Hüseyn Abbaszadənin “General”

romanı ilk dəfə latın qrafikasında

 

Bu il noyabrın 22-də Azərbaycanın Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Hüseyn Abbaszadənin 100 yaşı tamam olur.

Yaradıcılığa bilavasitə iştirakçısı olduğu İkinci Dünya müharibəsi illərində vətənpərvər ruhlu şeirləri ilə başlayan yazıçı bu mövzuya sonralar da sadiq qalır, zaman-zaman oxucularına Vətən sevgisi, fədakarlıq, igidlik hissləri aşılayan neçə-neçə roman hekayələr qələmə alır.

Hüseyn Abbaszadənin “General”, “Burulğanlar”, “Ləpədöyəndə”, “Haradansınız, müsyö Abel?”, “Qaradağ əhvalatı”, “Evə kölgə düşür”, “Uzaqdan gələn qonaq s. bu kimi əsərləri milli koloriti, həqiqiliyi, hər dövrün oxucusu ilə onun dilində danışmaq bacarığıyla bu gün öz aktuallığını qoruyub saxlamaqdadır.

Ədibin yubileyinə töhfə olaraq Dövlət Tərcümə Mərkəzi tərəfindən ilk dəfə latın qrafikasında ərsəyə gətirilən kitabı yaxın günlərdə Bakının bir neçə kitab evləri mağazalarından əldə etmək olar.

Əfsanəvi Azərbaycan generalı, tank qoşunları qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun igidliyi hərbi rəşadətindən bəhs edən “General” romanı milli ədəbiyyatımızda hərbi vətənpərvərlik mövzusunda yazılmış nadir sənədli-tarixi əsərlərdəndir.

 

Ədəbiyyat qəzeti.- 2022.- 6 noyabr.- S.32.