Dağlara qar
düşüb
Dağlara
qar yağıb, - payızın qarı,
Saralan yarpaqlar yerə enməmiş.
Dünən
savaş üçün aşıb yolları,
Gedən ər igidlər geri dönməmiş.
Torpaq bəyazlığı
çəkib canına,
İtib qar altında cığırlar, izlər.
Göylərin
qaralan bulud donuna
Təşnədi hardasa çaylar, dənizlər?
Hələ
bağ-bağçadan əl çəkilməyib,
Bitməyən savaşın uzaq yolu var.
Könlündən
ümidi hələ silməyib,
Həsrətdə uzalı Vətən qolu var.
Qar
yağıb, dəyişib dərəni-düzü,
Amma ki, zamanın üzü qaradı.
Kimdi, yolumuzdan saxlayan, bizi?
Bizim ki, yolumuz uzaqlaradı.
Təzədən
başlayıb ruha qayıdış,
Zaman əzib keçir ruhu təkləri.
Sevdanın
yolunu kəsəmməz ki, qış,
Duysun hay
dölləri, fars köpəkləri.
Öldürüb
min ildi bu lallıq bizi,
Bölünüb canımız əllərdə, tən-tən.
Doğudan
Batıya silinib izi,
Doğudan Batıya sökülüb Vətən.
Qar
yağıb, təzədən başlayır həyat,
Əlimiz əlində uca dağların.
Düşür
yağıların bağrına çat-çat,
Şükr, zirvələrdə al bayraqlarım.
Ölürük payız-payız...
Sarı-sarı
yarpaqlar qopub ələnir yerə,
Ağaclar
çəkir cana payızla gələn qəmi.
Günlər
də ömrümüzdən bax, beləcə sovuşur,
Dolan gözlərimizdə sozalır ümid nəmi.
Hardasa
külək əsir, hardasa yağış yağır,
Yuyur sahildə dalğa son ayaq izlərini.
Qaralan
buludların çiynində yükü ağır,
Dəli ağlamaq tutub göylərin gözlərini.
Gecədə
tənhalıq var, hər yanı həsrət basıb,
Ayrılığı andırır zülmətin
melodiyası.
Durnalar
köç eləyir könlünü göyə
qısıb,
Səsində dəstəsindən düşüb
qalanın yası.
Dağlara
qırov düşür, zirvə duman içində,
Buludlar çəpərləyir günəş ilə
bağını.
Hər
şey öz hayındadı, hər ümid öz
köçündə,
Ağaclar yelə verir sonuncu yarpağını.
Suya həsrət
səhratək çəmənin rəngi bomboz,
Yoxdu qəmini çəkən sozalan çiçəklərin.
Candakı
tənhalığı indi gəl, ümidə yoz,
Görən halı necədi, könlü-gözü təklərin?
Ağac
budaqlarında yalqız yuvalar qərib,
Dimdik-dimdik daşınan tənhalıqdan
sökülür.
Meşələr
örpəyini ayaq altına sərib,
Küləklərin önündə yumaq kimi
bükülür.
Ucqarlarda
soyuqdu qar qapını kəsdirib,
Şaxta ulduza dönüb əsgər papaqlarında.
Dünyanın
qara əli qara yellər əsdirib,
Əllərimiz tətikdə yurdun uzaqlarında.
Dünya
da payız üzlü, rahatlığa təşnədi,
Sabaha arzuları yanır şərin əlində.
Deyəsən,
bu dəfə də haqqın sözü keçmədi,
Ölürük
payız-payız əməllərin əlində...
Sarı-sarı
yarpaqlar qopub ələnir yerə,
Ağaclar
çəkir cana payızla gələn qəmi.
Günlər
də ömrümüzdən bax, beləcə sovuşur,
Dolan gözlərimizdə sozalır ümid nəmi.
Təbriz
Başın
dərddədi, bilirəm,
Qoyma ruhunu ölməyə.
Yüz
illər bölünmüş canı,
Yenə gəlirlər bölməyə.
Ruhum Təbriz,
canım Təbriz!
Meydanlarda
qanın axır,
Qan tutacaq namərdləri.
Vətən
boyu haray eylə,
Qaldır ayağa mərdləri.
Mərdliyim,
ünvanım Təbriz!
Bu da bir bəxt
yazısıdır,
Bu da bir tale qisməti.
Sən
millətin dağ vüqarı,
Yandıq çəkməkdən möhnəti.
Yandıq,
şöhrət-şanım Təbriz!
Üzündə
qəm kölgəsi var,
Ərkin başı dumandımı?
Qara əllə
axıdılan,
Qan çayları dayandımı?
Basılmaz
bu qanım Təbriz!
Ocaqlarını
gur qala,
Başını yadlara vermə.
