Pərdəarxası filmlərin
məlum sifarişçiləri
Qoca tarix farsların türklər üzərində hələ
ki bircə qələbəsini belə qeydə almayıb.
Əgər
revanş istəyirlərsə, əvvəlcə qoca tarixin
özüylə vuruşmalı olacaqlar, sonra bizimlə.
Nəzərə alın - bir var Türk İranı, bir
də Fars İranı. Biz min illərlə, yüz illərlə məhz
Türk İranı ilə bağlı olmuşuq. Fars
İranı ilə əlaqə tellərimiz o qədər də
güclü deyil.
Fars mədəniyyəti
sırf humanitar məzmunludur. Türk mədəniyyəti isə
keçmişlərdən üzü bəri sırf hərbi-siyasi
məzmunu ilə digərlərindən, xüsusən fars mədəniyyətindən
seçilib.
Aradakı
fərqləri, ziddiyyətləri, düşmənçiliyi
ilk olaraq Qəznəvi hökmdarı Sultan Mahmud ibn Səbuk Təkin
ortadan, aradan götürmək istəyir.
İran-Turan
mövzusunda Firdovsiyə "Şahnamə" əsərini
sifariş verir.
Qısası,
bütün fars yazılı ədəbiyyatı türk
hökmdarlarının qızılı, sifarişləri ilə
qələmə alınıb. "Şahnamə"ni bayaq
dediyim kimi, Sultan Səbuk Təkin sifariş verib. Cəlaləddin
Rumi Konya sultanı Rüknəddin Qılınc Arslanın
sarayında yazıb yaradıb. Nizami Gəncəvi "Xosrov və
Şirin"i Azərbaycan atabəyi Qızıl Arslanın,
"Yeddi gözəli" Marağa atəbəyi Körpə
Arslanın, "Leyli və Məcnun" isə
Şirvanşah Axsitanın sponsorluğu ilə yazıb.
Farslar
yoxdu bu sponsorlar, sifarişçilər sırasında. Əsla
yoxdu.
Bütün
bunları unutmaq, türkləri, indiki İranda olduğu kimi,
mədəniyyətsizlikdə ittiham etmək, düzü, məncə,
tam haqsızlıqdı.
Fars
irqçilərinin biz türklərə qarşı təxribatları
məhz XIX yüzilin ilk rübündə güclənir.
Avropa irqçilərinin "Hind-Avropa" nəzəriyyəsinə
uyan, aldanan ilk farslar Hindistandakı zərdüşt icması
üzvləriydi. İlk təxribatın dəqiq ünvanı
yenə də ölməz "Şahnamə" əsəri
olur.
Zərdüşt
icması o vaxt Hindistanda, Bombeydə çapxana təşkil
edərək "Şahnamə"nin rəngli-bəzəkli,
şəkilli nüsxəsini
böyük tirajla çap edir.
Uzaq hədəfli
bu təşəbbüsdə məqsəd çox məkirli
idi - "Şahnamə"ni tam farslaşdırmaq, onu
sırf türklərə qarşı bir əsər kimi avam
kütlələrə sırımaq.
Zərdüşt
icması, beləliklə, özünün irqçi
"Ariana" layihəsini ilk olaraq "Şahnamə"
üzərində sınadı. Əsərə antitürk tərtibat
verdi, şəkillərinə türkəfob məzmun.
Siz bu
"Şahnamə"ni, XVI əsrin sonunda, Təbrizdə
Şah Təhmasibin sifarişi ilə, qızıl suyla
yazılmış, Sultan Məhəmməd miniatürləri
ilə bəzədilmiş şah nüsxəsi ilə
tutuşdurun bir. Fərqləri anında hiss edəcəksiniz.
Təbriz nüsxəsi Bombeydəkindən daha al-əlvandı.
İşıqlıdı. Qəhrəmanları türk
simaları, geyimləri ilə seçilməkdədir.
