"Ədəbiyyat qəzeti"nin Baş redaktoru Azər Turana
Uzun illər
Azərbaycandan kənarda fəaliyyət göstərdiyim
üçün bəzilərini öz vaxtında çap
etdirmək imkanı olmadığını nəzərə
alıb, bir-birilə yaxından səsləşən və
çağdaş milli-mənəvi dəyərləri tərənnüm
etməklə bir bütövlük təşkil edən
aşağıdakı şeirləri Azərbaycan Xalq
Cümhuriyyətinin ildönümü günündə, ustad
Nəriman Həsənzadənin möhtəşəm poetik təbiri
ilə desək, "Zəfər qurultayı" ərəfəsində
bayram sayınızda çap etməyinizi Sizdən xahiş
edirəm!
Hörmətlə...
Akif Azalp,
AYB-nin və Azərbaycan-Özbəkistan
Dostluq Cəmiyyəti İdarə Heyətinin
üzvü,
Özbəkistan Yazıçılar
Uyuşmasının fəxri üzvü,
"Heydər Əliyev - 90" və
"Vətənpərvərlik
- 2020" respublika müsabiqələrinin
qalibi
İstiqlal
Müstəqil
Azərbaycan Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyətini
birləşdirən əbədi ideal eşqinə!..
Nurlu
yaşın mübarək, yaş tanımaz məlikəm!
Nəhayət,
bunca sitəm, qan-qadalardan sonra,
Bu qədər
sınaqlardan, qasırğalardan sonra,
Çox
şükür, vüsalına yetişdi yenə ölkəm!
Bu gün
artıq çar-naçar gülümsəyir
qarşında,
Səni iki yaşında oğurlayan namərdlər.
Bu gün
artıq ərşdədir çoxu igid yaşında,
Sənin
dalınca gedən adı dağ boyda mərdlər!
Yalnız
sən göylərə xas ecazkar qüdrətinlə
Zülmətlərə sığmadan zindanları
dağıtdın.
Yetmiş
illik qeybindən səməndər xislətinlə
Sən
yenidən doğuldun, sən yenidən qayıtdın!
Qutsal
medalyon kimi köksündə yanır tuğran,
İçində
bir şəkillə bir ad var - Azərbaycan!
Sağ
olsun gül-çiçəklə ərsəyə gətirənlər,
Var olsun
qoruyaraq bu həddə yetirənlər!
Bu gün
artıq Vətəndə səninlə nəfəs alan,
Doqquz
milyon uğrunda can verməyə hazırdır,
Bu gün
artıq dünyada sənin hüsnünə heyran,
Əlli
milyon növbədə qan verməyə hazırdır!
Hökm
elə bircə dəfə, ey qəlbimin səması,
Son arzunun
yolunda birinci qurban olum!
Hökm
elə bircə kərə, ey şeirimin siması,
Hüsnünə
kəc baxanı gözündən vuran olum!
Füsunkarsan,
illah da, can alanda varlığın,
Elə
ki, başın üstdə ay-ulduzun sayrışır!
Məftunkarsan,
illah da, yellənəndə yaylığın,
Elə
ki, al yaşıla, yaşıl göyə qarışır!
Şanlı
yaşın mübarək, yaşdan uca bakirəm,
Dik tut
başını artıq sən əbədi mənimsən!
Bir də
əl uzadanın əllərini kəsməsəm,
Qanım
halaldır sənə, eşqimə and içirəm!
2011
Proloq
"İstiqlalnamə"
trilogiyasından
Ya
Tanrım, mədəd ver, yel qanadında
Söz bəhrindən
dərib zər danələri,
"İstiqlalnamə"tək
bir ad altında
Bir sapa
düzüm bu dürdanələri!
Ey səma
elçisi, yet köməyimə,
Hürlükdən başqa şey yarar nəyimə?!
Əkim
ürəklərin hürr diləyinə
İstiqlal
verən bu təranələri!
Ey tarix
yazan xalq, səndən yadigar
Azadlığın
üçün yanan insanlar!
