“Ölüm hökmü”nün
Türkiyədə növbəti
nəşri
Xalq yazıçısı
Elçinin məşhur
“Ölüm hökmü”
romanı sovet dönəmində yazılmış
və senzuradan çəkinməyərək siyasi-ictimai
həqiqətləri açıb
göstərən nadir ədəbi
nümunələrdən biridir. Oxucuların böyük
maraqla qarşıladığı
bu roman ədəbi ictimaiyyətin diqqət mərkəzində olmuşdur.Təsadüfi
deyil ki, yüksək bədii səviyyədə yazılmış
bu əsər xarici dillərə çevrilmiş, dəfələrlə
səhnələşdirilmiş və nəşr edilmişdir.
Türkiyə Respublikasının tanınmış
nəşriyyatlarından biri
olan “Ötüken” “Ölüm hökmü” romanını oxuculara ilk dəfə 2007-ci ildə təqdim etmişdir. Roman oxucuların böyük marağına səbəb
olmuş, türk ədəbi-elmi dairələri
tərəfindən yüksək
qiymətləndirilmişdir.
İlk nəşrdən
sonra nəşriyyat oxucuların tələbatını
nəzərə alaraq,
romanı dəfələrlə
təkrar nəşr etmişdir.
Bu günlərdə nəşriyyat
romanı beşinci dəfə oxuculara təqdim edərək yazır: “Oxucuların “Ölüm hökmü” romanının bu yeni nəşrini də daha böyük
bir ilgi və maraqla oxuyacaqına əminik”
Əsəri türkcəyə Azad Ağaoğlu
çevirmişdir.
Ədəbiyyat qəzeti.- 2022.-
21 may.- S.11.