Kəsdim hisslərimin
şah damarını, Sevgimi torpağa verdim az
öncə
Səni
sevmək dünyanın ən böyük xoşbəxtliyi
Səni sevmək ölmədən cənnəti
görmək imiş.
Bütün
möcüzələri eyni anda yaşamaq,
Buludlara toxunmaq, göylərə ərmək imiş.
Nə
heç kəs toxunmadı ruhuma sənin qədər,
Nə heç nə isitmədi qəlbimi sevgin kimi.
Sən,
ey köksü altında günəş gəzdirən adam
Sənə sitayiş etdim Allah kimi, din kimi.
Könlümün
ehtiyacı, könlümə qanad adam
Qollarının arası göyün hansı
qatıdır?
Bir az dəlisov adam, bir az da inad adam
Eşqin hansı savabın mənə
mükafatıdır?
Və mən
səndə həm əsir, həm də azadam,
hürrəm.
Və nə yaxşı səninəm, nə
yaxşı səndə varam.
Səni
doğan ananın əllərindən öpürəm,
Səni
ömrümə yazan Tanrıya minnətdaram!
Xəyal qırıqlığı
Güvənib başımı
söykədim ancaq
Ağırlıq elədi çiyninə sənin.
Yüz
ölçüb, bir biçdim, amma yenə də
Sevgim böyük gəldi əyninə sənin.
Adın
gör nə qədər müqəddəs idi,
Öpüb saxlayardım gözlərim üstə.
Sevgin
qayğısını çəkdiyim uşaq
Yuxuya gedərdi dizlərim üstə.
Səsindən
bir ayrı huzur duyurdum,
Deyirdim elə bil azan səsidir.
Deyirdim,
İlahi, bu səs dünyanın
Yəqin ki, sonuncu möcüzəsidir.
Dünya
bir yanaydı, sənsə bir yana
Mənimçün özəldin, özəl
qalaydın.
Cəhənnəm,
sevməyi bilmədin deyək
Barı xatirəmdə gözəl qalaydın.
Dilimdən
düşməyən adını indi,
Dilə gətirməyə dilim gəlməyir.
Hər
gün səni yazan qələmimi də
Ələ götürməyə əlim gəlməyir.
Sevmək
ürək istər, cəsarət istər
Əsla qınamıram qaçdığın
üçün.
Əksinə, təşəkkür borcluyam sənə.
Sağ
ol, gözlərimi açdığın üçün.
Gec oldu
bir azca, amma anladım
Əskik
pazlları tapıb düzüncə...
Kəsdim
hisslərimin şah damarını,
Sevgimi
torpağa verdim az öncə.
***
Yolun
açıq olsun, könlümün əfəndisi!
Hələ
lap balacaydım, addımlarım kiçikdi,
Bəlkə də sırf bu üzdən xoşbəxtliyə
gecikdim.
Əvvəl
atam getmişdi üzü üstə buraxıb,
Sonra, nədənsə, anam təkrarladı atamı.
Mənimki
ta əzəldən gətirmədi, birdənəm
Həyatımdan getməkçün yarışdı
sanki hamı.
Sən
də yola düzəldin, oldun hamıdan biri
Mən çoxdan getmələrə
alışmışam doğrusu.
Ayrılıq
ölüm deyil, sağalar bu yaram da
İslanmışın yağışdan nə vaxt
olub qorxusu?
Madam ki, gedəcəksən zamanı vermə bada
Gözlətmə hicran adlı qonağımı
qapıda.
Əllərini
götür get, götür get nəfəsini
Səndən sonra sevmərəm bir Allah bəndəsini.
"Özünə
çox yaxşı bax" de, get gedəndə sən də
Axı bütün gedənlər belə deyir gedəndə.
Onsuz da
ki, qalanın aqibəti bəllidir
Bu söz də gedənlərdən ən yaxşı
təsəllidir.
Bu
qışdan da birtəhər çıxaram, qəm eləmə
Bütün nə ki acım var yükləyərəm
qələmə.
Gündüzləri
başımı darıxmaqla qataram
Gecələr həsrətinlə qucaqlaşıb
yataram.
Xatirələr
yarama səpilsə də duz kimi
Ürəyin
məndən yana hər an olsun buz kimi.
Uzağı
sol tərəfim sızlayacaq arada
Onca dərd öldürmədi, yəqin, öldürməz
bu da.
Artıq
hökmüm oxunub, düşünülüb gərəyi
Ovutmağa çalışma bu dilbilməz ürəyi.
Get,
olmasın bu eşqin gələcəyi, indisi
Get,
yolun açıq olsun, könlümün əfəndisi!
Ayrılığın tərifi
Yenə
asi ürəyim savaş açıb qədərə,
Tanrı məni əfv etsin, yenə üzünə
ağam.
Gecəylə,
gündüzlə də ulduzumuz barışmır
Yenə zamanla düşmən, yenə qanlı
bıçağam.
Görən
nə qədər keçib ayrılığın
üstündən
İflic olub divarda saatın əqrəbləri.
Bayaq
qınadı məni masamda kağız-qələm,
Bir də məzəmmət ilə süzdü yuxu həbləri.
Durub
şəhərə çıxdım fikrim
dağılsın deyə,
Neçə yolu, cığırı bir-birinə
caladım.
Saymadım
neçə dəfə xatirənə ilişdim,
Neçə dəfə adını ard-arda təkrarladım.
Düyünlər
boğazıma yığıldı qalaq-qalaq,
Toplayıb ordusunu qəhər üstümə gəldi.
Maşınlar,
avtobuslar, piyada keçidləri
Mağazalar, binalar, şəhər üstümə gəldi.
Bilmədim
bu nisgildən harda qaçıb gizlənim
Haranın daşın salım ürəyimin
başına.
Ayrılığı
bu qədər amansız bilməzdim mən
Qəfil
tutulmasaydım sənsizlik yağışına
Hər
gün dodaqlarımda sükutun cazibəsi,
Gözlərim üfüqlərdə dolanır
veyil-veyil.
Bu
darıxmaq başqadı, bu həsrət tamam başqa,
Bu
ağrının tərifi bildiyin kimi deyil...
Aypara AYXAN
Ədəbiyyat qəzeti.-
2022.- 14 may. S. 12.