Dağlarcanın şeirləri
Yalqızlığım
İlıq bir su kimidir içimdə yalqızlığım,
Yalqızlığım, ruhumda uzaq bir
səs kimidir.
Hər sabah üfüqlərdən
mavi mahnılar gəlir
Və hər sabah
ürpəşir içimdə
yalqızlığım.
Günəşim aydan sarı, sabahım dünəndən
çətinsə
Sarsın artıq ömrümü tunç şamdanların
hisi.
Üşüyən əllərimdən
tutmalıydı birisi,
Əgər mənim gözlərim onları görmürsə.
Bir şüşənin arxasında
açılır güllərim,
Hovuzum
par-par... yuyar baxışlarımı.
İşlər təmiz ziyalar suya naxışlarımı;
Ruhumun dünyasından
əsər təxəyyüllərim.
Röya
rüzgarlarında bir
yarpaq yalqızlığım,
Düşüncəm bir neydir ki,
ürpərir pərdə-pərdə.
Bəlkə bu misralarım əsəcək könüllərdə,
Fəqət hər kəsdən uzaq qalacaq yalqızlığım.
Məndən sənə
Məndən sənə nə qala bilər.
Düşüncələrim deyil,
O ağılın.
Çiçəklərim deyil,
O təbiətin.
Əsərlərim deyil,
O insanlığın.
Nəfəslərim deyil,
O azadlığın.
Məndən sənə
Sevgim qala bilər
O, heç kesin deyil,
O, ancaq sənin.
Geri verilən
Yaxşı, alın, sizin olsun,
Daha istəmirəm.
Bu əl, bu ayaq
Bu duyğu, bu düşüncə
Sizin.
Daha istəmirəm.
Budaqlarda
göylərdə sularda
Acılarım bir çırtmayla yuxusuz.
Bəlkə, anlarlar məni
Sevindirirlər, ümidləndirirlər, amma
Sizin,
Daha istəmirəm.
Ta uşaqlığımdan bəri
Yanımda yeriyən,
Sevəndə, acanda,
Danışanda, yazanda hiss etdiyim
sey
Sizin,
Daha istəmirəm.
Gecə
zil qaranlıqlar böyüyür,
Alır qayğılarımı yollarda.
Alır
gözəlliyini dağlardan
Yaxşı, sizin olsun bu doldurduğum boşluq,
Sizin,
Daha istəmirəm.
Hamısı: daş, torpaq, orman, dəniz,
İşıqsızlığını yaşadığım
varlıq,
Yoxluğunda acılarını çəkdiyim
ölülər,
Hamısı, hamısı
Sizin,
Daha istəmirəm.
İçəridən keçən yol
İçəridə günəş
doğmaz ki,
Qaranlıqdır sürüb gedən.
Büsbütün sönmüşdür işıq,
Yeni günəş
parıldayır keçmişdən.
Halbuki gecə Ayla doludur,
Nə üçün
qımıldamaz damda?
Gedib-gələn, yeriyən yox,
Yol tək,
arzu dar otaqlarda.
Tənhasınız, içinizdə
bir yüksəliş,
Duyulur, bəlkə, bilirsiniz
Bir ordudur ümidsizlik,
Siz bayraqdar
kimisiniz.
Yoldur - ürəkdə parlayan,
Yoldur - gerçəklərin
izi.
Yoldur - yüzillər keçsə
də
Yoldur - yoldaş
edən bizi.
Tənha
Mən öləcəm, kimsə
seyr etməsin,
Günəş və düşüncələr
içində.
Soyunacağam paltarımı və
xatirələrimi
Bir səmalar
səssizliyində.
Və məhzun əllərimlə,
Günəş və düşüncələr
içində
Nəsibimi bir kənara qoyub.
Köhnə mahnıları oxuyarkən,
Dağlarda atəşlər yandırıb.
Kimsə
seyr etməsin, eşq və sonsuzluq,
Qərib məzarlıqlar arasından
gedəcəyəm.