Bir
xeyir-dua ver, köksümdə vüqar,
Tərənnüm
edim bu pərvanələri!
Ey azad
yurd, sən də böl sevincimi,
Üç
sima, üç namə, üç cəngi kimi!
Yazım
bayrağının üç rəngi kimi
Göyləri
bəzər bu əfsanələri!
Ey
qüdrətli keçmiş, od ver
şanından,
Şəhid
igidlərin qutsal qanından!
Keçib
ustadların imtahanından,
Vəsf
edim bu mərdi-mərdanələri!
Ey məsum
gələcək, mənimçün bu gün,
Sənə
bəxt diləmək hər şeydən üstün!
Yazıram,
biləsən, iqbalın üçün
Kimlər
yaratmış bu kaşanələri!
Ey təb
ilahəsi, nə olar, getmə,
Bir
vüsal sonuna belə tez yetmə,
Barı
yazanacan məni tərk etmə,
Sənin
vəslindən bu nişanələri!
Ey həssas
oxucum, qəbul et, buyur,
Sənin
dastanın da, nəğmən də budur,
Çağdaş
"Şahnamə"n də, "Xəmsə"n də
budur,
Həkk
elə qəlbə bu şahanələri!!!
2009
Xilaskar
nidası
"Öndərnamə"
silsiləsindən
Ümummilli
lider Heydər Əliyevin 1990-cı ilin yanvarında sabiq
SSRİ
paytaxtındakı məşhur bəyanatı əsasında
Xalqımın
göyləri tutan fəğanı
Ağır illərimin acısı oldu.
Bakıdan
birinci şəhidin qanı,
Səbrimin sonuncu damcısı oldu.
Əlvida,
yolunu azan səltənət,
Nahaq qan
içində üzən səltənət!
Anlatmışdı
bir vaxt şeytanlığını
Minlərlə nərlərə qurduğun tələ.
Gəncliyimdən
sənin zindanlığını
Hamleti
oynarkən sezmişdim hələ!
Əlvida,
yolunu azan səltənət,
Mərdlərinə
zəhər süzən səltənət!
Yalnız
sığınıb bir yurd muradına,
Can
atdım üzünü ağ etmək
üçün.
Azadlıq
eşqinə çatıb dadına,
Elimin bəxtinə bir yetmək üçün.
Əlvida,
yolunu azan səltənət,
İçdiyi
andları pozan səltənət!
Heyhat,
sınaqlara gərdikcə sinə,
Səngimək bilmədi böhtan daşların.
Aldanmış
qəlblərin son ümidinə
Son qoydu
yelbeyin keçəl başların!
Əlvida,
yolunu azan səltənət,
Yalanı
gerçəyə yozan səltənət!
Gözümə
görünər nə xof, nə hədə,
Nə
şöhrət, nə mənsəb, nə də kabinet...
Daha yerim
yoxdur belə firqədə,
Al,
başına dəysin, bu da partbilet!
Əlvida,
yolunu azan səltənət,
Öz qəbrini
özü qazan səltənət!
Artıq
yollarımız başqa-başqadır,
Sən biryolluq uydun şərə, şeytana.
Məni
isə məslək eşqim aparır,
Son
sığınacağım Azərbaycana!
Əlvida,
yolunu azan səltənət,
Əcəlin
Qafqazdan gəzən səltənət!
1990
Donanma
"Öndərnamə"silsiləsindən
"Heydər
Əliyev" və "Prezident Heydər Əliyev" gəmilərinin
dünya sularına
buraxılması münasibətilə
Ərzin
ilk gəmisi qonan torpaqsan,
Nuhun
qüdrətinin davamıdır bu!
Papağını
dik qoy, hey Azərbaycan,
Milyon-milyonların
bayramıdır bu!
Gəmisinin
zili ərşə yüksəlir,
Ulu
Öndər "Heydər Əliyev" gəlir!
Doğma
Xəzərinin qəlbində tüğyan,
Bir yan
Qara dəniz, bir yan Ağ dəniz,
Keçərək
Baltikin tufanlarından,
Şimal
sularında buraxdıqca iz,
Quduz
dalğaları yararaq bir-bir,
"Prezident
Heydər Əliyev" gəlir!
