Şuşa Fatehi
"...Mən
sizinlə fəxr edirəm..."
İlham Əliyev
"Biz
Şuşanı qaytarmadıq təkcə, biz Azərbaycanın...
şərəfini bərpa etdik"
General-leytenant Hikmət Mirzəyev
Hikmət
- Şuşa fatehi! -
gördüm vətən oğlunu.
Köynəkdə
gördüm onu,
pencəkdə gördüm onu.
Üzündə
bir təbəssüm,
gözündə bir mərhəmət,
Oğlum
kimi çağırdım,
general
yox,
- Ay Hikmət!
Qonşuluqda
böyüyüb,
elə
bildim, o bir vaxt, -
Nəriman
əmi, - deyib,
o da tez
tanıyacaq.
Ekrandan
tanıyırdım,
indi də
göstərirlər.
Ordular
qabağında
yeriyir o
şiri-nər!
Gözündə
bir od-alov,
addımında cəsarət.
Sinəsində
- avtomat,
başında - mavi beret.
Gördüm,
Hikməti gördüm,
Ləyaqət deyibdilər.
o ləyaqəti
gördüm.
44
günün hökmünü,
qalib
milləti gördüm!
Sadəydi,
çox mötəbər,
Ünvanı:
cəbhə, səngər.
Milətin
sütunuydu,
şairin
arxasıydı.
Bulud gəlsə
göylərə,
o
şimşək çaxasıydı.
Onu tərifləyəndə,
gördüm, özünü danır.
Mərmidən,
güllədən yox,
tərifdən yaralanır.
Babəkiydi,
Həziydi,
Gəncəli
Cavad xanın
Şuşada əvəziydi.
Şah
babam Xətainin
doğmaca nəvəsiydi.
Mübariz
İbrahimə
hamsını deyəsiydi,
nələr söyləyəsiydi...
İkisi
də bir elin
Vətənə töhfəsiydi.
Ali
Baş Komandanın
dərs
alıbdı özündən,
əməlindən, işindən,
Şuşa göstərişindən.
Mən
gördüm: yerişindən.
oxudum:
baxışından,
gözün lal axışından, -
sakit, təmkinli,
həssas.
Bir
ağsaqqal sözündə
yanılar,
o,
yanılmaz!
Tarix ilə
üz-üzə,
zamanla
üz-üzəydi.
Möcüzə
danışırdı,
özü bir möcüzəydi.
Bir əsgəri:
döyüşdə,
Vətən yolunda gördüm.
Özümü
onda gördüm,
onu
özümdə gördüm.
Yaşa,
cənab general, -
torpağımın şöhrəti.
Qoy tarix
alqışlasın,
indən
belə Hikməti.
Şahin, Fuad, İbrahim,
Vüsalıydı biri də
Milli
Aviasiya Akademiyasının tələblərinə
Onlar
dörd nəfəriydi,
tələbə gəncləriydi.
Baxışlarda
ehtiram,
gözlərdə od, ehtiras.
Dördü
də boy-buxunlu,
dördü də sadə, həssas.
Bir
xoş gündə doğulub,
elə
bil ki, dördü də, -
bir ana
sevinci də,
bir ana
öyüdü də.
Qızlar
əzbər bilirdi,
o
dördlərin adını.
Adları
bəzəyirdi,
Cavanlıq həyatını.
Şahin,
Fuad,
İbrahim,
Vüsalıydı
biri də, -
mənim
tələbələrim.
Seminarda
neçə yol,
söz
verdiyim uşaqlar.
Ey
yaxınlar, uzaqlar!
Bizim
akademiya!
Şəhid
oldu, a dünya!
Şahin,
Fuad,
İbrahim,
Vüsalıydı
biri də, -
mənim
tələbələrim.
Biri -
helikopterdə,
o biri -
təyyarədə
uçasıydı bir azdan,
Ayaq
saxladı zaman!
Ali məktəb
diplomu
qaldı
evdə əbədi.
Bir də
cənab rektorun
İmzası, dəsti-xətti.
Bir
gün bizim sinifə
özü gəlmişdi yenə.
