Vətən
sevgisi
Səhra könülləri bağa
döndərən
Xəbər sevgisidir Vətən
sevgisi.
"Lələtəpə"ləri
dağa döndərən
Zəfər sevgisidir Vətən
sevgisi.
Üzünə qələbə
günəşi gülər,
Qəlblərə məhəbbət
şəfəqi çilər,
Güllərdən boylanar, göylərdən
gələr,
Səhər sevgisidir Vətən
sevgisi.
Halal süfrəmizdir bu Mil, bu
Muğan,
Vətən ər böyüdən,
Ana - ər doğan!
İgid babaların bizə ərməğan,
Özəl sevgisidir Vətən
sevgisi.
Odur sevdamızın ruhuna qanad,
Bir dəmir qəfəsdir
onsuz bu həyat.
Bu Göygöl, Maralgöl, Marxal,
Batabat,
Xəzər sevgisidir Vətən
sevgisi.
Baş olsun! - Çəkməsin
başım çəkəni,
Torpağım çəkəni,
daşım çəkəni,
Yazağzı "Sərsəng"dən
daşıb güclənir,
Tərtər sevgisidir Vətən
sevgisi.
Kor olsun bu günü görə
bilməyən,
"Can" deyib canını verə
bilməyən!..
Qisas almayınca qına girməyən,
Xəncər sevgisidir Vətən
sevgisi.
Onun hər tərəfi, hər
yanı səngər,
Uçqunu, daşqını,
yarğanı səngər.
Döşəyi səngərdir,
yorğanı səngər,
Səngər sevgisidir Vətən
sevgisi.
Özünü şəhidlik oduna
atan,
Solduqca çoxalan, öldükcə
artan,
Vətən bayrağına bükülüb
yatan,
Əsgər sevgisidir Vətən
sevgisi.
Gəlir yerinə
Xalqımızın dəyərli
oğlu, general-mayor Polad Həşimov şəhid olan gün
Qəbələdə doğulan oğlan uşaqlarının
hamısının adını Polad qoyublar.
Ovu gərək bərəsində
vurasan,
Babaların sözü gəlir
yerinə.
Tələsini vədəsində
qurasan,
Şikar onda özü gəlir
"yerinə".
Laçında bir dərə var
ha, hansıydı, -
"Şordıvazlar" Soltan bəyin
qazıydı?..
O tərəflər fəsillərin
yazıydı,
Ömrümüzün
yazı gəlir yerinə.
Şəlalələr zirvələrdən
sallanır,
Dərələri yallı
gedib hallanır.
Arıların pətəkləri
ballanır,
Çiçəklərin
nazı gəlir yerinə.
Yamaclara duman çökür, sis gəlir,
Qalayçı qış dərələrin
misgəri...
Bu yurd üçün şəhid
olan əsgərin
Mehdi gəlir, Həzi gəlir
yerinə.
Tanımırsan bu haykları,
hayları? -
Oxun atıb, gizləyirlər
yayları...
Susdurulmuş bulaqların,
çayların
Nəğmələşmiş
səsi gəlir yerinə.
Vətən üçün şəhid
doğmur hər doğan,
Ərən doğmur, igid
doğmur hər doğan.
"Ərgünəş"ə
salam verir Ərdoğan,
Dağı gəlir,
düzü gəlir yerinə.
Nuru Paşa, qaldır yenə
qoşunu,
Düşmənlərin
qançıxmazı qaşınır...
Vətən! Sən də
uca saxla başını, -
Biri gedir.., yüzü gəlir yerinə!..
Sən qalib gələcəksən
Cüssəndə can oyanır,
canında qan oyanır,
Köksündə illər ilə
yatmış vulkan oyanır.
Talış, ləzgi, avar,
türk.., Azərbaycan oyanır,
Vətən, gözlərin
aydın,
Gözlərin aydın,Vətən!
Ürəyimə
dammışdı: sən qalib gələcəksən!
Uca saxla başını, əymə
daha qəddini,
Qoymarıq qanlı
düşmən bir də aşa həddini.
Kirpiklə qoruyarıq göz
adlı sərhədini,
Vətən, gözlərin
aydın,
Gözlərin aydın,Vətən!