Çəkil,
bəndərgahdan qalxan qara yel,
Gücənmə,
Bosfordan qopan fırtına!
Yol ver, Cəbəltariq,
yol ver, Dardanel,
Sülhün
əzəmətin alıb sırtına,
Donanmanın
zili göyləri dəlir,
İstiqlalın
gəmi karvanı gəlir!
2009
Zəfər nəğməsi
"Zəfərnamə"
silsiləsindən
Artıq əbədiyyətə "Qarabağ - Azərbaycan!"
Nidasın
möhürlədi Öndərin şah əsəri!
İzin
ver, ey bayrağım, iftixar səmasından
Sənin
dalğalarınla çatdırım bir xəbəri:
İlhamla
gələcəkdir bu yurdun hər zəfəri,
İlhamla
güləcəkdir bu yurdun hər səhəri!
Onunla
tarix yazır Azərbaycan əsgəri,
Onunla
yenilməzdir Azərbaycan Ordusu!
Onunla
qürur duyur yurdun bütün elləri,
Onunla
gerçəkləşir milyonların arzusu!
İlhamla
güləcəkdir Vətənin hər səhəri,
İlhamla
gələcəkdir Vətənin hər zəfəri!
Əzminə
həmnəfəsdir hər cəbhədə, hər anda,
Dünyanın
Sülh elçisi, nur yolçusu Mehriban!
Zirvələrdən
dəstəyə ehtiyac duyulanda,
Bir
yanında Ərdoğan, bir yanında Gündoğan!
İlhamla
gələcəkdir bu yurdun hər zəfəri,
İlhamla
güləcəkdir bu yurdun hər səhəri!
Sülhsevərlik
ərşindən gəlir artıq sorağı,
Hünəri
qərq etdikcə yeri-göyü heyrətə!
Yurd
eşqinə o hələ nəinki Qarabağı,
Bütün
Azərbaycanı çevirəcək cənnətə!
İlhamla
güləcəkdir Vətənin hər səhəri,
İlhamla
gələcəkdir Vətənin hər zəfəri!
2021
Nur yolçusu
"Hüma" silsiləsindən
Parisin həyəcandan
dili gəlmir kəlməyə,
Yelisey meydanının köksünü qibtə
yaxır.
Bu gün
Odlar yurdunun yüksəldiyi zirvəyə
Eyfel qülləsi belə altdan yuxarı baxır.
Xoşməramlı
səfiri alqışlamaqda cahan,
Səndəki
bu vüsətə eşq olsun, Azərbaycan!
Saçılmış
incilərin, musiqinin hayında
Yanır İstiqlal adlı səhərin dan ulduzu.
Didərgin
bülbüllərin, güllərin harayında
YUNESKO-dan nur saçır əsrin Mehriban qızı.
Xoşməramlı
səfirə əhsən yağdırır cahan,
Səndəki
bu şövkətə eşq olsun, Azərbaycan!
Muğam sədalarından axıb durulur səma.
Bəhrəsin verir, demək, Sülh yolunda pərvazlar.
İlhamla
qanadların birgə gərdikcə Hüma,
Ənginləri fəth edir qızıl səslər,
avazlar.
Xoşməramlı
səfirdən mədəd gözləyir cahan,
Səndəki
bu qüdrətə eşq olsun, Azərbaycan!
2005-2020
10 may
"Öndərnamə"silsiləsindən
Sirli-soraqlı
əsr
23
yaşında idi,
Yurda
xilaskar vermək
əhdi
başında idi!..
Naxçıvan
səmasında
gecələri bərq vurub,
Gərdişi
ecazkar bir
nur
kütləsi gəzirdi.
Gah
şığıyıb çəkilir,
gah
parlayırdı durub,
Görənlər
mat qalırdı:
"görəsən, bu nə sirdi?!"
Kimi
deyirdi bu nur
Gəmiqayadan
gəlir,
Kimi
deyirdi gəlir
Əshabi-Kəhf
tərəfdən!