Dinləyib
əhsən dedi,
gənclərin hər birinə.
Dördləri
alqışladı,
Üzündə başqa maraq.
Yerdə
də uçurdular
onlar səmadan
qabaq.
Şahin,
Fuad,
İbrahim,
Vüsalıydı
biri də, -
mənim
tələbələrim.
İntibah
Dünya
Azərbaycanlıları
Şuşada
İntibaha
çağırır
Azərbaycan dünyanı,
Zəfər
qurultayına,
Qarabağa
çağırır.
Qalib
xalqın dilində
Salamlayaq Şuşanı,
Qələbə
himnimizi
Oxumağa
çağırır.
Zəfər
qurultayına,
Qarabağa
çağırır.
Qalxsın
qazi oğullar,
danışsın
dağ kürsüdən,
bütün yer kürəsini
qızdırsın
nəfəsimiz.
Şəhidlərin
ruhuna
And içirik, ey Vətən,
nəğmə oxuyanda da,
rəqs
eləyəndə də biz.
Bütün
yer kürəsini
qızdırsın
nəfəsimiz.
Qələbə
bayrağımız, -
Dəmir Yumruq havada!
Ali
Baş Komandanın
tarixi
göstərişi
Yerin də
zinətidir,
Şuşada dağların
da, -
Şuşa
Fatehlərinin
dəmiraddım
yerişi.
Ali
Baş Komandanın
tarixi
göstərişi.
İntibaha
çağırır
Azərbaycan
dünyanı.
Zəfər
qurultayına,
Qarabağa çağırır.
Qalib
xalqın dilində
Salamlayaq
Şuşanı.
Qələbə
himnimizi
Oxumağa
çağırır.
Zəfər
qurultayına,
Qarabağa
çağırır.
Həkim
Türkiyəli
uzman həkim
Musa
Kılıca
Sənin
bu xoş xasiyyətin,
nəyə desən, dəyər, həkim.
Tərəzinin
bir güzünü
sadəliyin əyər, həkim.
Çəksə
bir xəstə özünü,
çəkmə, sən ondan gözünü.
dərdini yox, sir sözünü,
gəlib
sənə deyər, həkim.
Mübarəkdi
alın yazın,
çiçək açsın qışın, yazın.
Əllərin
heç yorulmasın,
o şəfalı
əllər, həkim.
İnsan
yaşamaq istəyir,
sağ
canını çağ istəyir.
bir isti
ocaq istəyir,
bir də
bir şad xəbər, həkim.
Səni
deyir gəlib-gedən,
el
yapışıb ətəyindən.
"Bir
millətik, iki vətən",
deyib Ulu
Öndər, həkim.
Dara Şahın anası
"Dara
elan etmişdi ki, hər kəs, kimliyindən
asılı olmayaraq, İsgəndəri öldürsə, ona min
talant
verəcək"
Kvint Kursiy RUF
(qədim
yunan tarixçisi)
Qədim,
ən qədim İranı,
Plutarxdan soruş, deyər.
İsgəndər
qovdu Daranı,
öznünkülər öldürdülər.
Şahın
seçib-saydıqları,
uğrunda sandan keçənlər.
Vəzifəyə
qoyduqları,
sədaqətə and içənlər.
Budaqlara
sarıdılar,
xain
qaldı yana-yana.
İki
yerə ayırdılar,
"Baş
bir yana, leş bir yana!"
İsgəndər
sözünü dedi,
süzdü bir an düşmənini.
Şaha
layiq dəfn elədi
əsir
olan düşmənini.
Şahın
ağrısı, acısı
taleyin
son cəzasıydı.
İsgəndərin
duaçısı
Dara şahın anasıydı.
Daranın
"mükafat" vədi,
Puça çıxdı, unuduldu.
İsgəndərin
hərəkəti,
Tanrı mükafatıydı bu.
Hələ
bir vaxt o demişdi:
-
Uşaqdı İsgəndər, uşaq!
Oyuncaq da
göndərmişdi,
- doyunca oynasın qoçaq.
Sevdası var
Allahım,
dəymə o qıza,
dilində bir duası var.