Bu müzəffər
yürüşdə sən qalib gələcəksən!
Biz Vətən savaşında
hamımız mücahidik,
Hərəmiz yüz əsgərik,
hərəmiz yüz igidik,
Qalırıqsa - qaziyik,
ölürüksə - şəhidik,
Vətən, gözlərin
aydın,
Gözlərin aydın,Vətən!
Bu duruşla, yerişlə sən
qalib gələcəksən!
Sənin işin haqq işi,
savaşın haqq savaşı,
Babalardan əmanət doğma torpaq
savaşı,
Əldə bayraq savaşı,
başda papaq savaşı,
Vətən, gözlərin
aydın!
Gözlərin aydın,Vətən!
Bu mübarək savaşda sən
qalib gələcəksən!
Bayrağını öpməyə
qalxıb Savalan gəlir,
Üstünə gül səpməyə
Mil gəlir, Muğan gəlir,
Burdan İlham Əliyev, ordan
Ərdoğan gəlir,
Vətən, gözlərin
aydın,
Gözlərin aydın,Vətən!
Bundan belə hər işdə sən
qalib gələcəksən,
Sən qalib gələcəksən!!!
Sözün qələbəsi
Vətən, təbrik edirəm, təbrik
edirəm səni,
Qəlbindəki duyğunun,
hissin qələbəsidir.
Susmuş bulaqlarında hərarətin,
hənirin,
Sönmüş ocaqlarında
közün qələbəsidir.
Yurdu bizə əmanət qoyub
babalarımız,
Çox qanları su ilə
yuyub babalarımız.
"Səbr Allahın
adıdır" deyib babalarımız,
Otuz illik həsrətin
dözüm qələbəsidir.
Nə yaxşı! - gördüklərim
nə yuxudur, nə röya,
Günəş də
gülümsəyir nurunu yaya-yaya.
Bu işıqlı dünyaya,
yaraşıqlı dünyaya
Zülmətlərdən
boylanan gözün qələbəsidir.
Büllur kimi suları dərələrdə
lillənən,
İstəkləri gül
açan, arzuları dillənən,
Əngin səmalarında
bayrağımız yellənən,
Ərgünəşin,
Murovun, Kirsin qələbəsidir.
"Heyratı"nın
sədası öz dünyamdan qoparır,
Bu yaşımda məni də
"cəngi" cəngə aparır.
Tarzənin sinəsində tar da
tufan qoparır.
Aşığın
köksündəki sazın qələbəsidir.
Biz Vətənə can demir,
canı qurban deyirik,
Yüzillik düşmənini 44
günə əyirik!..
Bu şanlı qələbəmiz
şər üstündə xeyirin,
Sərt qışın üzərində
yazın qələbəsidir.
Vurğunuyuq burdakı hər
döngənin, guşənin,
Başına dolanarıq bizi
başa düşənin.
Xocalının, Ağdamın, Xocavəndin,
Şuşanın..,
İntiqamın, qisasın,
hirsin qələbəsidir.
Aynasından Ay, ulduz asılan
körpələrin,
Oyuncaq dünyaları pozulan körpələrin,
Taleyinə şəhidlik yazılan
körpələrın,
Yelləncəkdə yellənən
qızın qələbəsidir.
Hamı zəfər eşqində,
qələbə həvəsində,
Od
yağır komandirin "Atəş! Atəş!" səsindən...
Qəhrəman əsgərlərin
döyüş salnaməsində
Qızıl sözlə
yazılan qızıl qələbəsidir.
Öz fərmanı olurmuş hər
vaxtın, hər zamanın,
Möcüzəsi var imiş
Şuşamızda dumanın.
Dilinə qurban olum, Ali Baş
Komandanın,
Cəsarət meydanında
sözün qələbəsidir!
Şuşa
döyüşü
Bu da əsrimizin Şuşa
döyüşü,
Bu da nəslimizin təzə mərdliyi.
Sözdü, - danışsalar,
gözdü, - görsələr,
Tanrım gətirməsin
gözə mərdliyi.
