmışdı.
Ədəbiyyat qəzeti.- 2022.- 12
mart.- S.18.