Öz
gülüşü, öz aləmi,
dünyada öz dünyası var.
Bənövşə
ətirli yazdı,
safdı,
gözəldi, həssasdı.
Qanındakı
Kür, Arazdı,
bir
el-oba havası var.
Əkdiyi
gül-çiçəyində,
kəsdiyi duz-çörəyində,
bir
şairin ürəyində,
əbədi bir sevdası var.
"Milan" qızı
Şəhid
ailələrini, qaziləri təmənnasız müalicə
edən
"Milan"
klinikasına, onun rəhbəri Xuraman xanım Muradovaya
Döyüşlərdə,
səngər-səngər
həlak
olan,
o pak
olan
şəhidlərim!
Torpaq
deyib,
torpaq
olan
şəhidlərim!
Sizdən
bizə
əmanətdi
sizdən
deyən
qazilərim!
Hərəsi
bir
şeirim-sözüm,
şah
əsərim.
Tariximə,
yeni tarix
yazanlarım!
Qarabağ
partizanlarım!
Dəmir
yumruq, -
bayrağıdır
bu
millətin.
Harda
qalxdı,
orda
gördük
üzünü
haqq -
ədalətin.
O, Ali
Baş Komandanın
öz
adıydı,
öz
imzası.
O səngərdən
başlayırdı,
Azərbaycan
epoxası!
Siz ey
şəhid anaları, bacılarım!
Gedənlərin
töhfəsidir,
-
ağrılarım,
acılarım.
Yaşa səni,
"Milan" qızı!
O
qızların seçilib-sayılan qızı!
Ana
çağır,
sən
ana de,
oğul
şəhid
analara.
İndi
oğul əvəzisən,
sən,
onlara.
Sən
ana de,
analara!
Ədalət istəyir
bütün zamanlar
Əmir
Teymurun xatirəsinə
"Gedər
xançal yarası,
getməz
söz yarası"
Atalar sözü
"...biri
"xər" dedi"
B.Vahabzadə
Tədqiqatçıların
yazdığına görə, Əmir Teymur Şah 1381-ci ildə
Tus şəhərinə daxil
olduğu
zaman, "Şahnamə"nin müəllifi İran şairi
Firdovsinin qəbri üstə gələrək
deyib:
"Ey Firdovsi, qalx! Qalx da, hər sətrində pislədiyin məğlub
türkü indi gör!
Qalx,
şərəfsiz fars!.. Bağdaddan
bu yatdığın yerə qədər fars
buraxmadım".
Farsın
qılıncıyla, topuyla deyil,
farsın
nifriniylə, ahıyla deyil,
farsın
qoşunuyla, şahıyla deyil,
İranı
səslədi,
Turanı
dandı.
Tanrıya and içən, Tanrını dandı.
Sinirə
bilmədi bunu şah babam,
sözünü qılıncla deyən haqq babam.
Yaşa
heykəl babam, qibləgah babam!
Sənin
kəlamların ilahi səsdi,
əvəz-əvəz deyil,
tarixi dərsdi.
Sıxır
qəhrəmanı bəzən ehtiyac,
nə
bir çıxış yolu, nə başqa əlac!
Nizami
deyib ki, ər ol, qapı aç,
Özgə
bostanına deməyib daş at!
Dünya - bostan yeridisə?
Ehtiyat!
Şair də
insandı, o da doğulur,
nəfəsi - ot üstə şeh kimi büllur.
Amma
ömür boyu cavabdeh olur,
bu
gün söylədiyi bir fikir üçün,
ya adi
bir eyham, ya təhqir üçün.
Kimsə
deyibdi ki, ömür yuxudu,
kimsə
bir ömürdə ömrü toxudu.
Xalqa yox,
cəllada lənət oxudu, -
Nəsimi
-
Hələbdə soyulanda
da,
Şərqin tarixini gətirin yada.
Qələmə,
ya sözü gizli xəyanət! -
göydə Tanrıya da bəsiydi bu qəsd.
