Şair çinarı

 

Bu odu-ocağı, bu bağça-bağı,

Mindir yaraşığa, min yaşa, çinar!

vaxtsa qeyd etsən min illiyini,

Çağırsan gələrəm mən yaşa, çinar!

 

Söz yox vüqarına, gözəlliyinə,

Gözümü kol-kosdan çəkdimmi, çəkdim.

Mən səni əkəndə əvvəl dibinə

Öz alın tərimi tökdümmü, tökdüm.

 

Bir gün deyirəm ki, gəlsin elə gün,

Bayramın başlasın görüm sənin .

Nəvə-nəticəmi başına topla,

Üstünə kölgə sal kötücəmin ,

Üstünə kölgə sal yadicəmin ,

Üstünə kölgə sal iticəmin !

 

Ovçu əl saxlayır ovu qaçanda,

Sığınsa altına deyir, çinarın.

Görsünlər boş yerə əkməmişəmmiş,

Ova pənah olub şair çinarı,

Ziyarətgah olub şair çinarı!

 

Odur bax, ürəyim-nəzrim başında,

Səni min arzuyla bil, əkmişəm mən.

Gəlsinlər, görsünlər Ərzin başından,

Ocaq əkmişəm mən,

pir əkmişəm mən?!

 

Görüncə biləcək arif adamlar,

Mənsiz kimi şeymiş sənsiz qapım da.

Başqası əkəndə meyvə ağacı,

Tanrım, çinar əkdim

mən öz qapımda!

 

Kəsməkdən ötəri şərin köksünü,

Mənim axtardığım xeyirsən, çinar.

Bəlkə , deyirəm indiyənəcən

Yazdığım ən gözəl şeirsən, çinar!

 

Böyütdüm qayğını mən necə çəkib,

Səni adam sanır, adam baxanda.

Görsünlər boyunu hardan baxanda,

Görsünlər boyumu hardan baxanda!

 

Bəlkə elə bir öhd etmişəm ki,

Bir olmayacaq belə imkanım.

Yalvarıb Allaha, əhd etmişəm ki,

Sənə beş min il yaş versin, canım!

 

Vüqarla obaya, elə bax, onda,

Allaha çox şükür, səni əkmişəm.

Çinar əkməmişəm belə baxanda,

Sənə , mənə ömür əkmişəm.

 

Kim bilir, bəlkə sənin eşqinə,

vaxtsa qəbrimdən ölüb çıxaram.

Kölgəndə mənə yer saxlayarsan,

Birdən demək olmaz, gəlib çıxaram!?

 

Söz qəbri

 

Günüm günmü olar, mənimmi olar

Bir tutub onu aldırammasam?

Ana, qəbrin üstə şeir oxuyub,

Səni məzarından qaldırammasam!

 

Uzaq da, yaxın da şahiddi buna,

Şair oğlun ilə öyündüyünə.

Vallah, inanıram, inanıram mən,

Hələ ürəyinin döyündüyünə!

 

Asanca hədəfi nişana alar,

Olanda kamana ox, uyğun ana!

Səni hansı sözlə oyatmaq olar,

Sənə hansı şeiri oxuyum, ana?!

 

Dur ana, qoy sənə kömək eyləyim,

Qoy səni basdırım öz qəbirində

Bəlkə bu yatdığın yad qəbiridir,

vaxt yatacaqsan öz qəbirində?!

 

Özüm bilmirəm indiyənəcən,

Günüm necə keçib anamsız mənim.

Məni, qurban olum, düzlərdə qoyma,

Söz anam, öz anam, anam söz mənim!

 

Ana, bir misra da deyə bilmərəm,

Ürəklə deməmiş, başla deməmiş.

Başlaya bilmərəm şeir oxumağa,

Sən budur, bax, qalxdım, başla! - deməmiş!

 

Şəkil

 

"Timur 2020-ci il sentyabrın 26-da evə gəlmişdi. "Mənim şəklimi uşaqlarla çək", - dedi. Sonra qızları Alsu, Leyla ilə çoxlu şəkil çəkdirdi".

Qazaxlı şəhid Timur Əliyev haqda atasının dediklərindən

 

Şəklini döyüşlər çəkdi,

Qəlpə çəkdi şəklini.

Vətən xəbər tutan kimi,

Qəlbə çəkdi şəklini

Aldığın dağlar, dərələr.

Səninlə şəkil çəkdirdi.

İndi bildim səni niyə,

Bu qədər şəkil çəkirdi.

Üstünə qanın tökülmüş

Daşla da şəklini tapdıq.

Doğma gözlərindən axan.

Yaşla da şəklini tapdıq,

Neçə-neçə yüksəkliklə

Demə, sənin şəklin varmış

Bu beş, bu on, bu yüz şəkil,

Tapmaqla bitmir, qurtarmır,

Öpməklə bitmir, qurtarmır.

Yenə sənin şəklin varmış.

