Sunami
Mənim ürəyimdə
qışqıran gənclik,
Qaldır, at çiynindən ətalətləri!..
Silkələ yarımçıq həqiqətləri,
Silkələ yarımcan ədalətləri!..
O gözəl, qorxulu, səadət
dolu
Dəli sevdalara qayıt təzədən,
-
Günəşli, gurşadlı, əzəmət
dolu
Yatan tufanları oyat təzədən!
Mənim damarımda
qışqıran gənclik!
"Çahargah" üstündə
köklən bir daha,
Kökdən düşənləri
qaldır ayağa, -
Yorulub, qırılıb torpağa
düşmüş
Göydən düşənləri
qaldır ayağa, -
Qanadı qırılmış
qızılquşların
Qanlı qisasını al, dur
ayağa!
Sənin yorulmağa ixtiyarın yox,
Yalan qoşun-qoşun, həqiqətsə
tək.
Sənin qismətinə
düşübdür indi
Təklənən təkləri
qoruya bilmək, -
Tikanlar, qanqallar səltənətində
Tənha çiçəkləri
qoruya bilmək, -
Gözünü versə də, su
verilməyən
Təşnə ürəkləri
qoruya bilmək!
Mənim ürəyimdə
qışqıran gənclik!
Sənin yorulmağa ixtiyarın yox,
Sənin qırılmağa
ixtiyarın yox, -
Səni gözləyirlər, səni
gör nələr:
İşıq qiyafəli zülmətbazların
Gözlərdən
asdığı gözəl pərdələr,
Ağıl qamaşdıran, göz
qamaşdıran,
Ardında növbənöv, bərli-bəzəkli
Xəyanət dayanan, cinayət duran
Haqqa baş yastığı...
Gözəl pərdələr!
Səni gözləyirlər son
ümid kimi
Qırılan sonuncu səslər, nəfəslər,
Səni gözləyirlər şərin
əzdiyi,
Zülmətin boğduğu günəşpərəstlər!..
Mənim damarımda
qışqıran gənclik!
Bir dəfə demişəm, qoy bir
də deyim:
Allah Xeyirlədir! Şər ilə
deyil!
Qalxıb qanadlanıb sunami kimi
Qüdrətini göstər, qəddini
göstər, -
Xeyrə qəbir qazan şərəfsiz
şərə,
Bütün zərli-zorlu şərəfsizlərə
Dərələr dibində həddini
göstər!..
Ən maraqlı
sual
Kim deyər qocalıq hardan
başlayır? -
Saçına ələnən
qardan başlayır, -
Gözündə azalan nurdan
başlayır, -
Kim deyər qocalıq hardan
başlayır?
Fərqi yox, on səkkiz, ya da əlli
yaş,
Nə qədər həqiqət səngərindəsən,
-
Ürəyində bahar, ruhunda təlaş,
Ədalət, ləyaqət səngərindəsən,
-
Yaxın düşə bilməz
qocalıq sənə.
Nə qədər qəlbində
dalğalı dəniz,
Dəli çaylar axar
damarlarında, -
Məhəbbət adlanan səssiz-səmirsiz
İlk bahar yaşayar son
baharında, -
Yaxın düşə bilməz
qocalıq sənə.
Nə qədər bir yarpaq şeir,
ya mahnı
Titrədə bilirsə ruhunu hələ,
-
Saxlaya bilmisən gəncliyindəki
Dağları yandıran
ahını hələ, -
İçirsən, az
qala sərxoş olursan
Qızıl dan yerinin şəfəqlərini,
Aylı gecələrin şehini hələ,
-
Ən baha daş-qaşdan baha bilirsən
Bir qızıl lalənin şehini
hələ, -
Yaxın düşə bilməz
qocalıq sənə.
Nə qədər ki, hələ
dostlar yanında
Dəyişdirməmisən
haqqı nahaqqa,
Qatıq qara deyil, ağdır səninçün,
-
Yüz dəfə desələr sənə
ağsaqqal,
Ürəyini sıxma, kefini pozma,
Gəncliyin ölməyib,
sağdır səninçün -
Yaxın düşə bilməz
qocalıq sənə.
