Hermafrodit
Məchulsa, cinsi bir kəsin,
Bəlkə, hermafroditdi...
Adı yoxsa, bir nakəsin,
Bəlkə, hermafroditdi...
Qışdı, ya payız bilinmir,
Qovun, ya qarpız bilinmir,
Oğlandı, ya qız bilinmir,
Bəlkə, hermafroditdi...
Adamdı,
oyux bilinmir,
Bordaxdı, burux bilinmir,
Atdı,
ya ulax bilinmir,
Bəlkə, hermafroditdi...
Şalğamdı, pazı bilinmir,
Çoxu
çox, azı bilinmir,
Ördəyi, qazı bilinmir,
Bəlkə, hermafroditdi...
Nə sudadı, nə quruda,
Nə lildədi, nə duruda,
Çatmayıb, qalıb boruda,
Bəlkə, hermafroditdi...
Bilinmir hara malıdı,
Ayağında at nalıdı,
Qabağında it yalıdı,
Bəlkə, hermafroditdi...
Halından halıdı Ustac;
Dərdi
böyük, dərdə
möhtac,
Nişanı var, ləçəkli
tac,
Bəlkə, hermafroditdi...
Məşəqqət
Yenə
çalardan qabaq
Açıram gözlərimi...
Aman Allah, hardayam?
- Qucuram dizlərimi...
Elə həmən yerdəyəm;
- "Göyün yeddi qatı"dı,
Hələlik "Koroğlu"yam,
Atım,
onun atıdı...
Özüm də "Çənlibel"də
Duman, çənə düşmüşəm,
Səhərədək yuxuda
Bişirmişəm, bişmişəm...
Elə həmən qatdayam;
Öz evim, öz otağım,
Simurq kimi dözümlü,
Qu qanadlı yatağım...
Alt qonşunun ah-vayı,
Üstdəkinin cır-cırı...
Sərçələrin cik-ciki,
Xoruzların dır-dırı...
Bir yandan qaratoyuq,
Bir yandan da pişiklər...
Oxur sevgi nəğməsi,
- Utanmazlar, düşüklər...
"Əldəndışqarı" sözü
Nəsə düşür yadıma...
Sonra nöqsanlarımı
Yükləyirəm adıma.
Təxəllüsə sığınıb,
Birtəhər oyanıram...
Hələ alaqaranlıq,
- Bir xeyli dayanıram...
Qəfil
saat zəng çalır,
Sonra oxunur azan...
Həyətdə süd satanlar
Dınqıldadırlar qazan...
Qopur dizimin bağı;
- Xəyalda iydə qoxur...
Hamı
əvvəlki kimi,
Sevgi nəğməsin oxur...
Ah-vay, cır-cır dayanır,
Susur qaratoyuqlar...
Xoruzun dır-dırına
Cavab vermir toyuqlar...
Kəsilir bütün səslər,
Xəyalda iydə qoxur...
Pişiklərsə, aramsız,
Sevgi nəğməsin oxur...
Təzə söz
Təzə söz eşitmişəm,
Göydən Yerə gəlmədi.
Yəqin
ki, maraq etdin,
Görən hansı kəlmədi?
Səbr
et, indi deyərəm,
Kökü Loqos, logiya.
Təptəzəcə elmdir,
Adı
"Tapdalogiya".
Çox
mötəbər ağızdan
Eşitdim lap indicə.
Pek anlamlı kəlmədi,
Mənasına gəlincə.
Cığıra düşüb getmək,
Olub tipalogiya.
Ənənəni yaşatmaq
İndi Tapdalogiya.
Afərin,
bərəkAllah!
Gorun çatlasın, Sabir!
İndi
daha sabahdan
Qazilmayacaq qəbir.
Yandırıb Ataları
Sovuracağıq külün...
Mən bu işə ağladım,
İstərsəniz siz gülün...
Zaur USTAC
Ədəbiyyat qəzeti.- 2022.-
21 iyun.- S.26.