Anar Kərimov ABŞ-da
Hüseyn Cavidin barelyefinin açılışında iştirak edib
Nazir Anar Kərimov Amerikaya rəsmi səfəri çərçivəsində Hüseyn Cavidin barelyefinin açılışında
iştirak edib. Qeyd edək
ki, barelyef Mədəniyyət Nazirliyinin
sifarişi ilə hazırlanıb. Böyük mütəfəkkirin
barelyefinin təqdimatı
Amerika-Azərbaycan Ticarət
Palatasının binasında
baş tutub.
**
Mədəniyyət naziri Vaşinqton Tekstil Muzeyinə də baş çəkib. Eksponatlarla tanışlıq zamanı direktor koməkçisi Ana Kiss A. Kərimova
muzeyin fondunda qorunan Azərbaycan dövlətininin hədiyyə
etdiyi xalça və tekstil nümunələri haqda da məlumat verib. Həmçinin nazirlik tərəfindən
muzeyin fonduna Şirvan xalçası nümunəsi təqdim olunub.
**
Anar Kərimov
“Xarıbülbülün səsi”
adlı xeyriyyə konsertində iştirak edib. Konsertin təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyi, Amerika-Azərbaycan
Ticarət Palatası,
ABŞ-ın Marşal
İrsi İnstitutu (
The Marshall Legacy İnstitute) və ölkəmizin
ABŞ-dakı səfirliyidir.
Konsertdə azərbaycanlı musqiçilərin
ifasında bir sıra rəngarəng əsərlər
səslənib.
Xatırladaq ki, tədbirdən
əldə olunan maddi vəsait Qarabağ ərazisində
minaaxtaran itlərin təlimləndirilməsi üçün ABŞ-ın
Marşal İrsi İnstitutunun hesabına köçürüləcək.
Ədəbiyyat qəzeti.- 2022.- 7 may.- S.15.