Nəydi əsr-əsr belə ədavət? -
nə
xaqanlar dözüb, nə qəhrəmanlar,
ədalət istəyir,
bütün
zamanlar.
Allahım,
gör nələr yadıma düşdü,
Zərdüşt, o peyğəmbər yadıma
düşdü.
Orda deyilənlər
yadıma düşdü;
işıqla zülmətin oyunu tutmaz,
farslar
unutmasın,
türklər
unutmaz.
Heç bilmirəm
Anam deyim,
bacım
deyim,
qızım deyim? -
heç
bilmirəm.
Ürəyimi
açım deyim,
heç
bilmirəm.
Soruşma
nə yazdığımı,
səndən sənə yazdığımı,
dönə-dönə yazdığımı,
pozum
deyim? -
heç
bilmirəm.
Mənim
də öz ağrım-acım,
bir
görüşdü ehtiyacım.
Özgəyəmi
ağız açım,
özüm deyim? -
heç
bilmirəm.
Salam, Füzuli, salam!
Qələm
dostum
Lətif
Vəlizadənin 80 illiyinə
Nə bir
küçə gördüm, nə ev, nə
eyvan,
Lətif,
Füzulidə, Füzuli yoxdu.
Meydan
sulayıbdı qopan o tufan,
Ayların-illərin,
bir fəsli
yoxdu.
Sənin
səksənində biz gələsiydik,
dəvət eləmişdin neçə il qabaq.
Çəmənlər
qoynunda dincələsiydik,
hardadı dediyin o "Ceyranbulaq?"
-
Palıd var, altında yatar bir sürü,
görmürəm, palıdlı o meşə nəymiş?!
Burda o
yerləri külək süpürür,
dünya
- bilməmişik,
süpürgəçiymiş!
Qəlbini
sıxmasın qoy bu qəm, Lətif,
Zəfər
yolumuzdu - Şuşa yolumuz.
Gözün
aydın olsun, deyirəm, Lətif,
bu yoldan
keçibdi,
qalib
ordumuz.
Buludlar
çəkilib göyün üzündən,
o qara
kölgələr gedib Şuşadan.
Salam,
Füzuliyə, Cıdır düzündən,
Şuşa salamıdı, Lətif, Şuşadan.
Tanrı sərvəti
Zaman
carçısıdır böyük günlərin,
mənim
niyyətim tək pakdı, təmizdi.
"Azərbaycanlıyam!" -
deyən
Öndərin,
dili də
bir Tanrı sərvətimizdi.
Şəhərdə
reklamlar göz qamaşdırır,
istər
gecəyarı, ya bir az axşam.
Mən səni
bilmirəm, məni çaşdırır,
oxumaq
olmur ki,
deyəm
hardayam.
Hər kəsin
öz dili, öz əlifbası,
reklam eləməyə
yer tapıbdılar.
Filan qəbilənin
filan tayfası! -
gör,
harda deməyə,
yer
tapıbdılar.
Bizim
Nizamidən* soruşan gərək,
Dilçi alimlərin işidi, bəlkə?
Beləymiş,
reklamda yazıldığıtək,
qədim
dilimizin,
çeşidi,
bəlkə?!
Şuşa
fatehinin zəfər dili var,
şəhid gedənlərin səngər dili var,
qazi
oğulların şahid dili var,
Araz
qırağı var, Kür sahili var,
bir də
Yumruq dili -
Azərbaycanın,
xəbərdən-xəbəri var ki, dünyanın!
Gedib bir
xarici tapasan gərək,
oxuya o
adı, soyadı bir də.
Mənim
dediyimi bir yazan gərək,
nola,
bir
eşidən olaydı bir də.
*Akademik
Nizami Cəfərov
Sənin həyatın
Akademik
Arif Paşayevə
Arifə
hər yaşda Tanrı güc verir,
çünki insanlara o sevinc verir.
Uşaq
ürəyi var, alim zəkası,
bir də
bu dünyada könül dünyası.
İçəri
Şəhərdə Mir Möhsün Ağa,
qolundan
tutdu ki, qalxsın ayağa.
Gördü
ki, yeriyir, yüyürür, qaçır,
gördü ki, o bağlı qapılar açır.