Yürü
bütövlüyə, yürü,
Daşını yadlara vermə.
Bütövlük
ünvanım Təbriz!
Duyursanmı payızdı...
Duyursanmı
payızdı, qapımızı kəsdirib,
Göyləri gözü yaşlı, yarpaqları
sapsarı.
Deyəsən,
bu ayrılıq bizi çox tələsdirib,
Bağlanıb üzümüzə ümidin
qapıları.
İndi
yanıq könlümüz peşmanlıq içində,
Baharda da payızın havasına oynayır.
Duymayanlar
biləmməz, bir qaranlıq içində,
Sənin mənim ürəyim öz yasına oynayır.
Unutmağa
nə var ki, könül incikliyini,
Eşq ki, ürəyə düşdü olmur unutmaq,
olmur.
Ömrə
hakim kəsilən bir gül incikliyini,
Dəyişib qayğılara uzaqda tutmaq olmur.
Hərdən
sorağın gəlir, bilmirəm nə haldasan,
Dəyişir halın yəqin, payız qapı döyəndə.
Ürəyimdən
keçir ki, sən də mən əhvaldasan,
Üzün titrəyir, adım qulağına dəyəndə.
Sən
bir az xəyalpərəst, mən də
bir az havalı,
Umduğun
ucalıqlar yoluna çıxmadı ki,
Bu
ömür deyilənlə hər ikimiz davalı,
Ayrılıq bizi yıxdı kimisə yıxmadı ki.
Göylər
elə tutulub, tutqun könlümüz kimi,
Narın yağışlar yağır, buludların
gözündən.
Üşüyən
çiçəklərin yanaqları buz kimi,
Soyuq kuləklər əsir yolların o üzündən.
Saxla son xatirəni,
sonuncu təsəllitək,
Daha dəyişə bilməz bu bəxt payı, bu
yazı.
Bizdən
sonra gələnlər başqa adla gələcək,
Duyursanmı
payızdı, ömrün-günün payızı?..
Dönərik, Hüseyn dayı
Ağsaqqalımız Hüseyn dayı işğaldan
azad edilmiş Cəbrayılda doğma ocağını ziyarətdən
çox pərişan qayıtmışdı. Dedi ki, yurd yerimizdə bir
tut və bir cökə ağacından başqa heç bir
nişanə qalmayıb. Əlbir və
amansız düşmənlər sonuncu daşı da
söküb aparıblar. Yolları və bərəkətli
torpaqları qanqal basıb. Tut ağacının gövdəsini
qucaqlayanda göz yaşlarıma hakim ola
bilmədim...
Ata
babanın qoyduğu
Yurd daşı yerindəydimi?
Eşqlə
hörülən divarın
Naxışı yerindəydimi?
Nələri
söylədi sənə,
Son nişanə - tut ağacı?
Gözləri
yollarda qalan,
Sonuncu ümid ağacı.
Göz
yaşından sevgi tutan,
Gövdəsi gülümsədimi?
Yuxudan
oyanmış kimi,
Yarpaqları əsnədimi?
Yağmalanmış
əsir yurddan,
Nə qalıb, Hüseyn dayı?
Gördünmü,
torpaq da dərddən,
Sozalıb, Hüseyn dayı?
Qara-qara dərd
içindən,
Qara əllər göründümü?
Doğrunu
çarmıxa çəkən,
Bəd əməllər göründümü?
Gör, nə
günə qalıb dünya,
Durub şərin dayağında.
Cinayəti
at belində,
Haqqı ölüm ayağında.
Bu erməni,
bu rus, bu fars,
Hikkəli düşməndi bizə.
Milləti
arxadan vuran,
Əzəli düşməndi bizə.
Keçər
zaman, bu qəmi də,
Yenərik, Hüseyn dayı.
Dönərik,
həsrət yurdlara,
Dönərik, Hüseyn dayı.
Dikələn
şərin bayrağı,
Zirvələrdən enir, daha.
Tutub
Tanrı ətəyindən,
Türk özünə dönür, daha.
Qoru bir az ürəyini,
Hələ çox işimiz qalıb.
Qoşulub
gedən karvana, -
Yurda dönüşümüz qalıb.
Uzaqdan-uzağa
Əlim
işə yatmır, ürəyim sözə,
Sənli günlərimin vaxtı daralır.
Bu həsrət
ömrümün bir Allah bilir,
Sonuncu anına nə qədər qalır.
Yəqin,
xəbərin var, duyğularımdan,
Adına bağlıdır, hökmü, nidası.
Elə
yollarında donub qalmışam,
Beynimdə, başımda bir eşqin yası.
Amma elə
sanma dönüb ürəyim,
Bu tale işidir, səndən küsmürəm.
