Ağdaşda Xalq şairi
Fikrət Qocanın
xatirəsinə həsr olunmuş tədbir keçirilib.
20 may
2022- ci il
tarixində Ağdaş
Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı
ilə Azərbaycan poeziyasının görkəmli
nümayəndəsi, Xalq
şairi Fikrət Qocanın xatirəsinə
həsr olunmuş “Şerimizin səssiz səsiyəm” adlı iki hissəli tədbir keçirilib.
Tədbirdə Azərbaycan Yazıçılar
Birliyinin sədri Anar Rzayev, şairin
ailə üzvləri,
ölkənin və regionun tanınmış şair və yazıçıları, incəsənət
xadimləri, Göyçay
və Ağdaş
rayon İcra Hakimiyyəti
aparatının əməkdaşları,
Ağdaş, İsmayıllı
və Bərdə
Regional Mədəniyyət İdartələrinin rəhbərliyi
və mədəniyyət
işçiləri, rayon ictimaiyyətinin
nümayəndələri iştirak
ediblər.
Tədbirin birinci hissəsi Göyçay şəhərində
baş tutub. Əvvəlcə
Şəhidlər Xiyabanı,
Göyçaylı yazarlar
Əli Kərim, İsgəndər Coşqun
və Əli Səmədlinin məzarları,
eləcə də “Əbədiyaşar Ədiblər”
parkında şair və yazıçıların
büstləri ziyarət
olunub, əklil və gül dəstələri düzülüb.
Tədbir giriş sözü ilə açan Ağdaş Regional Mədəniyyət
İdarəsinin rəisi
Səxavət Məmməov
Xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr
olunmuş xatirə gecəsi ilə əlaqədar Regional İdarə
tərəfindən keçirilən
tədbirlər haqqında
ətraflı məlumat
verib.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin
sədri Anar Rzayev, yazıçılar
birliyinin və şairin ailə üzvləri Fikrət Qocanın yaradıcılığı
və həyatı haqqında söz açaraq öz xatirələrini bölüşüblər,
Respublikanın Əməkdar
artisti Ağalar Bayramovun ifasında şairin şerləri səsləndirilib.
Sonra Xalq şairi Rəsul Rzanın Göyçay şəhərində
yerləşən ev muzeyi ziyarət olunub.
Tədbirin ikinci hissəsi Ağdaş rayon Heydər
Əliyev Mərkəzində
keçirilib. Qonaqlar əvvəlcə Mərkəzin
foyesində Ağdaş
rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, rayon Tarix-Diyarşünaslıq Muzeyi
və Mədəniyyət
Mərkəzinin rəssamlıq
dərnəyinin üzvləri
tərəfindən hazırlanmış
sərgi ilə tanış olublar. Sərgidə eyni zamanda şairin ailəsi tərəfindən təqdim
edilmiş şəxsi
əşyaları da nümayiş olunub.
Tədbirin bədii hissəsində “Qız qalası” instrumental ansamblının müşayəti ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri, Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların, Teyyub Aslanın, Əməkdar artist Zakir Əliyevin ifasında şairin sözlərinə bəstələnmiş mahnılardan ibarət konsert proqramı təqdim olunub və Ağdaş Regional Mədəniyyət İdarəsi tərəfindən hazırlanmış “Şerimizin səssiz səsiyəm” filmi və şairin qürbətdə yaşayan ailə üzvlərinin, yaxınlarının görüntülərindən ibarət videomüraciət nümayiş etdirilib.
Ağalar Bayramovun və Ağdaş rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Turanə Şıxalıyevanın aparıcılığı ilə baş tutan tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, şairin qızı Gülay Qocayeva, bacısı Gülbəniz Qocayeva, AYB-nin katibi və AYB-yə Qəbul Komissiyasının sədri, Beynəlxalq Ədəbiyyat Fondunun və Mərkəzi Asiya Pen Təşkilatının üzvü, şair, tərcüməçi, Prezident təqaüdçüsü Səlim Babullaoğlu, şairə, jurnalist, “Atilla” jurnalının baş redaktoru, Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyiinin sədri Gülşən Behbud, Azərbaycan Yazıçılar Birliyi Ağdaş bölməsinin sədri Fəxrəddin Əsəd çıxış ediblər.
Eyni zamanda tədbir zamanı Ağdaş Dövlət Rəsm
Qalereyasının direktoru, rəssam Fidan Səfixanovanın və Ağdaş
rayon Mədəniyyət Mərkəzinin
rəssamlıq dərnəyinin rəhbəri, rəssam Məlahət
İsmayılın çəkdiyi şairin
rəsm əsərləri qızı Gülay Qocayevaya və Anar Rzayevə təqdim olunub.
Ədəbiyyat qəzeti.- 2022.- 28
may.- S.9.