Ruhumla yazmışam
şeirlərimi
Təbim
ya nəslimdən, ya haqdan gəlib,
Dumduru su kimi bulaqdan gəlib.
Avazı
yaxından-uzaqdan gəlib
Bağrıma basdığım şeirlərimin.
Sanmayın hardasa xətrimə dəyib.
Könlümün
"qapısın" dost kimi döyüb.
Dözmüşəm
"nazına" "əynimə geyib",
"Ütüsün" pozduğum şeirlərimin.
Qoymayıb
islanam yağışda-qarda,
Qolumdan yapışıb çətində, darda.
"Şəklinə"
baxmışam axar sularda,
"Yuxusun" yozduğum şeirlərimin.
Hamıya
bəllidir sənətim, peşəm,
Söz məni qoymayıb heç kökdən
düşəm.
Sonunda bir
zərrə işıq görmüşəm,
İçində azdığım şeirlərimin.
Bəzən
misa-misra sızlayıb qanda,
Gözümdən düşəndə
"ölüb" bir anda.
Ahı ərşə
qalxıb, cırıb atanda,
"Qəbrini" qazdığım şeirlərimin.
Çiynimdə
o, ağır bir yük olmayıb,
Qarşımda nə yoxuş, nə dik olmayıb.
Kölgəsi
üstümdən əskik olmayıb,
Ruhumla
yazdığım şeirlərimin...
Böyük Mərcanlıdan bir qatar keçir
Uzun illərdən
bəri uzaq qürbət eldə
ata
yurdumuz Cəbrayılın-Böyük
Mərcanlının
həsrətiylə yaşayan
eloğlum Anar Natiq oğluna
Böyük
Mərcanlıdan bir qatar keçir,
Fit
çalıb səsləyir doğma yolları.
Böyük
Mərcanlıdan bir qatar keçir,
İsinir relslərin polad qolları.
Mahmudlu,
Soltanlı, Qumlaq anbaan,
Göz dikir qatarın yoluna yenə.
Açıb
qollarını Hacı Qaraman
Şükr edir Tanrının böyüklüyünə.
Yenə Cəbrayılda
günəş nur saçır,
Topcağa,
Gəyənə tanış səs
düşür.
Diridə
al-əlvan çiçəklər açır,
Qatarı
görməkçün bəhsə-bəhs
düşür...
Elə bil tələsir Muğana Araz.
Sular soraq verir Xudafərindən.
Çatır
Ağoğlana, Teyə xoş avaz,
Ulu Tumasata qalxır yerindən.
Həkəri,
Mincivan, Ağbənd... bir anda
Çıxır pişvazına gələn qatarın.
Toy-büsat
iz salır ürəkdə-canda,
Avazı durulur kamanın, tarın.
Böyük
Mərcanlıdan bir qatar keçir,
Yönü
Naxçıvana, üzü Şərura.
Zəngəzur
özünə təzə yol seçir,
Boyanır
yurd-oba işığa-nura...
Hər
eldə Zəfərdən bir nişanə var,
Haqqa tapınanın qatlanmaz dizi.
Böyük
Mərcanlıya yön alan qatar,
Doğma torpaqlara səsləyir bizi.
Sonrası nə ola,
ola
Bir də
ələ düşməz ömrün bu çağı,
Dolaşaq hər yanı dərviş sayağı.
Hərdən
gözdolusu aranı-dağı,
Seyr edək,
sonrası nə ola, ola!
Bizi zəmanəmi odlara yaxdı?
Dumduru sular da bulanıb axdı.
Gərəksə,
yüyürüb vədəni-vaxtı
Gəl
ötək, sonrası nə ola, ola!..
Bəlkə
sığınmayaq nisgilə-aha,
Gördünmü, ölüm də hər şeydən
baha?
Qoymayaq
bir istək qalsın sabaha,
Qalx gedək,
sonrası nə ola, ola!
Gedəsən
Çıxasan
dağlara uzanan yola,
Nə sağa dönəsən, nə də ki sola.
Əl-ayaq
dəyməyən bir yerin ola,
Dərdini-qəmini atıb gedəsən.
Nur
saça yamacda daşlar od kimi,
Kəsməyə qarşını duman yad kimi.
Şimşək
kişnəyəndə kəhər at kimi,
Küləyin "yalına" yatıb gedəsən.
Könlünü
oxşaya yamyaşıl meşə,
Dərədən dırmanıb qalxasan döşə.