Sonuncu
sözünü sənə deməyə,
Ömür-gün tələsir, mən tələsmirəm.
Bəzən
unuduram vaxtı-zamanı,
Bilməm,
hansı ilin hansı ayıdır,
Sevgi göndərirəm
hər səhər sənə,
Hər axşam cavabsız geri qayıdır.
Sən mənə
oxşama, bu davranışda,
Ömür bir payıztək andırır məni.
Bir az təbiətim, bir az həsrətim,
Bir az şairliyim yandırır məni.
Yazıram,
ürəyim atəş içində,
Yazıram, fikrimdə ayrılıq yası.
Bu da bir
taleyin əzab yüküdü,
Bu da bir sevginin elegiyası.
Uzaqdan
uzağa həsrətimiz var,
Bilməm günahdımı, bilməm haqdımı.
Nə
vaxtsa bu dünya bizsiz olacaq,
Görən, nağılımız qalacaqdımı?
Kövrəltdi məni
Getdim kəndimizə,
könlüm açıldı,
Qol açan qucaqlar kövrəltdi məni.
Düşdüm
xatirələr burulğanına,
İtirdiyim çağlar kövrəltdi məni.
Günahı
məndədi, düzü danmadım,
Sönən
yaddaşımı sınayammaddım,
Ha
baxdım, çoxunu tanıyammadım,
Gül üzlü uşaqlar kövrəltdi məni.
Boylandım
anamın izinə sarı,
Əsdi
ayrılığı üzümə sarı,
Çəkdim
od-ocağı özümə sarı,
Yadlaşan bucaqlar kövrəltdi məni.
Duyğu
var, önündə varlığım laldı,
Dilimə
düşəli könlümü çaldı,
Gözüm
bir gözəlin üzündə qaldı,
Titrəyən
yanaqlar kövrəltdi məni
Ruhumu
oxşadı, dən tutan zəmi,
Güllər
gözəlliyin könül həmdəmi,
Sübhün
çiçəklərə çilənən nəmi,
Sarmaşıq saçaqlar kövrəltdi məni.
Yadlığım
içimi üşütdü, qıştək,
Sanki
ürəyimdən asıldı daştək,
Susuz səhralarda
bitən ağactək,
Yadlaşan
ocaqlar kövrəltdi məni
Qalıb
qulağımda nidası, səsi,
Könlümdə
sevdanın qəm şikəstəsi,
Aldı
bu yerlərdən gənclik həvəsi,
Heyif, o uzaqlar kövrəltdi məni.
Salam
Səhərin
dan üzündə
göylər al bayraq kimi,
Ümidlə
gülümsəyib gələn səhərə salam.
Dünən
yaddaşımızda dolanan-uzaq kimi,
Nərəsi
yer titrədən eşqə, hünərə salam.
Yorulmuşduq
əlindən, üzücü xəyalların,
Qalmışdıq
bu üzündə yağmalanmış yolların,
Qarşısında
baş əyən o Vətən oğulların,
Salam, bənd-bərə
salam,
salam,
dağ-dərə, salam.
Yüz
illər həsrətindən sinəmiz dağ-dağ olub,
Dünya
Türkə kəm baxıb, zaman üzə ağ
olub,
Son
savaşda dağların gülü də bayraq olub,
Bu hünərə,
bu günə salam, min kərə salam.
Şəhidlərin
qanıyla xınalanıb daşları,
O
dağlar igidlərin doğma qan qardaşları,
İndi
sevincdən tutur gülləri göz yaşları,
Şeh
tutan çiçəklərin bağrında tərə salam.
Bu torpaq nələr
çəkib, yağıların əlindən,
Çayların,
bulaqların ağı daşıb dilindən,
Dünyaya
mesaj verən - zirvələrin belindən,
Köksü
aylı-ulduzlu bayrağa, zərə salam.
Min illik
dümən olur, Vətən bağrı sökdürən,
Torpaqlara
dərd əkən,
gözlərdən
yaş tökdürən...
Yurdun
ucqarlarında yadlara diz çökdürən,
Sinəsi
sipər olan igidə, nərə salam.
Bir
üzü payız, qışdı hələ ki
havaların,
Sevgi
ehtiyacı var - gəl
deyən yuvaların,
Sabah
hökmü olacaq bitməyən davaların,
Tarixə
möhür vuran günə - Zəfərə salam.
Biz
haqqın yolçusuyuq qoy, bunu bilsin hamı,
Ruhumuz
yandıracaq Təbrizdə sönən şamı,
Bir
aydın səhəri var, hər qovuşan axşamın,
Salam olsun
Şuşadan bütün bəşərə, salam.
Elbariz MƏMMƏDLİ
Ədəbiyyat qəzeti.- 2022.- 19
noyabr.- S.4.