İstərdim Azərbaycan məhz bu nüsxəni
götürüb çap etsin,
özü də kütləvi tirajla. Sultan Məhəmməd
miniatürləri, görəcəksiz, Bombey
saxtakarlığını kölgədə qoyacaq. Əsər
öz əvvəlki, həqiqi türk-fars simasını, məzmununu
qaytaracaq.
Hindistandakı
Zərdüşt icması təkcə elə bu
"Şahnamə" təxribatları ilə kifayətlənmir.
Şiəliyə qarşı da oxşar fəndlərə əl
atır.
Qərara
gəlir onu "Arya islamı" adlandırıb öz həqiqi
məzmunundan uzaqlaşdırsın. Şiəlik, gizli Zərdüştlük
elan edilir.
Layihənin
icrası tapşırılır fransız alimi Anri Korbenə.
Anri Korben - şiəliyi
farslaşdıran firəng "alimi"
İrandakı
antitürk, antişiə təxribatlarının fəlsəfi
kökü bax bu firəng şərqşünasına -Anri
Korbenə gedib çıxır.
Şiəliyi
farslaşdırmaq, onu Zərdüştlüyün bir qoluna
çevirmək təxribatı İranda artıq tam
reallıqdır.
Fransa
şərqşünası Anri Korben bu xəttin, trendin
baş memarı idi.
Sonuncu Pəhləvi
şahı, "Arya-mehr" (yəni aryalıların günəşi)
Məhəmməd Rza Şah Pəhləvinin xüsusi
sifarişi ilə o, ötən əsrin 50-ci illərində əvvəl
Tehrana, sonra...
Sonra, həə...gör
hara? - İranın dini mərkəzi Quma yollanır.
Məqsəd:
şiəliyi aryalaşdırmaq, ona "Arya islamı"
adını vermək idi.
Şahın
gizli "Ariana" mason lojasının baş dirijor
çubuğu da, unutmayaq, uzun illər məhz bu təxribatçının
incə barmaqları arasında idi.
İndiki
İran teokratiyası, şiə "alimləri", şərqşünaslar
məhz bu xətti İranda inkişaf etdirir,
utanmadan-qızarmadan, bu tümbətünü İran fəlsəfi
fikrinin, mistisizmin mənəvi atası bilərlər.
Anri
Korbenin zalım şah sifarişlərini yerinə yetirməsi,
farspərəstliyi, aryanaçılığı yayması,
nədənsə, unudulur.
Gizlədilir.
Bəli,
müasir İranda Anri Korbenin səyi ilə şiəlik tam
farslaşdırılıb, milliləşdirilərək türklərə,
ərəblərə qarşı yönləndilib.
Bu fikrin
davamçıları indi də İranın "Aryana"
layihəsində aparıcı mövqelərə sahibdirlər.
Ölkə
daxilindəki türklər nədi? Ay-hay...İranı
üç tərəfdən əhatə edən türkləri
də -yəni Türkmənistanı, Özbəkistanı,
Qazaxıstanı, Türkiyəni, Azərbaycanı da bu
korbençilər, aryanaçılar adam yerinə belə
qoymurlar. Varlığını danırlar.
İndi
aryanaçılar İranda yalançı antiazərbaycan
havasını dalğalandırır, türkləri, Təbrizi,
Bakını İranın bir saylı düşməni elan
edirlər.
Əslində
isə türklər yox... məhz farslar İrandakı əhli-beyt
ənənələrinin, seyidlərin qatı düşmənidirlər.
Ölkədə
gizlincə "Arya inqilabı" hazırlayır, türkləri
ucdantutma qırmağa, məhv etməyə
hazırlaşırlar.
Qibləgahları
da Hindistandakı zərdüşt icması,
başçıları da Hindistandakı baş zərdüşt
kahinidir.
Yəni
farslar, fars elitası bu gün heç Vilayəte-fəqihə
yox, məhz Hindistan kahinlərinə biət edirlər.
Cəmiyyəti
aldatmaq üçün biz türkləri, Təbrizi,
Bakını təhlükə mənbəyi elan edir, əslində
isə məhz özləri İranda saray çevrilişi hazırlayırlar.
