Tehran Əlişanoğlunun “Müxbir üzvün

qeydləri” kitabı işıq üzü görüb

 

Tənqidçi-ədəbiyyatşünas, AMEA-nın müxbir üzvü Tehran ƏlişanoğlununMüxbir üzvün qeydləriadlı yeni kitabı işıq üzü görüb.

“Elm təhsilnəşriyyatında çap olunan kitabın elmi redaktoru ön sözün müəllifi akademik İsa Həbibbəyli, rəyçisi filologiya elmləri doktoru Elnarə Akimovadır.

Kitabda Tehran Əlişanoğlunun son beş ildə müxbir üzv seçiləndən qələmə aldığı elmi ədəbi-tənqidi məqalələri toplanmışdır.

Heydər Əliyev ədəbiyyat”, “Ədəbiyyatda Ali Baş Komandan”, “Yubiley saatı”, “Haşiyələrdə ədəbiyyatƏdəbi proses hərəkatıadlı bölmələrdə sistemləşdirilən məqalələrdə cari ədəbiyyatın son illərdəki bütün hərəkətlilik mexanizmini izləmək, çağdaş ədəbiyyatı bütün təzahür tendensiyalarında dərk etmək, xüsusilə Zəfər tariximizdən sonra ədəbiyyatımızın vardığı yeni hüdudları görmək mümkündür.

 

Ədəbiyyat qəzeti.- 2022.- 14 may.- S.31.