Şuşa ili
çərçivəsində Bakı şəhəri
56 saylı məktəbdə
AMEA Nizami
Gəncəvi adına Ədəbiyyat
İnstitutu və "Ədəbiyyat qəzeti"nin təşkilatı
dəstəyi
ilə "Azad Şuşaya
qayıdış" adlı
tədbir keçirildi
Tədbirdə Milli Məclisin deputatı,
AMEA-nın vitse prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstutunun baş direktoru İsa Həbibbəyli, Milli Məclisin deputatı, Atatürk Mərkəzinin
direktoru, akademik Nizami Cəfərov, Milli Məclisin elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin
katibi İlqar Fəhmi, “Ədəbiyyat qəzeti”nin
baş redaktoru Azər Turan, YAP idarə heyətinin üzvü, filologiya elmləri doktoru, Nizami Gəncəvi adına Ədəbiyyat İnistutunun “Uşaq ədəbiyyatı” şöbəsinin müdiri Elnarə Akimova, uşaq yazarları şair Zahid Xəlil, yazıçı
Sevinc Nuruqızı, Ədəbiyyat
İnistutunun elmi katibi, filologiya üzrə fəlsəfə
doktoru Aygün Bağırlı, AMEA-nın
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru Mətanət Vahid, filologiya elmləri doktoru Mahirə Quliyeva, professor İmamverdi Həmidov, filologiya elmləri doktoru Mərziyyə Nəcəfova, eləcə
də BŞTİ-nin umumi şöbəsinin müdiri Sevinc Rəsulova, layihələr
şöbəsinin müdiri
Günay Qurbanova, Xətai rayonu İcra hakimiyyətinin şöbə müdiri Pənah İmanov, OCEP koordinatoru Namiq Cəfərov iştirak edirdi.
Tədbirdə şagirdlərin ifasında
ədəbi-bədii kompozisiya
nümayiş etdirildi. Kompozisiya Şuşanın
tarixini, bu gününü və gələcəyini ehtiva etdirən məzmun üzərində qurulmuşdu.
Tədbiri giriş sözü
ilə məktəbin
direktoru Könül Hüseynova açaraq qonaqları salamladı.
O bildirdi ki,bu
müqəddəs günü
bizə yaşadan, sinəsini düşmənə
sipər edən şəhidlərimizin, qazilərimizin
şərəfli ömür
yolu hər bir şagird üçün örnəkdir.
O, ilk sözü məktəbin
şəhid məzunları
Ceyhun Abbasov və Elvin Abbasovun valideynlərinə verdi. Şəhid atası Namiq Abbasov Ceyhunun mübariz döyüş
yolundan danışaraq
ona həsr etdiyi şeiri səsləndirdi. Sonra ikinci
Qarabağ müharibəsinin
iştirakçısı olan
məzun Elnur Novruzov 44 günlük müharibə, Zəfər
yolumuzla bağlı çıxış etdi.
Daha sonra qonaqlar tədbirin milli dəyərlərimizin inkişafındakı
rolundan danışdılar. Şuşanın tarixi, mədəniyyəti
barədə maraqlı
məlumatlar verdilər.
Tədbirin sonunda İsa Həbibbəyli məktəbin kitabxanasına 50 adda kitab bağışladı və qeyd etdi ki, bu tədbir Ali Baş Komandan İlham Əliyevin imzaladığı “2022-Şuşa ili” sərəncamına uyğun şəkildə hazırlanmaqla həm gərəkli bir missiyanı reallaşdırmalı olub, həm də uşaqların milli-mənəvi ruhda tərbiyələnməsi baxımından mütərəqqi addım atıb. Digər iştirakçılar da çıxışlarında tədbirin önəmindən bəhs etdilər. Akademik Nizami Cəfərov Şuşanın tarixi ilə bağlı əhəmiyyətli məqamları qabartdı. Filologiya elmləri doktoru Mahirə Quliyeva Molla Pənah Vaqif və Xurşudbanu Natəvanın poetik özəlliklərinə, eyni zamanda tale, ömür yoluna diqqət yönəltdilər. “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan məktəbin direktoru Könül Hüseynovanın əməkdaşlıq üçün təşəbbüsünü nəcib addım kimi qiymətləndirdi, “Şuşa ili” çərçivəsində belə tədbirlərin təşkil olunmasının vacibliyindən danışdı, Tənqidçi-ədəbiyyatşünas, “Uşaq ədəbiyyatı” şöbəsinin müdiri Elnarə Akimova uşaqların ifasında təqdim olunan “Xarıbülbül” rəqsini, “Arşın mal alan” operettasından səhnəciyi, Vaqif, Natəvan şeirlərinin səslənişini Şuşa adını simvolizə edən əsas məqamlar kimi dəyərləndirdi. Uşaq şairi Zahid Xəlil “Dəmir yumruq” kitabını məktəbə hədiyyə edərək, poemadan bir parça səsləndirdi. BŞTİ-nin umumi şöbəsinin müdiri Sevinc Rəsulova məktəblə elm xadimlərinin görüşünün mütəmadi xarakter daşımalı olduğunun zərurətini vurğuladı, şagirdlərin sağlam ruhda böyümələri üçün bu cür görüşlərin yüksək təsir bağışladığını qeyd etdi.
Tədbir maarifləndirici və yaradıcı söhbətlərlə yekunlaşdı.
Ədəbiyyat qəzeti.- 2022.- 28
may.- S.23.