Yadındamı
Yadındamı,
Mən Nəmrud idim bir vaxt!
Allah qəbul etmədi,
İbrahimə çevirdi məni,
Yəqub
etdi,
Yusif oldum.
O gündən bilirəm bütün yolların
Qırx
arşın quyudan başladığını,
Tonqaldan keçdiyini.
Yadındamı, Mərvdə ayrıldıq,
İsmayılla tək qoydum səni,
Nəmruda dönmək istədim.
Allah qıymadı,
Züleyxada görüşdürdü bizi,
Leylidə, Məcnunda bir
can elədi.
Yadındamı, mən Nəmrud
idim,
Allah qəbul etmədi
bunu.
Misirdən,
Kəyandan, Qüdsdən keçirdi.
O səhra,
o quyu,
o tonqal,
hələ Şeytan
daşlandığı yer
durur yenə.
Həmənki yerdəyəm mən
yenə, qadın!
Əlimdə küt bir bıçaq,
Önümdə doğmamın başı...
Dəfn
etmək olmayır, qadın,
Bu xaraba yaranışı!
Yadındamı, mən Nəmrud
idim,
Tanrı
rəva görmədi,
Sonra İbrahimə
döndərdi məni.
Sonra Yəqub oldum,
Yusifə
döndüm...
Bir ad var, mən onu
çəkə bilmirəm
Məni
məndən alıb,
məndən aparan
Elə itikdi ki, çətin taparam.
Hər an yaddaşımda tufan qoparan
Bir ad var, mən onu çəkə
bilmirəm.
Varmı təsəlliniz qəlbi yanana?
Dünya
bir yanardı, o ad bir yana.
Qorxuram kövrələ, həyəcanlana,
Bir ad var, mən onu çəkə
bilmirəm.
Qorxuram quyular qarğı bitirə,
Qorxuram dodaqlar sümsü gətirə.
Ömrün itiyini mənə
yetirən
Bir ad var, mən onu çəkə
bilmirəm.
İllər gəlib keçdi
yeyindən-yeyin,
Onu pünhan
tutdu bu baş, bu beyin.
Barı
siz dil açın,
barı siz deyin,
Bir ad var, mən onu çəkə
bilmirəm.
Ürəkdə ərk yeri bir ad yaşayır,
Həm də ərk yerinə irad yaşayır.
Nə olsun sevənlər inad yaşayır,
Nə olsun? -
Mən ki, heç o adı çəkə bilmirəm.
Məni
məndən alıb məndən aparan
Elə itikdi ki, çətin taparam.
Hər an yaddaşımda tufan qoparan
Bir ad var, mən onu çəkə
bilmirəm.
Hardasan
Hardasan,
Ruhumda səksəkələr var,
Yenə
də can evim mənə dar gəlir.
Sormasam gözümdə dünya
qaralar,
Fəqət, soruşmaq da mənə ar gəlir.
Nifrin yağdırıram bu susqunluğa,
Dağ dinsin, daş dinsin, bitsin bu sükut.
Nə ki qayğılar var, qoy bir
kənara
Nə vacib işlərin varsa da unut.
İnan
bu günəcən inanmadığın
Qiyamət gününün dönəcəyinə.
Bir göz qırpımında
Ayın, Günəşin
Ən parlaq ulduzun sönəcəyinə.
Hardasan?
Hardayam?
Haralardayıq?
Bircə meh əsimi cavabın gəlsin.
Dirilik suyutək çəkim başıma,
Ömrümə-günümə savabın gəlsin.
Səndən soraq verib, soraq gətirən
Min məna gəzirəm
hər sarı simdə.
Biləydim, biləydim kimdə
itirib,
Kimdə arayırsan sən məni, kimdə?!
Hardasan?
Ruhumda səksəkələr var,
Hardasan?
Sən mənə
səs ver, nəfəs ver.
Dəli
qaçırğaya, oda,
alova,
Tufana dönməyə
yeni nəfəs ver.
Bilim ki, ürəyin mənlə döyünür,
Bilim zülmün
altda amandayam mən.
Nə yerim yerdədi, nə göyüm göydə,
Yenə
də sən adlı zamandayam mən!
Gərək inciməyək
Kövrələ bilərəm mən
uzaqbaşı,
Təsəlli söyləmək gələr
əlimdən.
Haqqın
ünvanına atılan
daşı
Yolundan etməyə,
bacım, mən kiməm?
Mən kiməm
arxalı dağlar yanında? -
Sözümün dalında yumruğum durmur.
Səksənir, diksinir hər gün canımda,
Əzizim, mənim ki, ürəyim vurmur.
Necə
də tanışdı
bu köhnə səki,
Cığır həmin cığır, yol həmin yoldu.
Get bacım, dərdini o şəxsə de ki,
Onun insafından
yumruğu boldu.
