Yaz gəlib, bilirsənmi?

 

Pəncərəmin önündə

Ağaclar çiçəkləyib.

Yaz gəlib, bilirsənmi,

Adamlar ürəklənib.

 

Sevənlər tabsızlaşıb,

Həsrətlər dadsızlaşıb,

Yaz gəlib, bilirsənmi,

Tənhalar yalqızlaşıb.

 

Budaqlar naxışlanıb,

Torpaqlar yağışlanıb,

Yaz gəlib, bilirsənmi,

Günahlar bağışlanıb.

 

Səhər ƏHMƏD

 

Ədəbiyyat qəzeti.- 2022.- 19 mart.- S.18.