Səlim Babullaoğlu: Filmdə Stalin
repressiyalarının retrospektiv planda
faciəvi və tarixi fəlsəfəsi
araşdırılıb
Bu il
ölkə başçısı İlham Əliyevin Sərəncamı
ilə böyük şairlər Əhməd Cavad və
Hüseyn Cavidin yubileyləri qeyd olunur. Filmin təqdimatı bu
yubileylərlə üst-üstə düşməsi
qanunauyğundur, çünki həmin adlar 1937-ci il amansız
Stalin repressiyalarına məruz qalmış ədiblərimizin
parlaq simvollarıdır.
Bu
sözləri Səlim Babullaoğlu “Sözün
repressiyası” sənədli filminin təqdimatı zamanı
deyib.
“Filmdə
repressiya qurbanına çevrilmiş 31 yazıçı,
şair və digər ədiblərimiz xatırlanır, bəzilərinin
acı taleyindən danışılır. Eyni zamanda, filmdə
Stalin repressiyalarının retrospektiv planda faciəvi və
tarixi fəlsəfəsi araşdırılıb.
Qarşımızda bir məqsəd dururdu ki,
tamaşaçı filmə baxarkən o dövr haqqında
aydın təsəvvür əldə etsin. Biz həmin
görkəmli aydınlarımızı, əslində bizi
müstəqilliyə doğru aparan şəhidlərimizi dərin
ehtiramla anırıq”, - deyə Səlim Babullaoğlu bildirib.
Ədəbiyyat qəzeti.- 2022.- 19
noyabr.- S.24.