Yıxılangörəndə,
qolundan tutur,
kim na qəsd
etsə, onu qan tutur.
Üzndə
nur gördü,
gözündə
həyat,
sən
belə yarandın,
Arif, yaz,
yarat!
Qadın əlləri
Hər kişi dalınca bir qadın ağlar,
deyirlər
dünyada
çaylar, bulaqlar
az olar bəlkə
də, o göz yaşından,
Ağlayır,
dünyanın
yaranışından.
Sevinci, kədəri
göz yaşındadı,
qadınlar -
hər
yaşda qız yaşındadı.
Mən
qadın görmüşəm, əsl uşaqdı,
ən
böyük arzusu bir oyuncaqdı.
Mərhəmət
gəzdirər dilinin altda,
bitər,
qaratikan
kolunun altda.
Baxar,
boynubükük
bənövşə kimi,
sınar,
buz
baxışdan bir şüşə kimi.
Həyatın
özündə başqa həyatdı,
hələ oxunmamış bir külliyyatdı.
Yarpağı,
qönçəsi,
özü
təzə-tər,
nə
açar iydələr, nə yasəmənlər,
bir
qadın ətrinə gördüm ki, dəyməz,
nə
elə ətir var,
nə elə
nəfəs.
Qadınsız
qaldığım illərə hayıf,
İllər, o illərdə yol göstərmədi.
Dedim:
şeir
yazan əllərə hayıf,
bu əllər
doyunca sığal görmədi.
Anasız uşaq kimi
Sən mənim
həyatıma
gəldin
bir uşaq kimi.
Mən
tutdum ətəyindən,
qalxdım sarmaşıq kimi.
Sən
verdin sən səsimə,
can gəldi
nəfəsimə.
Kökləndim
sarı simə,
oxudum
aşıq kimi.
Arada bir,
nə danım,
səslədim, soraqladım.
Səndən
ötrü ağladım,
anasız
uşaq kimi.
Amazonka qızları
"Bu da
bir zarafat"
şeirlər silsiləsindən
Bizim
müəllimələr, -
Amazonka
qızları!
Aygün,
Nailə, Gülər, -
Amazonka qızları!
İşi
yarıda qoymaz, -
Amazonka
qızları!
Lyubov,
Ellada, Solmaz, -
Amazonka
qızları!
Sözü
mərdi-mərdana, -
Amazonka
qızları!
Gülşən,
Südabə, Rəna, -
Amazonka
qızları!
Hamımız
bir ailə, -
Amazonka
qızları!
Laborant da
Vüsalə, -
Amazonka qızları!
Ayxan - təzə
dekandı,
Amazonka
qızları!
Sadədi,
mehribandı, -
Amazonka qızları!
Gülnarə
balamızdı, -
Amazonka
qızları!
Pakdı, ağıllı qızdı.
Amazonka
qızları!
Kafedra
müdiriniz,
Amazonka
qızları!
Ağsaqqal
bir əminiz, -
Amazonka
qızları!
Tələsmirəm
Göz həkimi,
bir
xanım qız,
çiynimə
bax, -
deyir mənə.
Ağ
xalatlı
çiynini
də
əyir
mənə.
-
Çiynimə bax!
Mənim
gözüm
o
gözlərdə
qalıb
ancaq.
Mən
baxıram, -
dedim həkim,
gözüm
üstdə də
əsmirəm.
- Bax, səbr
elə!
- Tələsmirəm,
mən
heç yana
tələsmirəm.
Yadındamı
Radiodan
bir şad xəbər,
elan etdi
sinoptiklər:
yağan
yağış,
qopan
tufan,
əsən
külək
günortaya səngiyəcək,
gün
çıxacaq...
Allah,
Allah!
Gördünmü,
bax,
sən
Bakıya dönən kimi,
tam dəyişdin
bu iqlimi.
Gördü hamı.
Möcüzəsən
- demişdim mən,
yadındamı?
Nəriman HƏSƏNZADƏ
Ədəbiyyat qəzeti.- 2022.- 21
may.- S.2-3.