Kimi
deyirdi bu nur
Aralıqdan
yüksəlir,
Kimi
deyirdi gəlir
Əlinceyi-şərifdən!..
Arzulu-kamlı
əsr
23
yaşında idi,
Ərzə
dahi bəxş etmək
əzmi
başında idi!..
Dəymişdi
bir-birinə
mollalar,
münəccimlər:
Biri
söhbət salırdı
Cavanşirdən,
Babəkdən!
Gələcək
xilaskardan
verirmiş kimi xəbər,
Biri
söz başlayırdı
cahandar
Atabəydən!
Biri
deyirdi bu nur
Sahibzaman
nurudur,
Biri
dalğın baxırdı,
anıb
Nuh peyğəmbəri!
Biri
deyirdi bu nur
Sahibqiran
nurudur,
Bir
bürcdə tuş gəlibdi
Zöhrə
ilə Müştəri!..
Şanlı
XX əsr
23
yaşında idi,
Dünyaya
oğul vermək
eşqi
başında idi!..
Nəhayət,
Nuhdan qalan
şəhərin səmasında
Səyyar
nur qeyb olanda,
bildilər, yerə yenib.
Bir
övliya israrla
dedi
söz əsnasında:
"Yeni
körpə doğulcaq
o nur
insana dönüb!"
Hamı
heyrətdə idi
Pirlər
məhəlləsində,
Kəramət
səslənəndə
ilk bahar
sonu idi!
Tanınmış
dəmiryolçu
ailəsində ilk dəfə
Dahi səsi
gələndə
düz
mayın 10-u idi!!!
2003
Nehrəm salnaməsi
"Öndərnamə"
silsiləsindən
Kreml qəzəbdə
qısqırdır şəri,
Qəhrəman
büstünə əl qaldırmağa,
Bir kənd
yuxu bilmir günlərdən bəri,
Böyüklü-kiçikli qalxıb ayağa.
Hürriyyətlə
həmdəm, haqq ilə məhrəm,
Qeyrət
salnaməsin yazmaqda Nehrəm!
Hər
yandan sardıqca ziyarətgahı,
Quşqonmaz qalaya çevirir onu.
Sehrinə
çəkdikcə qızlar bulağı,
Nəhəng izdihamın görünmür sonu.
Hürriyyətlə
həmdəm, haqq ilə məhrəm,
Heyrət
salnaməsin yazmaqda Nehrəm!
Nərəsində
yurdun müdafiəsi,
Ardınca daşlanıb gəlir Naxçıvan.
Yatanları
qarsır odlu nəfəsi,
Səsinə
səs verir hürr Azərbaycan!
Hürriyyətlə
həmdəm, haqq ilə məhrəm,
İbrət
salnaməsin yazmaqda Nehrəm!
Sezərək
əzmini Ulu Öndərin,
Sülh
ilə başlayıb hürlük savaşın,
Ruhun
şad etdikcə Atabəylərin,
Möminə
Xatunun ucaldıb başın,
Hürriyyətlə
həmdəm, haqq ilə məhrəm,
Cürət
salnaməsin yazmaqda Nehrəm!
İrəli,
Günəşə üz tutan kütlə,
Yüksəlmək eşqi bir amaldır sənə.
Bu
sarsılmaz birlik, bu şücaətlə
Göylərin
alqışı halaldır sənə!
Hürriyyətlə
həmdəm, haqq ilə məhrəm,
Qüdrət
salnaməsin yazmaqda Nehrəm!
1991
Minbər müxəmməsi
Şah
İsmayıl Xətai ilə Sultan Səlim
Yavuzun
qovuşmuş ruhlarını şad edərək!..
Ağır
gündə tanınar hər ər oğlu,
Sipər
eylər sinəsin səngər oğlu,
Soyundan
üz çevirməz sərvər oğlu!
"Mənəm
Sultan Xətai Heydər oğlu",
Yanımda
Alp Səlimtək bir nər oğlu!
Sağaldıqca
dərin yarası artıq,
Əyilməz
Turanın qafası artıq,
Bu dava
millətin davası artıq!
