Sevgili Turan məfkurəsinə
birinci yol göstərən
ustad
Əli Bəy Hüseyinzadə
həzrətlərinə təqdim
Qara dəniz
Çırpınırdın, Qara dəniz
Baxıb
Türkün bayrağına!
"Ah!.." deyərdin, heç ölməzdim,
Düşə bilsəm ayağına.
Uzaq düşmüş dost elindən,
İllər var ki, çarpar sinən!..
Vəfalıdır, gəldi gedən,
Yol ver Türkün bayrağına!
İncilər tök, gəl yoluna,
Sırmalar səp sağ, soluna!
Fırtınalar dursun yana,
Salam Türkün bayrağına!
"Həmidiyyə" və
Türk qanı!
Heç
birinin bitməz şanı!
Batum olsun ilk qurbanı!
Əyil
Türkün bayrağına!
Dost elindən əsən yellər,
Bana şeir, salam
söylər.
Olsun bizim bütün ellər
Qurban Türkün bayrağına!
Əhməd Cavad
1 Mayıs 1918, Gəncə
Ədəbiyyat qəzeti.- 2022.-
19 noyabr.- S.14.