Soyuq baxışlar var hələ dünyada,
Çox qapı dəstəyi buzdu, ayazdı.
Yoluna qoymağa bütün işini
Dünya ağlımızdan hələ
dayazdı.
Quru təsəllimi qıymıram
sənə,
Gərək inciməyək bir-birimizdən
-
Taleyin
biz görən kəsirlərini
Düzəltmək gəlmirsə əllərimizdən.
...Hə, mənə çox baxdın, kövrəldim deyən,
Bəxtin yol versin ki,
kömək eyləyim.
Sənin
göz yaşınla mənim insafım
Qoymur adamlıqdan çıxam,
neyləyim!
Gedənlər qayıtmır arxayınlığı
Gələ,
Peyda ola Şeyx
Nəsurullah,
- Adam dirildirəm - deyə, - camaat!
Gəzə qapı-qapı bu
tanış xəbər,
Yenə bir-birinə dəyə camaat.
"Gedənlər qayıtmır"
arxayınlığı
Bir anlıq,
bir anlıq bizi tərk edə.
Bir az məzələnə,
sınaya bizi,
Bir az mənbeh
edə bizi ərk ilə.
Yenidən ən əziz, doğma adları
Sala bircə-bircə yada o kişi.
Yaxşıca sınaya imanımızı,
Çata
bu səfər də dada o kişi.
...Kim deyib ölənlər qayıtmaz geri,
Arxayın salıbdı bizi bu adla?
Gələ, peyda ola
Şeyx Nəsirullah,
Çıxa qarşımıza min cür
iradla.
Yaza məni, səni, onu, onları,
Yaza bircə-bircə,
yaza adbaad.
Gələ, peyda ola
Şeyx Nəsirullah,
- Adam dirildirəm, - deyə, - camaat!
Soruşa birbəbir "kimsən, nəçisən?"
Hökm
edə: "Yenidən
bir də dirisən!"
Etdiyin günahlar dura üzünə,
Və sən heç dirilmək istəməyəsən.
Gözlərinin ruhu
Gözlərinin ruhu incidir məni,
Gözlərinin ruhudur buludlar.
Ömrümə tuş gələn
dumanı, çəni
Gözlərinin ruhu çətin unudar.
Bu yer, bu göy
sənin bir gülüşündən,
Nazından, qəmzəndən tökülüb
qalıb.
Yaddaşı göynədib, könlü
üşüdən
Gözünün ruhuna bükülüb qalıb.
Durub ağlayımmı,
gülümmü indi? -
Gözlərinin ruhu min hava çalır.
Gözünün ruhuna çəkibdi
bu yurd,
Görənin ağlını başından
alır.
Gözlərinin ruhudur buludlar,
Gözlərinin ruhu incidir məni.
Gah günəş közərir,
Gah külək əsir,
Bağlayım, ya açım, de, pəncərəmi?
Quyu
Susub çal-çağırı, çalınıb "toyu",
Quruyub axarı, kəsilib suyu,
Yoxdu bu dünyada,
Yoxdu o quyu -
Gedib söyləyəsən
pünhan dərdini.
Gedib danışasan filan-filanı,
Nəm-nişan verəsən əfi
ilanı,
Dilindən bir kağız
verə, inanıb,
Açıb söyləyəsən pünhan
dərdini.
Qurbanlıq kəsilib bu quzu, bilə,
Dərd
necə əridib bu buzu, bilə,
Düşüb İsgəndərin buynuzu,
bilə,
Saxlaya bu quyu pünhan dərdini.
Gedib çınqı altda kötük qoymayan,
Qapına,
bacana güdük qoymayan,
Sabah dodağına düdük
qoymayan
Quyu axtarıram,
yoxdu o quyu.
Göydədi
Kövrəltdin məni, bacılı,
Yenə bir dodaqqaçımın.
Üzünə qapı açımmı? -
Deyim ki,
"bəli, öydədi".
"Hay"
deyəndə haya hazır,
"Huy" deynədə huya hazır...
Yerdəki ha dua yazır,
Yenə bir dəli göydədi.
Köynək geymişəm kətəndən,
Titrər nəfəsin ötəndə.
Tanrılar yerdə bitəndən
Bəndənin əli göydədi.
Qızım Səmaləyə
Doğru-yalan yol ikili, yol haça,
İmkanımız arzumuzdan balaca.
Belə
keçdi bu ömür-gün, balacan,
Yaxın otur, tanı məni, gör məni.
Uman yerdən ağrındım
mən, küsdüm mən,
Qəm sarıdan
Məcnundan da üstünəm.
Hardan soyuq sazaq əssə
üstünə,
Sən o səmtdən
divarına hör məni.
Sərvaz HÜSEYNOĞLU
Ədəbiyyat qəzeti.- 2022.- 21
may.- S.25.