İnciçiçəyinin qoxusu  

 

O zaman toxunmadan, surətimi yox, ədamdakı gözəlliyi sev, sadəcə... Məni sev. Bədənimi deyil, ruhumu sev. Dodaqlarımı deyil, səsimi, qoxumu duy, hiss et, sev... Qəfildən Etqar Keretin "On səkkiz yaşlı bir qızın məmələri" "Sevgilim çılpaqdır" hekayələrinin bir gül ləçəyitək incə gözəl qoxan qadın qəhrəmanlarının səslərini eşidirəm. Onlar bu sözləri qadını seksual obyekt kimi görən bütün kişilərə deyirlər.

Tükətim, istehlak birbaşa marka dəyərinə vizuallığına xidmət edir. Bu gün hər hansı bir zinət əşyası materialına görə deyil, marka "dəyəri" baxımından qiymətlidir. Məşhur bir markanın adi metaldan, dəmirdən hazırlanan qolbaq yaxud boyunbağı eyni əşyanın markasız qızılından bahadır. Tükətim toplumunda vizuallıq bir təhkiyə təsvir forması kimi çıxır qarşımıza. Madam ki, təhkiyə dünyaları belə sərbəst mediatikdir, axı niyə, üçün dünyanın özünü bir hekayə, roman kimi oxumayaq. Ya da əgər alternativ, çaparaq, sürətli mətnlər belə kiçik aldadıcıdır vecsizdirsə, niyə eynilə real dünya kimi qarışıq, ziddiyyətli, ancaq bir o qədər minimalist qeyri-adi təhkiyə modelləri yaratmayaq? Etqar Keretin hekayələri marka dəyəri olan təhkiyə metodları təqdim edir. Minimalist, vizual istehlak tələbatı olan Keret hekayələri sürətlənən tarix zamanla da uzlaşır.

Son 50-60 ildə ədəbiyyatda yenilikçi ruhun ən yaxşı nümunələrini Samuel Bekket, Donald Bartelm, Tomas Pinçon, Don Delillo, Uilyam Berrouz, Piter Xandke, İtalo Kalvino, Xorxe Luis Borxes, Xulio Kortasar Karlos Fuentes kimi yazıçılar yaratmışlar. Əlbəttə, bu o demək deyil ki, onlar qüsursuz təhkiyə metodları kəşf ediblər. Ancaq onlar olduqca oyunbazdırlar modern həyatın mexanizmlərini ortaya çıxarmaq üçün süjet xəttini çılpaqlaşdırırlar. Bəzən Borxes kimi bir qədər intellektual, modern, alqoritmik bir dillə, bəzən Fuentes kimi ənənəvi, zəngin dil, təhkiyə formaları ilə. Yüksək texnologiyaları aparıcı olan çağdaş cəmiyyətlərdə informasiyanı gələcəyin incəsənət ədəbiyyatının düşəcəyi postnormal vəziyyətin həyəcan siqnalı kimi qiymətləndirmək olar.  

Hələ bir əsr əvvəl Coys öz romanı haqqında deyirdi: "Bir ölkəyə gedərkən diqqətinizi cəlb edən ilk şey olur? Həmin ölkənin mədəniyyətinin böyüklük miqyası onun qoxusudur ədəbiyyatına yayılan da bu qoxudur. Eynilə Rablenin orta əsrlər Fransası kimi, "Don Kixot"un yazıldığı dövrdəki qoxusu olan kimi "Uliss" mənim zəmanəmin Dublini kimi qoxuyur". XX əsrin sonlarında - eranın tamamlanma astanasında Patrik Züskind "Parfümer" romanı ilə orta əsrlər Parisinin qoxusunu köçürdü gələcək əsrə. Dini, siyasi, ictimai fərdi qoxuları gizlədə bilməməyin mümkünsüzlüyünü cazibədar bir üslub formada vizuallaşdırdı Züskind. Necə kəlləmayallaq bir qoxu estetikasıdır. Coysun demək istədiyi bu cür qoxu, estetika inqilabıdır?! Həm , həm yox. Lakin Coysdan fərqli olaraq Züskind yalnız elitar sənəti qabartmır, kütləviliyi onun yanında qoyaraq Lesli Fidler Umberto Ekoya əl yelləyir. Etqar Keret isə yeni dünyanın zaman məkanını əsas götürür çağdaş dövrün minimalist mətnlərini yaradır, qoxusu isə virtual dünya qədər maksimalistdir.

