Qarabağım
Müzəffərdi şanlı ordu,
Azad oldu Turan yurdu.
Qucağında büsat qurdu,
Bu ehtişam, Qarabağım.
Sevinc fərəh döndü quşa,
Mənliyimdir Laçın, Şuşa.
Arif, Məsum gəldi cuşa,
Təsnif, muğam, Qarabağım.
Güldü üzə qayan,
daşın,
Muğan, Şirvan qanqardaşın.
Bu diyardan vətəndaşın
Aldı min kam, Qarabağım.
Gül açdı hər qarış yerin,
Qəlbimizdə sevgin dərin.
Xəcil
olub düşmənlərin,
Getdi nakam, Qarabağım.
Tərtərinin avazı xoş,
Kəlbəcərin havası xoş.
İstisuyun dəvası xoş,
Nurdu tamam, Qarabağım.
Millətimin kövrək yeri,
Kəklik yurdu, tülək yeri.
Xan qızının ürək
yeri,
Alışan şam, Qarabağım.
Dünya
deyir şöhrətindən,
Vüqarından, qeyrətindən.
Mən də sənin heyrətindən
Lalam, lalam, Qarabağım.
Xoş taleyim, nurlu baxtım,
Ən möhtəşəm
tacım, taxtım.
Küsmə məndən, gəlib
çıxdım,
Salam, salam, Qarabağım!
Şuşaya qayıtdıq
Şuşaya qayıtdıq, qayıtmalıydıq,
Çünki Şuşa bizə vətəndi axı.
Bax İsa bulağı muğam dilində,
Segahı, zabulu ötəndi axı.
Şuşa şikəstəmdir, muğamatımdır,
Eşqimdir, ruhumdur, xoş ovqatımdır.
Dünəndən bu günə hesabatımdır,
Hər arzu kamına yetəndi axı.
Vaqifin gözəli gəzib bu yerdə,
Natəvan qəzəllər düzüb
bu yerdə.
Qartallar
zirvədə süzüb
bu yerdə
Dumanlar qoynunda itəndi axı.
O Şuşa qalası
əzəmətimdir,
Azadlığı ləziz bir nemətimdir.
Bu torpaq namusum, həm qeyrətimdir,
Vətən anamıza bil, təndi axı.
Burda yamaclar da qürurlu
dağtək,
Zirvədən dərəyə bir boylan bax, tək.
Çoxunun gözünə batıbdır
oxtək,
Bilmirəm səbəbi nədəndi
axı.
Necə
təmizləndi qanqal,
tikandan,
Yəni Cıdır düzü çağırır insan.
O Baş Komandana - rəhbərə qurban,
Qoynunu gülüstan
edəndi axı.
Qayıtdı
Dəlidağdan Murova,
Seyr etdiyim, gördüyüm.
Laləli,
gül qoxulu,
Hər səhərim
qayıtdı.
Bir vaxt bu dağlardakı
Qazanılan, çalınan.
O yenilməz möhtəşəm,
Öz zəfərim
qayıtdı.
Namərd
yağı əlində
Hiddətlənən, hayqıran.
Məcrasında boğulan,
Xan Tərtərim
qayıtdı.
Qəhrəman babaların
Ruhu lərzəyə
gəldi.
Xanım-xatun Nigarım,
Ər Həcərim
qayıtdı.
Neçə il həsrət çəkib,
Qəlbi qubar bağlayan.
Uşağım, gəncim, qocam,
Hər nəfərim
qayıtdı.
İstisuyun dodağı,
Öpdü dodaqlarımdan.
Şəfam məlhəmin olan,
Çiçəklərim qayıtdı.
Otuz il sərvətimi
Taladı qarı düşmən.
Axır
ki, bu gün
mənə
Ləl, gövhərim
qayıtdı.
Ruhu Dədə Şəmşirin,
Şirin qoşma oxudu.
İndi
mənim özümə,
Şah əsərim
qayıtdı.
Endi bulaq başına,
Gözəllər dəstə-dəstə.
Təzələndi ləpiri,
Şux dilbərim
qayıtdı.
Aşıqların sazında
Dindi misri havası.
Göyçədən Kəlbəcərə
Ələsgərim qayıtdı.
Alaçıqlar quruldu,
Toz-dumana qarışdı.
Yallı
getdi igidlər,
Mərd əsgərim qayıtdı.
Anaların duası,
Müstəcəb oldu axır.
Sənə min şükür, Allah,
Kəlbəcərim qayıtdı.
Əflatun Baxşəliyev
Ədəbiyyat qəzeti.- 2022.-
6 noyabr.- S.19.