Buludun
kölgəsi üstünə düşə,
Sübh çağı hey şehə batıb gedəsən.
Xoş
keçən anların gəlməyə sana,
Darta
ayaqların səni hər yana.
Qarşına
xallı bir kəpənək qona,
Bir azca yüyürüb, yortub gedəsən.
Hərdən
islananda yağan yağışda,
Qaçıb dayanasan "çətir"
koğuşda.
Qəfildən
büdrəsən sərt bir yoxuşda,
Sal daşın "əlindən" tutub gedəsən.
Uzaqdan
baxasan "əkin-biçinə",
Dönməyə hövsələn şeytana, cinə.
Qayıdıb
çıxanda adam içinə
Özün-öz yükünü dartıb gedəsən.
Danışdım
Lal həsrətim
kəsilməyən giziltim,
Həyat məni bərkə çəkdi,
üzüldüm.
Kipriyimdən
damla-damla süzüldüm,
Söz közərdi, səs boğuldu,
danışdım.
Məna gəzdim
avazda da, səsdə də,
Dilə gəldim hərdən zildə-pəsdə də.
Hərdən
əsdim bir kəlmənin üstə də,
Ürəyimə dərd yığıldı,
danışdım.
Tale baxmaz
nə ağıla, nə gücə,
Bəlkə alın yazısıymış eləcə.
Dəli
könlüm havalandı bu gecə,
Can
sızladı, qəlb sıxıldı, danışdım.
Heç
bilmədim sular duru axdımı,
Ötən günlər dönüb geri baxdımı?
Əbəs
yerə itirmədim vaxtımı,
Bu da elə bir nağıldı, danışdım.
Şairlər
Mələk
kimi göydən enib gəldilər,
İlham köhlənini minib gəldilər.
Haqqın
işığına dönüb gəldilər,
Nur timsallı, yel qanadlı şairlər.
Kimisi vəsf
etdi şahın tacını,
Kimisi daşıdı ağrı-acını.
Gedib
salamladı dar ağacını,
Bir az çılğın, bir odlu şairlər.
Nə
ilahi varlıqdılar, nə bəndə
Nə şəhərə sığışıblar,
nə kəndə.
Gözəlləri
tez salıblar kəməndə,
Şərbət kimi "şirin-dadlı" şairlər.
Nisgilə
də deyibdilər, mey-məzə,
Bəziləri zarafatcıl-baməzə.
Sənət
meydanında çıxıblar üzə,
Gah piyada, gah da "atlı", şairlər.
Neçə-neçə
kəlməyə dad veriblər,
Hər çiçəyə, hər gülə ad
veriblər.
Qəlbə
işıq, eşqə qanad veriblər,
Qaynar təbli, istedadlı şairlər.
Nədənsə
Yoxmuş
insanlığın "əlinin duzu",
Yaxşılıq nədənsə tez yaddan
çıxır.
Xoş
söz əritməsə qəlbdəki buzu,
Sonda qaşınmayan yerdən qan çıxır.
Şirin
xəyallarla ovunur insan,
Kim deyir
yalanın ömrü az olur?
Ürək
heydən düşüb üzüləndə can,
Adamın çöhrəsi tanınmaz olur.
Ömrü
uzun imiç nisgilin-qəmin,
Dərd əhli bilir ki, sızlamaq nədir.
Nədənsə
əzəldən bir ağlı kəmin,
Bəxti
yeyn olur-çox qəribədir...
Sönür
əzəl-axır od da, ocaq da,
Şan-şöhrət çoxunu yaman
çaşdırır.
Zülmət
kök atanda küncdə-bucaqda,
Şüşə parçası da göz
qamaşdırır.
Vaxt-vədə
bir yeyin köhnə fırfıra,
Qarışıq səslərdən baş gicəllənir.
Yerlər
səhv düşəndə pozulur sıra,
Əcəl qəfil gəlir, kəsilir hənir.
Gizli bir
ucu var hər müşkül işin,
Ürək korun-korun yanan ocaqdır.
Sevinc-qüssə
yüklü ömür sərnişin,
Ölümsə sonuncu dayanacaqdır.
Bizim ulduzumuz barışmaz daha
Demirəm
üzümə son dəfə bax get,
Gedirsən
yaxşı yol, ləngimə, çıx get.
Dözərəm,
günahı üstümə yıx get -
Bizim
ulduzumuz barışmaz daha!
Məni
öz yolumdan döndərən də sən,
Bəxti
"cin atı"na mindirən də sən.