Ətirli
sularla yuyularaq
Qaranlıqlarda zövq alacağam.
Yer üzü sayqısı
Atalarıma min sayqı,
Min təbrik.
Çatmışam Budapeştə,
İrəvana, Misirə
mən.
Sevmişəm ancaq.
Atalarıma min sayqı,
Min təbrik.
Ayırmamışam
Qaradərilini qızıl saçlıdan.
Atalarıma min sayqı,
Min təbrik.
Mən də ölkələr almışam Şərqdən
Qərbdən,
Amma sömürməmişəm.
Mənim heç rəsmim
olmasa
Mənim
heç rəsmim olmasa,
Olmasa və görünsəm
Yalnız
düşüncələrdə,
Yazılarda yalnız.
Tutmasa məni qaralar, ağlar,
Dağın, daşın ulu yoxluğunda.
Dönüb dursam sadəcə
Günəşlə bir.
Bir gecə yarısı
Yatarkən
Diksinir uşaqlar, ölülər,
qızlar -
Yeməsin məni işıq.
Mənim
heç rəsmim olmasa
Yerisəm,
Yerisəm,
Son yaşayanlaradək.
Özümə
Yatırtma məni,
Kainat kimsənin deyil,
Qoy,
Parıltımda qalım.
Uçurtma məni
Gözləri balaca sərçələrdən
kənara,
Qoy,
Ağaclarla qalım.
Salma məni
Daş binalarına düşüncələrin,
Qoy,
Sevgitək qalım.
Gəzdirmə məni,
Yazı
deyilən bu əyi-üyrü cızma-qaralarda,
Qoy,
Yazılmamış qalım.
"Haydi" kitabından:
Söz oğrusu
Şeir
yazarkən
Elə bil oğurlayıram
Aydınlığı
Böyük bir qaranlıqdan.
Qara sevda
Bu gecəmdir
Qaranlıqda
Səni
Gözləyən.
Bölünmə
Təbiət ikiyə bölmüş
bizi
Qadın-kişi
Biz ikiyə ayırırıq
özümüzü günün
sonunda
Aldadanlar - aldadılmışlar.
Qaranlığın hərəkəti
Mənə bənzəyir
Mənim
səssizliyimə
Bu Qatar, bu uçaq, bu gəmi
Gecə içində irəliləyən.
İkinci həqiqət
Ağıl
Daxili
Gözümüzdür
Kirpiksiz.
Uzaqda
Gələr gedər
Səhərədək
Mənim
yuxusuzluğum
Sənin gözəlliyinə.
Bakıda oyanmaq
Türkcə səslər gəlir
yollardan
Qaranlığı yox edir Türkcə
işığı.
Bir az İzmirə
bənzər,
Bir az İstanbula,
Dənizlə dağ qarışığı.
Daha mavi, daha ağ
Bakıda oyanmaq.
Kimisi gedər sənə doğru,
Kimisi gedər çörəyinə,
Onlar sənin doğma qardaşlarındır
Yaratmaqdadırlar gözəlliyini günün
Tanımadınmı yenə.
Böyüyən,
böyüyən bir budaq,
Bakıda oyanmaq.
Səslənir radiodan mahnılar,
Bir budaqdan axar dilin.
Qovaqlarla,
çinarlarla, ardıclarla,
Təbiətin eşiyinə
Daşar yaşılın.
Ta içindəki
yarpaq
Bakıda oyanmaq.
İki olursan burda, iki vətənin olur,
İlk dəfə, ilk kəz,
Çağların söylədiyi nağıllardan uzaqlaşırsan,
Ölümdən sonrakı diriliş
var ha,
Artıq sənə gərəkməz.
Həm yaxın, həm uzaq
Bakıda oyanmaq.
***
Yox edilməz
Nə qədər ki, dünyada türk var,
O qədər də var olacaq
Tük Dil Qurumu.
Fazil Hüsnü Dağlarca
Ədəbiyyat qəzeti.- 2022.-
21 may.- S.6.