Açıb ürəyinin qanadlarını
Zirvədən-zirvəyə
uça bilərsən, -
Zirvələrdə bitən
güllər içindən
Zirvələr qızını
seçə bilərsən, -
Bir eşqin könüllü
işgəncəsindən
Dirilik suyunu içə bilərsən,
-
Halaldır ən böyük səadət
sənə,
Yoxdur ölüm sənə, fəlakət
sənə!
Bəs onda qocalıq hardan
başlayır? -
Maraqlı sualdır, uzağa getmə,
O səndən başlayır, məndən
başlayır,
On səkkiz, iyirmi, otuz
yaşında
İlk dəfə kiməsə
yaltaqlandığın,
Boynunu əydiyin andan
başlayır.
Tutulub karyera xəstəliyinə
Yuxuda gördüyün dəndən
başlayır.
Hansı nadanasa salam
verməyə
Durub gözlədiyin tindən
başlayır.
Nə fərqi cavan, ya ahıl
yaşında,
Mənəm-mənəm deyən
cahıl yaşında
Yalan
danışdığın gündən başlayır.
Saçları qapqara, qaməti
şamşax,
Daxilən əyilmiş, əcaib
qoca.
Elə şikəst edib öz gəncliyini,
Qoca da qalacaq ömrü
boyunca.
Saçları qapqara, qaməti
şamşax,
Hələ öz içində
ölənlərə bax.
Gəzib-addımlayan canlı tabuta,
Diriykən gorbagor olanlara bax.
Bildinmi qocalıq hardan
başlayır? -
Mən bildim. Qismətim əbədi gənclik.
Çəkmədim nə
şöhrət, nə də var dərdi, -
Var bircə qorxum ki, qocalda məni
Bu gözəl, bu cavan qocalar dərdi...
Ehey!..
Yaşıl gənclik, sevirəm sizi,
Vaxtsız qocaltmayın Zabil Pərvizi!..
Yaxşı ki...
Bir dəfə dostlarımla birgə
Muğanın ucqar bir yerində
süfrə açdıq.
Sonra öyrəndik ki, həmin yer
zəhərli
ilanların yatağıdır.
Ayrılıb dünyanın
qayğılarından
Günlərin bir günü Məcnunsayağı
-
Çıxdıq evimizdən
gün doğan zaman,
Çatdıq bir mənzilə
günorta çağı.
Bütün əyləncələr
çıxmışdı yaddan,
Bürkü od
içində, alov gücündə.
Çöllər
alışırdı al günün altda,
Üfüqlər
üzürdü ilğım içində.
Amma bu çöllərin tən
ortasında
Bir tutla bir söyüd verib
baş-başa.
Yayın qızmarında,
günortasında
Ayağı altında su
aşıb-daşar.
Yığıldıq başına
tutla söyüdün,
Sığındıq şərikli
kölgəliyinə.
Söz-sözün oduna baş
alıb getdi
Şeir sahilinə, söz
sahilinə.
Biz şeir oxuduq ana dilində,
Bu yerin torpağı,
daşı dinlədi.
Ocağın gözündə yanan
odunun
Qurusu dinlədi, yaşı
dinlədi.
Oxuduq alovun, odun dilində,
Söyüdün dilində, tutun
dilində, -
Solğun, alayanıq yovşan dinlədi,
Biçənək eşitdi,
kövşən dinlədi.
Amma heç birimiz etmədik
güman
Nə isə, hardasa göz
qoyur bizə.
Tikanlar dibindən, daşlar
dalından
Qulaq asanlar var sözlərimizə.
Bizim bu qəribə söz məclisinin
Dəhşətli, qəzəbli
"qonaqları" var.
Ağlına gəlmədi heç
birimizin
Bizi addım-addım izləyir
onlar.
