Ülkər GİDNER
1980-ci il
aprelin 12-də Şabran
rayonunda dünyaya gəlib. Tibb texnikumunu bitirdikdən sonra ailə qurub, Amerikaya köçdüyü üçün
təhsilini orada davam etdirib. Polis
akademiyasına daxil olub və yüksək
nəticələrlə ofiserlik
qazanıb. O, üç
şeir kitabının
və bir neçə mahnının
müəllifidir. Bundan
əlavə, Ülkər
hər zaman öz həmvətənlərinə
dəstəkdir. Bir çox ailələrə
yardım edir, onların problemləri ilə maraqlanır. Ülkər xanım, eyni zamanda online fəaliyyət göstərən
"Ülkər" TV-nin
rəhbəri, maliyyəçisidir.
Qeyd edək ki, İkinci Qarabağ savaşı dönəmində kanalın
əməkdaşları, bir
çox şəhid və qazi ailələri
ilə görüşmüş,
mövcud durumu işıqlandırmışlar. Ülkər,
həmçinin online fəaliyyət
göstərən "Qarabağ"
və "Ağdam"
TV-nin də maliyyə dəstəkçisi
olmuşdur. Ailəlidir,
3 övladı var. İllərdir
Amerikada yaşasa da, hələ də Azərbaycan vətəndaşıdır. Amerikada yaşayan
məktəbli və gənclərə Azərbaycan
mədəniyyəti və
adət-ənənələrinin öyrənilməsi, milli-mənəvi
dəyərlərin təbliğatında
Ülkərin böyük
xidmətləri vardır.
Onun bir neçə şeirini sizə təqdim edirik.
***
Gözümün nurusan, deyirdin mənə,
Bu eşqlə bir
dünya gətirdin mənə.
Sonunda bir ümid vermədin
mənə,
Sevməyi bilmirsən, birdəfəlik
get.
Sönən günəş oldum,
batan səs oldum,
Gözümlə qəlbimə yol
çəkən oldum,
Od sevgim, səninlə yanan kül oldum.
Sevməyi bilmirsən, birdəfəlik
get.
Bu necə zülmdür yazıb bəxtimə,
Təsəlli verirəm, sevən qəlbimə.
Ürəyim bir parça bağlı sinəmə,
Sevməyi bilmirsən, birdəfəlik
get.
Xəyalla, ümidlə yollara
daldım,
Hanı
o sevdiyim, gəzdim, aradım...
Son ümid gözümdə həsrətlə baxdım
Sevməyi bilmirsən, birdəfəlik
get.
Dünya
Bir dünya istərəm, giley-güzarsız,
Doymayım cahanın gözəlliyindən.
Təbiət pak ola,
insan günahsız,
Doymayam aləmin
özəlliyindən.
Səs salam bəşərə,
çata hər yana,
Sözlərim min qida qata hər cana.
Nəğmədən çələnglər
ata hər yana,
Doymayam urəyin
məzəlliyindən.
Ruh verə könlümə əbədi sevgi,
Dünyanın əzəli, ədəbi sevgi.
Könlümün yaşamaq səbəbi
sevgi,
Doymayam eşqimin
əzəlliyindən.
Ülkər GİDNER
Ədəbiyyat qəzeti.- 2022.-
28 may.- S.31.