Qəlbin ümmanı
...Alinin ən alisi
yaradanda insanı,
insanın sirri oldu
sonsuz, ulduzlar sanı.
Hər kəs özü qəlbinin
ümmanından xəbərsiz,
hər qəlbdə tellər var ki,
ilahidən, bənzərsiz.
Nə qədər olsa dərin,
zəkanın sərhədi
var,
qəlbinsə sərhədi
yox,
kim bilir kainatda
tutur o hansı qərar?..
Qəlb
ləngər eyləyəndə,
üzə çıxır
batili -
bir yanda nur mələyi,
bir yanda nur qatili.
İnsanı öyrənməyin
keçilməz bir həddi var,
o həddi keçənlərin
dərd içində dərdi var.
Haqq aşığı Ələsgər
Kainatın ruhu bayram edəndə,
Nurlardan
doğulub endi Ələsgər,
Üzündən, gözündən bəşər
övladı,
Qeybin nəfəsiylə
dindi Ələsgər.
Boy verdi qəlblərin
zirvələrindən,
Göründü tarixin hər bir yerindən,
Hikmət
qüdrət alır kəlmələrindən
Haqqın dərgahından ündü
Ələsgər.
Tanındı dünyada bir haqq aşığı,
Hər bir əməlində türkün işığı,
Öz boyu-buxunu, şux yaraşığı,
Şanı-şöhrətiylə gündü Ələsgər.
Böyük ustadları Məhəmməd,
Əli,
Mürşid, müəllimi müdrik
Şeyx Alı,
Allahın yolunda ağlı,
kamalı,
Müqəddəs ərkandı, yöndü
Ələsgər.
Hiylələr içində çırpınır
dövran,
Qəvi
burulğanlar, bəlalar
hər yan,
Qəşəmoğlu, əgər tapılsa həyan
Görər xilaskara döndü Ələsgər.
Türk ruhu
Fırtınalar kükrəyir
dövranın dəryasında,
yer üzü
yeni bir aləmin astanasında...
Qərq
olub getmədə gəmilər bir-bir...
göy üzündə
bulud-bulud
ağlayır nalələr...
bomba kimi yağır hər yandan
iblis qəhqəhəli
yeni hiylələr...
Çalxanır tarix... calxanır
dünya...
batıb gedir aləmlər,
üzə çıxır
bir vədə
sular altda qalmış aləmlər...
...Məzarlarda torpaq olan sümüklərdi,
ruhların özünün
kəhkəşanı var...
üzə çıxır
tilsimə düşmüş
ruhlar,
silkinirlər dünyanın
sirri-sehrindən...
Ey dünya!
ruhun qüdrətindən
xəbərin varmı?
Türkün ruhunda nurlanır
indi
babalarımızın ruhu...
sərkərdələrimizin, alimlərimizin,
şairlərimizin, müdriklərimizin
ruhu...
Türkdü yer üzünün
ulu memarı,
türk olacaq bu bəlalardan
yer üzünün
xilaskarı...
Kəlağayı
Gömgöy göy üzündə
ağ lələk
bulud,
Əlvan,
titrək, ürkək,
çox kövrək
bulud,
Bizim kəlağayı sənə
bənzəyir
Sanki yer üzündə
gül, çiçək,
bulud.
Doğma
elin qız-gəlini, gözəli,
Hər biri göy üzü,
gözün süzəli,
Bəlkə kəlağayı qeybdən,
göylərdən
Bir bəlgə gəlibdi, eşqin əzəli?...
Qəlbi
gözəllərə nur,
yaraşıqdı,
Onları
vəsf edən sirli işıqdı,
Ulu tarixlərdən bizə yadigar,
Yurdumun qüdrəti
ona aşiqdi.
Dahi Ələsgər də tərif eylədi,
İlham
aldı, məclislərdə
söylədi,
Başında kəlağayı olan
hər gözəl,
Sanki məlakədi, sözsüz,
öylədi.
Vardır
bu örpəyin öz fəlsəfəsi
-
Onda müqəddəslik, saflıq
nəfəsi,
Qəşəmoğlu, xalqımın sabahının
Uğurlu yolunun müqəddiməsi.
Ay qara zurna
Səsin
nə az
gəlir, ay qara zurna?!
Düşmüsən dolanbac düşmən toruna,
Qəvi
oyunlarla susdurulmusan,
Dillən, qüdrət gətir sabahlarıma.
Türkün tarixi var, ruhu var səndə,
Min illər hay verir səsin gələndə,
Ümid,
hünər dinir, qeyrət boy verir
Sənin
harayınla el köklənəndə...
Səsin
kainatın sehrindən
gəlir,
Safdı, xainlərin beynini dəlir.
Dar gündə savaşa səsləyir eli,
Şənlikdə qəlblərin eşqiylə
gülür.
Səsin
nə az
gəlir, ay qara zurna?!