Bir
eşqin şamını söndürən də sən -
Bizim
ulduzumuz barışmaz daha!
Söz
var ki zəhərdən acıymış, acı
Dönük bir istəyin varmı əlacı?
Bax, bu da
sevginin son yolayrıcı -
Bizim
ulduzumuz barışmaz daha!
Niyə
döndün yada, sən bilə-bilə,
Közərən ruhumu çevirdin külə.
Təzədən
qarşıma çıxsan da belə -
Bizim
ulduzumuz barışmaz daha!..
Ötəri
bir istək gəldi-gedərmiş,
Dönük üzlü eşqin sonu kədərmiş.
Heç
demə, yolumuz bura qədərmiş,
Bizim
ulduzumuz barışmaz daha!
Keşkə gəlməyəydim
bu dünyaya mən
Bir vaxtlar
zülmətdən atlanıb gəldim,
Közərə-közərə odlanıb gəldim.
Şeytanın
dilinə aldanıb gəldim -
Keşkə
gəlməyəydim bu dünyaya mən!
Gördüm
doğmasını-yadını, gördüm,
İçinin ən kirli qatını gördüm.
Köksündə
cəhənnəm odunu gördüm -
Keşkə
gəlməyəydim bu dünyaya mən!
Halallığın
qəddin bükə bilirmiş,
Düz
sözün gözünü tökə bilirmiş..
Çoxunun
torbasın tikə bilirmiş -
Keşkə
gəlməyəydim bu dünyaya mən!
Sonda
verdiyini alanmış demə,
Adamı ilantək çalanmış demə.
Təpədən
dırnağa yalanmış demə -
Keşkə
gəlməyəydim bu dünyaya mən!
Xoş
üz göstərməyir kasıba-aca,
Biət edir zülmkara, taxt-taca.
Nə
açıq qapıdır, nə bağlı baca -
Keşkə
gəlməyəydim bu dünyaya mən!
Görünən
nə sonu, nə ilki deyil
Dərdi-səri
nə bir, nə iki deyil,
Dəyişib
büsbütün, əzəlki deyil -
Keşkə
gəlməyəydim bu dünyaya mən!
Gözü kölgəli deyiləm
Nə od, nə ocaq hisiyəm,
Nə də nəfsin köləsiyəm.
Allahın
dinc bəndəsiyəm -
Hirsli-hikkəli deyiləm.
Mən
gül əkib, tikan dərən,
Ömrüm-günüm pərən-pərən.
Yetənin
üstə çəmkirən -
Ağlı zədəli deyiləm.
Hökmünü
gördüm hər anın,
Kəsmədim haqsızın yanın.
Bu sərsəm-dəli
dünyanın -
Sonu, əzəli deyiləm.
Demirəm
günəşəm-ayam,
Sərvətimdir abrım-həyam.
"Kəhər
atlı" qarışqayam -
Qansoran zəli deyiləm.
Şeir
şehli bar çiçəyim,
Xoş söz gözəlim-göyçəyim.
Halallıq
dilim-dilçəyim -
Gözü kölgəli deyiləm.
Bir il də
adlayıb keçdi beləcə
Gah erkən
oyanıb, çox gec də yatdıq,
Gah da başımızı yalanla qatdıq.
Nə əzəldən
qopduq, nə sona çatdıq,
Bilmədik
sabahdır, yoxsa ki, gecə -
Bir il də ömürdən keçdi beləcə!
Heç
demə yüyürüb-yortmaq çətinmiş,
Bəxtin yaxasından dartmaq çətinmiş.
Azala-azala
artmaq çətinmiş,
Haqdan
üz döndərib, baş əydik gücə -
Bir il də ömürdən keçdi beləcə!
Hərdən
damla-damla durulduq bir az,
Ölümün
boynuna sarıldıq bir az.
Bəxti
qova-qova yorulduq bir az,
Qaçsaq
da qoşula bilmədik köçə -
Bir il də ömürdən keçdi beləcə!
Quş
kimi budaqdan-budağa qonduq,
Şirin yalanlara uyub, inandıq.
Arzunu-həvəsi
bələdçi sandıq,
Tutdu
qolumuzdan gah yol, gah küçə -
Bir il də ömürdən keçdi beləcə!
Mingəçevir şəhəri
İsmayıl Mərcanlı
İMANZADƏ
Ədəbiyyat qəzeti.- 2022.- 14 may.- S.28.