Göydə yanan Günəş deyil,

Beşik sənin şəklinmiş,

Məzar da sənin şəklinmiş.

Uşaq zamanı çapdığın

Atla da şəklin tapıldı.

Ay aman, yerin üstdə ,

Altda da şəklin tapıldı.

Dərəylə , təpəylə

Meşəylə şəklin çıxdı.

Ağdamla da, Laçınla da,

Şuşayla da şəklin çıxdı.

Doğmaların qurdalayır,

Bax, hər yandan şəklin çıxır.

Çıxır, Şahin təki çıxır,

Çıxır, Qartal təki çıxır.

Şəkli düşmən hədəfində

Deməmisənmi, vurarlar?

Hamının sol tərəfində,

Elə bil ürək əvəzi

Döşündə sənin şəklin var!

Bu, su, od ilə, torpaqla

Küləklə olan şəkilin...

Bu da odlu mərmilərlə,

Küləklə olan şəkilin!

Fikrin hamının könlünə

Düşən şəkil çəkdirməkmiş

Oğul, yoxsa döyüşlərdə

Peşən şəkil çəkdirməkmiş?!

Güllə atılanda sənə

Şəklin verib sinəsini

Qabağa ...onu dəf edib.

İndi bildim ki, düşməni

Azərbaycan bayrağıyla

Çəkilən şəklin məhv edib!

...Bu şəkli bala böyüdür,

(Özü şəhid balası!)

Yanında qızların durub

Bu şəkil yol gözləyir,

Sonunda qızların durub!..

 

İynə

 

Mənə neyləyirlər... neyləməyirlər,

Aman, qorxmayıram, aman, qorxuram!

Məni hər addımda "iynələyirlər"

İynə vurdurmaqdan yaman qorxuram!

 

Deyirlər, təzə bir bəla çıxıbdı,

Qaşı da elə bil, firuzə qaşı.

Məni çağırıblar, iynə vurdurum,

Dünyanı bürüyən virusa qarşı.

 

Qorxudan qan vurmur... qan vurur indi,

Özüm bilmirəm neynəyim, neynim.

Elə bəlanın da iynəsi eyni,

Elə qalanın da iynəsi eyni,

Elə ölənin iynəsi eyni...

 

Kişilərdən iynə  əskik olmayıb,

Məni incidən həmin iynədir.

O qədər mənə "iynə" vurublar,

Az qalır, deyəm ki,

"Ömür - iynədir"?!

 

Üstündə Allahın lütfü yoxsa da,

Yaşadan özünü nəylə yaşadır?

Bəşəri olmaya iynə böyüdüb,

Bəşəri olmaya iynə yaşadır!?

O inci iynədir, bu dürr iynədir,

İtirir itirsə hansı ölümü?

Elə məzarlar da bir cür iynədir,

Vururlar... sağalan, ölən bilinmir...

 

Aşkar, gizli necə iynələr varmış,

Dəymə xatirinə, dəymə sayının

Elə bil, qəribə yarış başlayıb,

İynə  iynəni iynələyirmiş,

Axtırıb günbəgün iynə sayını...

 

Sən deyən elə hərif deyiləm,

Yaxşı bax, neyləyir... neyləməyirəm.

Mən iynələrə iynə vururam,

Mən iynələri iynələyirəm?!

 

***

 

Tapmaq olmur biləsən

Eşqi dilənmək ilə!

Qalxmaq olar ayağa

Eşqə dirənmək ilə!

 

Eşqlə güllənmək olar,

Eşqlə bal əmmək olar.

Nura bələnmək olar,

Eşqə bələnmək ilə!

 

Sən keçəsən qarşımdan,

Mənsə keçəm başımdan.

Bal dadarmı yalandan

Ağız sulanmaq ilə?!

 

Şahmata ki, uyarsan,

Oynayaqmı? - deyərsən.

Şahı da mat qoyarsan

Eşqi qullanmaq ilə!

 

Yaxşı bilsin harambaz,

Qara-qorxu yaramaz!

Eşqi bulandırammaz,

Bu su bulanmaq ilə!

 

***

 

Mənə doğmadı bu yer ,

O Göy ... mən içmişəm

Bu Yerdə içən deyiləm,

O Göydə mən içmişəm.

              

 

Allahın Neyiydim onda,

Ruhların  toyuydu onda.

"Əzəl" adlanan o gündə,

O toyda mən içmişəm.

 

Səhərdi bax, gecə keçib,

Olan olub, keçən keçib.

Övliyalar necə içib,

O boyda mən içmişəm.

 

Dünya söylənilən puçdu,

Sevgidən savayı heçdi.

Eşqim Şeyx Sənan eşqi,

A sevda, mən içmişəm.

 

Adam içir bircə kərrə,

Adam deyir bircə kər: "!"

Çox yox, Barat, bircə zərrə

O Meydən mən içmişəm!

 

Barat VÜSAL

 

Ədəbiyyat qəzeti.- 2022.- 21 may.- S.13.