Məqsədləri
nədir?
Deyim də
nədir - "X" saytında Zərdüşt
ardıcıllarını, Hindistan qurularını, "Arya
islamı"nı, yəni Qumdakı agenturalarını bir
yerə toplamaq.
"Aryana"
layihəsini legetimləşdirmək.
Yəni
İranın bugünkü düşməni Turan deyil...
Bakı deyil... Təbriz deyil...
Məhz
Aryana, bax bu qondarma Arya islamıdır.
Fars liberallarının antitürk məzmunu
İran
liberalları, demokratları, nədənsə, həmişə
antidövlət, antişiə, antitürk, antiazərbaycan
mövqelərdə dururlar. Misal: İranda rus soyadlı bir məşhur
kinorejissor var - Məhəmməd Rasuloff. Çəkdiyi
"Əlyazmaları yanmır" (2013) filmi Kann
festivalına qatılıb. Mükafatlandırılıb.
Mövzu,
İranda ötən əsrin sonlarından bəri indiyədək
davam edən yazarlar arasındakı gizli qətllərdi.
Filmdə
1996-cı ildə 21 İran yazarının Ermənistana,
poeziya festivalına səfəri təsvir olunur. Qəfil,
sürücü sükanı buraxıb qapını
açır. Eşiyə tullanır. Yazarlarla dolu avtobusu
dağ uçurumuna yuvarlayır...
Mövzu
maraqlıdır. Özü də Ermənistanla bağlı
bu süjet şəxsən məndə qəribə fikirlər
yaratdı.
Film
çəkildi... İran yazarlarının Ermənistana, ədəbiyyata,
demokratiyaya gizli-açıq sevgisi, filmdə bütün
"tərəqqipərvər qüvvələrə" sərgilənsə
də, o məni çox məyus etdi...
Bir daha dərk
etdim - demokratiyaya sədaqət, vətənə xəyanət
sərgiləmək heç də müasirlik nümunəsi
deyil.
Əhməd
Şamlu - İranın ən məşhur yazarı, görəsən,
niyə bu səfərə getməkdən imtina etmişdi...
Əli
Babaçahi, Məsud Behnaud, Əmir Həsən Çeheltan,
Mənsur Kouşan, Şəhriyar Məndənipur, Cavad Mocabi,
Bijan Nəci, Fərəc Sərkohi, Məhəmmədəli
Sapanlu Ali və b. sərnişinlər arasındaydı...
Düzü,
o filmə baxandan sonra İran sürücülərinə
hörmətim artdı, liberallarına, bəzi şairlərinə
isə sadəcə ağıl arzulardım.
O ki
qaldı bu pərdəarxası filmin sifarişçilərinə,
onu dünyada təbliğ edənlərə... deyim də,
kimlərdi bu qara kölgələr.
Ünvan,
FIPRESCI (Federation internationale de la presse cinematographique)
adlanır. Rəhbəri erməni əsilli türk vətəndaşı
Alin Taşiyandı.
Vəssəlam.
Filmin
trillerinə bu ünvanda baxa bilərsiz:
https://www.imdb.com/video/vi337557529/?playlistId=tt2912144&ref_=tt_ov_vi
Götürək
bir başqa fars liberalını.
Tanış
olun, məşhur karikaturaçı Məna Neyestani. Tehranda,
ziyalı ailəsində doğulub. Bir çox beynəlxalq
mükafat qazanıb. Məhz o, 2006-cı ildə Azərbaycan
türklərinə qarşı öz silsilə
karikaturalarını çəkib. Azərbaycan türklərini
həşərata bənzədib və sair və ilaxır.
İran
Ali İnqilab Şurası tərəfindən tutulub, həbsdə
yatsa da, tezliklə ölkəni tərk edərək Fransaya
sığınıb.
Bu
müsahibəsində o, həmin günləri
xatırlayır.
Gördüyümüz
kimi, bəzi İran liberalları, ziyalıları
üçün mədəniyyət göstəricisi məhz
türkəfobiyadır.