Düşmüsən dolanbac düşmən toruna.
Qorxma "bəy" sözündən
Sən
ay "bəy" sözünə
tərs baxan ellim,
Əslindən, nəslindən xəbərin
varmı?
Kimsən, nə karəsən bilirsən bunu?
Dərin düşünməyə təpərin
varmı?
"Bəy" sözü qədimdən bu günə qədər
Ulu türk sözüdür,
zəngin deməkdir,
Sənə bəy deyənin
gözündə, yerin,
Qüdrətli, münəvvər, gülgün
deməkdir.
Sən niyə
hürkürsən bu
sözdən belə?
Bu sözün türk
ruhu qorxudur səni?
Özündə bilmirsən bu təlaşların
Hansı qaranlığa axıdır
səni.
Deyək türk deyilsən, bunun nə fərqi?
Sənə bəy deyən
kəs, alisən deyir,
Sənin
hikkələrin, bu qorxun, hürkün
Yox, ali deyiləm,
demə, söyləyir?
Bu söz müqəddəs söz, ruhu dindirir,
Bu söz səksəkəyə
salır düşməni,
Bu sözü hər dəfə eşidən vədə
Xəbislik ilantək çalır düşməni.
Sən
ay "bəy" sözünə
tərs baxan ellim,
Yadlara qoşulub ürkmə bu sözdən,
Bu sözün mənasın
hər dəfə soruş
Qəlbinin səsindən, ocaqda közdən.
İşığın gül sevdası
İşıqdan yaranır hamı,
amma
hərənin öz işığı var...
Səni
sübh işığı
yaz vədəsı
yaradıb,
təbəssümü çəhrayı
bir ağ qızılgülə
aşiq olduğu vədə yaradıb...
Ağ buludlar göy səmada
gün işığına
boyana-boyana
seviniblər
sənin dünyaya
gəldiyinə...
Bəlkə də min-min
çiçəyə xəbər
aparıb küləklər...
Bəlkə o vədə
mənim də üz-gözümə
toxunan mehlər
səndən xəbər
gətirib...
Mən heç bilməmişəm
nədən əhvalım...
çəhrayı təbəssümlü
ağ qızılgülün
ətrinə bələnib
birdən...
Qızılgül qurudu
Sənə saxladığım,
sənə həsrət
qalan qızılgül
qurudu...
Toz oldu ləçəkləri,
qəlbim qəmli-qəmli
sorğu-suala tutdu
gerçəkləri.
Dünyadan soruşdum ki,
dərd dolu sevginin mənası nədi?
üstümə yağdı,
yer üzündən
nakam məhəbbətlə
köçənlərin
kədəri...
Yeri ruhumun ruhu... yeri...
bilməm ki,
ölüyəm, yoxsa diri?
Xəbərim yox, bu aləm
indi hansı gündədi...
Aldanıb yar bildiyim gözəl!
mən heç vədə demədim
çəkdiyim müsibətin
günahı tək səndədi!..
Sübh
üzünün bir üzü
şəfəq-şəfəq ağlayır,
əlindən tutammadın,
əlim matəm saxlayır.
Bunu sənə deməzdim,
qəlbim sözə
baxmayır!
Gülüm! ruhum!
ömrüm ağrıyır...
İncə xətlər
İncəlik hər vədə
bir gözəllikdir,
Yar öldürür məni çox incə-incə,
Deyir incə xətlər var aramızda,
Əlinə bir xəncər alır çox incə.
Yolunu gözlədim illər uzunu,
Şükür, bu dünyada gördüm üzünü.
Bəxtimin bu doğma, ya tərs üzümü?
Tilsimə düşürəm onu görüncə.
Şeirin
diliylə danışır
dünya,
Onun hər hökmüylə barışır dünya,
Sevgilimsən desəm, qarışır
dünya
Hirslənir, sözümüz ora
gəlincə...
Bu incə xətləri kim çəkib
belə?
Sevda boy göstərir
kövrək qəm ilə.
Ümid
mənə deyir, yar gülə-gülə
Silər o xətləri bir gün gizlincə.
Vədəsində
Nə gözəl
gəlmisən ömrümə
mənim?!
Sanki bir pöhrəsən yaz vədəsində,
Ögeylik ömrümə olmuşdu
qənim
Yaxşı ki, gəldin sən öz vədəsində.
Xəyallara gedib, duruxma belə,
Üstünə nur yağır,
karıxma belə,
Bu qəfil sevgidən qarıxma belə
Allah qismət edir,
düz vədəsində.
Sən haqqa aşiqsən, mən sənə lələ,
Sübhdə bal arısı qonmaz hər gülə,
Üzündən birçəyi tez
ol, dəstələ
Ömrümə gülümsə tez, vədəsində.
Əhməd QƏŞƏMOĞLU
Ədəbiyyat qəzeti.- 2022.-
6 noyabr.- S.29.