Keretin "Nimrod dəlilikləri" hekayəsində bir neçə dostun silsilə şəkildə davam edən depressiv halları kafkavari bir formatda göstərilir. Oxucu da virtual formada daxil edilir dəliləşmə, havalanma ritualının içinə. Dostların içləri çöllərinə, çölləri içlərinə çevrilir. Sürətlənən zamanda Keret vizual, yığcam semiotik çalarları olan geniş bir dil yaradır. "Sürpriz yumurta" hekayəsində kişi yas içindədir. Çünki çox sevdiyi xanımını avtomobil vurub öldürüb. Qadının meyitinə qoyulan tibbi diaqnoz isə daha ağırdır. Əgər qəza baş verməsəydi öləcəkdi. Çünki bütün bədəninə xərçəng yayılmışdı. "Gombul" hekayəsində hər bir insanın normal kimliyi bir qaranlıq tərəfləri, kölgə arxetipi qadının yerinə keçən kişi, kişini əvəz edən qadının davranışlarında reallaşır. Hekayələr kadrlar kimi axır. Hər bir cümlənin şəklini çəkirik beynimizdə.

"On səkkiz yaşlı bir qızın məmələri" "Sevgilim çılpaqdır" hekayələrində gündəlik həyatda hər yerdən boylanan real virtual pornoqrafik kadrların şüuraltı tezliyi sinxronizasiyası lağa qoyulur. Şüur gözünü itirən kişilərin qadınlara seksual obyekt materiya kimi baxarkən necə gülünc acınacaqlı duruma düşdükləri səhnə-səhnə canlandırılır.  Erotikasız erotika var bu hekayədə. Lakin həmin erotik situasiya diksindirir, enerjisi itələyicidir. "On səkkiz yaşlı bir qızın məmələri"nə göz dikən "axmaq qoca"nın əxlaq normalarından dəm vurması gəncləri əxalaqsızlıqla ittiham etməsi kitab səhifələrindən çıxıb oxucunun qarşısında dayanır.

"Sevgilim çılpaqdır" hekayəsində isə Günəşə qənşər dayanan gözəl bir qadından hər kəsin "kəsməsi" Şərq toplumuna bədii psixoanalitika bucağından baxışdır. Keret belə bir mövzunu qadın bədəninin cazibəsi ilə paralelləşdirir. Gözəl zərif bir qadının bədəni gündəlik dərdləri unutdurur. Qızın bədəninə baxan kişilər gündəlik qayğılardan uzaqlaşır elə bu an erotikasız erotikanın nirvanasında hiss edirlər özlərini.

Təsəvvür edin ki, birdən Ceyms Coys alabaxta quşu kimi qızlara boylanan kişilərin arasından ortaya çıxır. Həmin kişilərə qoşulur ağzından su axıda-axıda qızlara baxır. Qızlara yaxınlaşdıqca inciçiçəyinin qoxusu burnundan beyninə oradan ürəyinə yayılır. Başını bir qadın həyası ilə aşağı dikir ürəyindən keçirir: Nəyi gizlətsəniz , nəyi ört-basdır etsəniz , qoxunuzu əsla gizlədə bilməzsiniz. Elə bu an Patrik Züskind Etqar Keretin yaratdığı qoxu dünyasına da daxil olur.

 

Ülvi BABASOY

 

Ədəbiyyat qəzeti.- 2022.- 19 noyabr.- S.24.