Konservativ
dini qüvvələrin bu trendə qoşulması ilə
mövzu, ümumiran miqyası aldı, "tamam-segah" məzmunu
aldı.
Qısa nəticə
Bu dəfə inqilabı farslar edəcək
Bəli. Dəqiq.
Tarix boyu
İranda "Qırmızı inqilabları" həmişə
biz türklər edib, "Ağ inqilabları" isə, bəli,
farslar...
Düz
bir ay İran dövri mətbuatını oxuduqdan sonra məhz
bu qərara gəlmişəm.
İranda
inqilabi ənənələr, adətən həmişə
Azərbaycan türklərinin qan təzyiqi ilə
ölçülürdü.
Ancaq indi
bu, belə deyil.
İndi
farslar müasirlik, modernləşmə, dünyaya
açılma istəyirlər. İstədikləri kimi
geyinib bəzənirlər, bərk qərbpərəstdirlər.
Fast-foot mətbəxinə bir könüldən min
könülə vurulublar.
Evlərdə
xörək qazanlarını asmırlar, pikniklər,
qonaqlıqlar təşkil edirlər... ayaqüstü yeməyə,
atışdırmağa meyillidirlər...
Dəlləkxanalar
dönüb bir növ İranın mədəniyyət
ocaqlarına. Farsdillilər, farsizəbanlar gözəllik
salonlarına yığılıb, saçlarına min bir bəzək,
rəng vururlar...
İçki
aludəçiliyi, narkotik qəbulu və sair və ilaxır
farslar arasında kosmik sürətlə yayılıb.
Qızlar-oğlanlar
ələ-ələ verib Tehran, İsfahan küçələrində
göz önündə öpüşürlər...
Buna
farslar seks inqilabı, "Ağ inqilab" deyib onu İslam
inqilabına qarşı yönləndirirlər.
Kino
industriyası fars kosmopolitizminin, mədəniyyətinin ana
sütununa dönüb. Farslar indi şeir yazmırlar.
Yazılı ədəbiyyatı, şeiri, mərsiyə deməyi,
sinə vurmağı farslar kinayə ilə, gülüşlə
Azərbaycan türklərinə ötürüblər...
özləri isə rep deyir, kino ssenariləri yazır,
seriallar çəkir, şərab dolu qədəhləri
başlarına tərəf qaldırırlar.
Axşam
olunca bir çox fars qızları, qadınları Tehranda,
İsfahanda, Şirazda avtomobillərinə əyləşirlər
əvvəlcə. Sonra əl telefonlarını qulaqlarına
sıxıb sevgililərini görüşə dəvət
edirlər.
Sonra
bağçalı, ağaclı həyət evlərində
"Min bir gecə" nağıllarının müasir səhnələri
canlanır.
Eyş-işrət,
bazlıq başlayır.
Qızlar, qadınlar qapıdan içəri keçincə,
çadralarını, çiyinlərinin bircə zərbəsi
ilə yerə atırlar. Mini ətəklər... dekolte geyimlər...
tüstü-duman... barmaqların ucunda uzun siqarlar... Axan
gözlər...
Farslar bunu inqilab bilirlər.
Deyirlər ki, İrandakı növbəti inqilabı
artıq ənənəyə zidd olaraq türklər
yox...farslar edəcək.
Şah
dövründən başlayan bu ağ
inqilab İranda indi özünün əsl kəlləçarx
nöqtəsinə, yüksəkliyinə qalxıb.
Detal:
Farsların "Ariana" layihəsi artıq icraya
başlayıb. Xaricdəkilər, daxildəkilər,..
qısası bütün farslar bu Ariana
layihəsi tərkibində hərəkətə
hazırdrlar. Dünya ictimaiyyəti, ABŞ və Qərb
farsların məhz bu Ariana layihəsini dəstəkləyir...
Həmid HERİSÇİ
Ədəbiyyat qəzeti.- 2022.- 19 noyabr.- S.5.