Bu bir haqq savaşı, -
möcüzə döyüş,
Necə də yaraşır gör
bizə döyüş..,
Bu da əlbəyaxa, üz-üzə
döyüş,
Çevirə bilmirəm
sözə mərdliyi.
Keçib keçilməyən o
şırımları,
Aşıb aşılmayan
aşırımları,
Keçirib qoluna
ildırımları,
Özəl ordumuzun özəl
mərdliyi.
Sevinc duyğuları qəmləri
təklər,
Coşub yallı gedər yallar, gədiklər...
Tarzan öz tarını "cəngi"yə
köklər,
Aşıq təlim edər
saza mərdliyi.
Nəmli gözləriylə odlar
götürən,
Qisasa səsləyən, vəcdə
gətirən,
Şəhid tabutların altına
girən,
Analar öyrətdi bizə mərdliyi.
Dünya yalanlardan bezər sonucda,
Haqqı, ədaləti
çözər sonucda.
Hərbi dərsliklərə yazar
sonucda,
Bu ər
döyüşünü, gözəl mərdliyi.
Əşrəf
Veysəllini
kim tanıyır ki...
O, alış-verişdən uzaq
yaşayır,
Hər cür göstərişdən
uzaq yaşayır.
81 yaşına çatıb təzəcə,
Məhlədə bir körpə
uşaq yaşayır.
Əşrəf Veysəllini kim tanıyır ki?!
Bir gözü ağlayan, bir
gözü gülən,
Sən ey əsəbləri gərilən
vətən,
Sən ey igid kimi
döyüşüb ölən,
Sən ey şəhid kimi dirilən
vətən,
Əşrəf Veysəllini kim tanıyır ki?
Gah donub yerində qalır daş
kimi,
Qayğılar
tökülür hər gün üstünə.
Ovuna şığıyan
qızıl quş kimi
Ürəyi
şığıyır dərdin üstünə,
Əşrəf Veysəllini kim tanıyır ki?
Heç ölüm-dirimə baxmaz
analar,
Vətən şəhid-şəhid
anadan olar.
Onu sevməyəni doğmaz analar,
Ona vurulanlar qəhrəman olar,
Əşrəf Veysəllini kim tanıyır ki?
Sol əli günlükdür
qaşının üstə,
Dağlara boylanar - yolları
bağlı.
Sağ əli keşikdə -
döşünün üstə,
Sən də tanımırsan, ay
qarabağlı,
Əşrəf Veysəllini kim tanıyır ki?
Onu yağmalanmış yurddan
soruşun,
Kürkünə bit
düşmüş dərddən soruşun.
Yurduna sahiblik edə bilmədi,
Sahibsiz pişikdən, itdən
soruşun,
Əşrəf Veysəllini kim tanımır ki?
Desələr sabahdan
döyüş başlayır,
Vətəndən Vətənə
yürüş başlayır.
Yelin yalmanına yatıb gedər o,
Hər şeyi
yarımçıq atıb gedər o.
Başında buludlar, gözündə
şimşək,
Məşhur bir əsərin qəhrəmanıtək
Köksündən
çıxardıb öz ürəyini
Əlində məşəltək
tutub gedər o.
Əşrəf Veysəllini kim tanımır ki?
Əşrəf Veysəllini kim tanıyır ki?
Dünyanın ən böyük
şairi
V.B.Odərə
Söz ömrünün sabahına
qovuşmaz
Yurdun yurddan uzaqlaşan
şairi.
Yerə-göyə, ev-eşiyə
sığışmaz,
Yaşlaşdıqca
uşaqlaşan şairi.
Ay parlayar, günəş gülər
gözündə,
Nur süzülər, dürr
tökülər sözündən.
Könüllərin yamacında,
düzündə
Kəlmələri
gül-gül açan şairin.
Zənn edər ki, biz hamıdan
öndəyik,
Söz nə gündə?
- biz də həmin gündəyik.
Deyər: "Mənəm bu
dünyanın ən böyük,
Məmləkətin ən
balaca şairi".
Əşrəf
VEYSƏLLİ
Ədəbiyyat qəzeti.- 2022.- 7 may. S. 21.