Müdir havası
Ssenari
I kadr. Üçmərtəbəli inzibati bina.
Bahalı minik maşını
gəlib onun qapısında dayanır.
Şux qamətli rəis xüsusi ədayla maşından düşür.
Sürücü maşından onun
paltosunu götürüb
dalınca gedir.
II kadr. İdarədə rəisin otağı.
Uzun iclas stolu. Bayaq maşından düşən
rəis başda oturub. Özünəməxsus
şəkildə sözə
başlayır:
- Mən çox danışmayacağam. Sizə məlumdur
ki, əvvəlki rəis buranı söküb-dağıdıb. Məni buranı düzəltməyə
göndəriblər. Bu
gündən hamı mənim havamı oynayacaq.
Hamı
birdən:
- Baş üstə, rəis.
- Mənim havamı bilirsiniz?
Hamı bir-birinin üzünə baxır. Rəis:
- Mənim havam çətin deyil. O kinoda necə deyirlər?
Hamı
birdən:
- "Heyvagülü".
Rəis maqnitofonun düyməsini basır. "Heyvagülü"nün
havası otağı
bürüyür. Hamı rəisin
başına toplaşıb
rəqs edir. Nəsə gurultu eşidilir. Həmin inzibati bina. Üçmərtəbəli binadan iki mərtəbə qalıb.
III kadr. İki mərtəbəsi qalmiş inzibati bina. Yenə həmin bahalı
maşın gəlib dayanır. Bu dəfə ondan başqa bir rəis düşür.
Sürücü onun portfelini
götürür.
IV kadr. Əvvəlki kabinet və
həmin adamlar. Təkcə rəis dəyişib.
Rəis sözə başlayır:
- Mən çox danışmayacağam. Sizə məlumdur
ki, əvvəlki rəis buranı söküb-dağıdıb. Məni buranı düzəltməyə
göndəriblər. Bu
gündən hamı mənim havamı oynayacaq.
Hamı
birdən:
- Baş üstə, rəis.
- Mənim havamı bilirsiniz?
Hamı bir-birinin üzünə baxır. Rəis:
- Mənim havam çətin deyil. O kinoda necə deyirlər?
Hamı
birdən:
- "Süleymani".
- Rəis maqnitofonun düyməsini basir. "Süleymani"nin havası kabineti bürüyür. Hamı rəisin
başına toplaşıb
rəqs edir. Nəsə gurultu eşidilir. Binanın ümumi mənzərəsi.
İkimərtəbəli binadan bir mərtəbə qalıb.
Bu dəfə maşından başqa bir rəis düşür.
Sürücü onun portfelini
götürür.
V kadr. Əvvəlki kabinet və
həmin adamlar. Təkcə rəis dəyişib.
Rəis sözə başlayır:
- Mən çox danışmayacağam. Sizə məlumdur
ki, əvvəlki rəis buranı söküb- dağıdıb.
Məni buranı düzəltməyə
göndəriblər. Bu
gündən hamı mənim havamı oynayacaq.
Hamı
birdən:
- Baş üstə, rəis.
- Mənim havamı bilirsiniz?
Hamı bir-birinin üzünə baxır. Rəis:
- Mənim havam çətin deyil. O kinoda necəydi?
Hamı
birdən:
- "Vağzalı".
- Rəis maqnitofonun düyməsini basır.
"Vağzalı"nın
havası kabineti bürüyür. Hamı rəisin
başına toplaşıb
rəqs edir. Nəsə gurultu eşidilir.
VI kadr. Bina yerləyeksan olub.
Ətraf
mənzərələrdən bilinir ki, bura
həmin inzibati binadır. Bu dəfə maşından
başqa bir rəis düşür.
Sürücü onun portfelini
götürür. Sürücünün o biri əlində maqnitofon var. Rəis xarabalığın önündə
dayanır. Rəis:
- Mən çox danışmayacağam. Sizə məlumdur
ki, əvvəlki rəis buranı söküb- dağıdıb.
Məni buranı düzəltməyə
göndəriblər. Bu
gündən hamı mənim havamı oynayacaq.
Həmin adamlar xarabalığın
içərisindən qəbirdən
qalxan kimi çıxırlar. Hamı birdən:
- Baş üstə, rəis.
- Mənim havamı bilirsiniz?
Hamı bir-birinin üzünə baxır. Rəis:
- Mənim havam çətin deyil. O kinoda necəydi?
Hamı
birdən:
- "Zəminxara".
Rəis maqnitofonun düyməsini basir. "Zəminxara"nın
havası ətrafı
bürüyür. Hamı rəisə
tərəf gəlmək
istəyir. Nəsə gurultu
eşidilir.
"Zəminxara"nın sədaları altında böyük bir katlavan görünür.
Atababa İSMAYILOĞLU
Ədəbiyyat qəzeti.- 2022.- 19 mart.- S.28.