Mənəm
Sultan Fədai Heydər oğlu,
Yanımda
Ərdoğantək bir nər oğlu!
Ruhumda
tüğyan eylər min təəssüf,
Qanımda
dövran eylər min təəssüf,
Dinimdə
üsyan eylər min təəssüf!
"Mənəm
Sultan Xətai Heydər oğlu",
Yanımda
Alp Yavuztək bir nər oğlu!
Əbədiyyən
bölünməzdir bu birlik,
Yer
üzündən silinməzdir bu birlik,
Bu gün
misli bilinməzdir bu birlik!
Mənəm
Sultan Fədai Heydər oğlu,
Yanımda
Ərdoğantək bir nər oğlu!
Şuşa coşqusu
"Əziz Şuşa, sən azadsan!
Əziz
Şuşa, biz qayıtmışıq!.."
İlham Əliyev
Saçdı
ətrin boğub sevinc yaşına,
Zəfər
çələnginin tər qızılgülü!
Qayıtdı
gülləri yığıb başına,
Vətən
gülşəninin Xarıbülbülü!
Gözəllik
məvası, aram şəhəri,
Bəxtində
var imiş İlham zəfəri!
Yağının
canında dönüb bir daha
Şuşa
adın çəkmək qorxusu qaldı!
Mənimsə
gözümdə, nə gizlədim ta
Yolunda can
vermək arzusu qaldı!
Coş,
ey qalaların ən bəxtəvəri,
Bəxtinə
yar oldu İlham zəfəri!
Qoy desin cəngilər,
nər operalar,
Haqdan buta
almış tarınla sazın!
Qoy
kükrəsin şanlı uvertüralar,
Sən səs
paytaxtısan qoca Qafqazın!
Musiqi səması,
muğam səngəri,
Bir şərəfdir
sənə İlham zəfəri!
Yenilməz
əsgərlə qazandığın şan
Nur bəxş
etdi yurdun toy-düyününə!
Müjdən
isə Ali Baş Komandandan
Ən
gözəl töhfədir Bayraq gününə!
Coş,
ey qalaların ən müzəffəri,
Tarix
yazır bir-bir İlham zəfəri!
2020
Ey asiman əsgəri!
Vəsfinə
söz acizdir, təsvirinə əsatir,
Dirilib gəlsə
belə şairlərin sərvəri!
Nərələrin
hələ də yeri-göyü titrədir,
Hünər
zirvəsi bilib Öndər oğlu Öndəri!
Ey asiman əsgəri,
Yurdun tufan əsgəri!
Qopardıqca
ard-arda müdhiş fırtınaları,
Əbədiyyətə
yazdın ecazkar ləhzələri!
Qəhr
elədikcə şəri atəş qasırğaları,
"44
gün möcüzəsi" oldu dillər əzbəri!
Ey asiman əsgəri,
Haqqın
divan əsgəri!
"Arxalı
köpək..." adı qulağına dəyəndən
Biryolluq
qudurmuşdu ağ ayının nökəri.
Sonda
göstərdin ki, sən adi qurd deyilmişsən,
Od
ruhundan püskürcək Tanrıdağın təpəri!
Ey asiman əsgəri,
Ərzin
vulkan əsgəri!
Yox, yox,
dodaq gəmirib, dözsə də illər boyu,
Bunca
şəhid qanını, bu boyda zərbələri
Yerdə
qoya bilməzdi Alp Ər Tüngənin soyu,
Yerdə
qoya bilməzdi Tomrisin nəvələri!
Ey asiman əsgəri,
Əsrin
aslan əsgəri!
Qoy desin
keçmişlərin şanlı səhifələri,
Söyləsin
BMT-nin nakam Qətnamələri:
Sülhün
tuğun göylərə qaldıran bu zəfəri
Tarix
görməyib hələ tarix olandan bəri!
Ey asiman əsgəri,
Sülhün
azman əsgəri!
Akif AZALP
Ədəbiyyat qəzeti.- 2022.- 28 may.- S.22-23.