Gürzələr ovsuna gəlməz
deyiblər,
Çayanlar ovsuna gəlməz
deyiblər, -
Bəs nədir onları ovsuna salan,
Bəs niyə uçmadı
uçağan ilan?
Biz şeir oxuduq ana dilində,
Çiçəyin dilində, otun
dilində,
Söyüdün dilində, tutun
dilində
Birliyə çağıran
nəğmələr dedik.
Qeyrəti olanlar birləşər
dedik, -
Gürzələr,
çayanlar ovsuna gəldi.
Bu ana torpağın ana dilində
Dərdini duyanlar ovsuna gəldi.
Bizim taleyimiz muraz üstdəymiş,
Yad səsə, yad ruha
qarışmamışıq.
Yaxşı ki, anamız namaz
üstəymiş,
Yaxşı ki, yad dildə
danışmamışıq...
Barat Vüsal
qalası
Dəli könlüm, söz
köhlənim,
Dayan, çək öz
cilovunu.
Bu vadidə keçməz daha
Söz havası, dil oyunu.
Bu daşlara diqqətlə bax,
Zamanı üyüdür,
udur.
Bax, bu daş düşmən kəlləsi,
Bu daş da dost yumruğudur.
Sən deyən çox deyil yaşı,
Dayan görək bu nə qala.
Görək kimdir tikən bunu,
Bu çınqıldan xəbər
alaq.
İlin, günün bu vaxtında
Qala tikmək kimə gərək, -
Ay usta, işin irəli,
Ulduzun, bürcün mübarək!
Ay usta, yorulmayasan,
Nə qəribə qaladır bu, -
Hansı odda yoğurmusan,
Daş daşa qaynaq olubdu.
Səda gəldi: - Dili qafil,
Tanımadın, yeni əsrin
Bu tanrısal qalasıdır, -
Diri şeirin, diri sözün
Barat Vüsal qalasıdır!..
Atamın əlcəkləri
Bizim bağ, bizim həyət,
evimiz,
eyvanımız...
Bu da qapısı bağlı
təsərrüfat
damımız.
Açıb keçdim içəri,
burda
nələr var, nələr,
Köhnə gürz, köhnə
külüng...
və
köhnə xatirələr...
Balta, mişar, nə varsa
atamın
yadigarı,
Zəhmətlə keçən
ömrün
bu
imiş etibarı.
Köhnə çəkic
qaralıb,
kəlbətini
pas tutub,
Bu açar da, kilid də
sahibinə
yas tutub...
Nə görürəm, İlahi,
toz-torpağın
içində,
Lingin, belin dibində,
divarın
bir küncündə.
Atılıbdır atamın
köhnə
iş əlcəkləri,
Böyrü-başı
sökülmüş,
didilmiş
əlcəkləri.
Vaxt var idi onlara
iş
üstündə baxardım.
Atam yer şumlayardı,
mən
də çayır yığardım.
Bu zindanın üstündə
atam
dəmir döyərdi,
Mən daşı gətirərdim
dəryaz
itiləyərdi.
Əlcəklər tək deyildi,
bir
neçə cütdü ancaq,
Birində torpaq ətri,
o
birində ot-ocaq,
Atam bir az əsəbi,
iş
görəndə tələskən,
Atamın zəhmi yağır
yenə
əlcəklərindən.
Odun yaran, gürz vuran,
daş
daşıyan bir insan
Heyif ki, qocalmadı,
tez
əl çəkdi dünyadan.
Üstündən illər
keçib,
unutmuşam
haçandı,
Uzaqlarda qalıbdı
ayrılığın
kədəri.
Təəssüflə baxıram,
atamdan
çox yaşadı
atamın
əlcəkləri...
Heyif, məndən onlara
sahib
çıxan olmadı,
Yer şumlayan olmadı,
çayır
yığan olmadı.
Dayanmışam, baxıram
bir
az dalğın, pərişan, -
Atamın əlcəkləri
atam
kimi tərs imiş,
yapışıblar
yaxamdan...
Zabil
PƏRVİZ
Ədəbiyyat qəzeti.- 2022.- 7 may. S. 26.