"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turana
Hörmətli baş redaktor!
Tanınmış şairimiz Zabil Pərvizin bu il noyabrın 17-də 70 yaşı tamam olur.
Mən bilirəm ki, Xəlil Rza Ulutürk məktəbinə mənsub bu ünlü şairimizə həmişə siz də böyük diqqət və qayğı göstərmisiniz.
30 il bundan əvvəl ona Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq üçün ilk zəmanəti Ustadımız X.R.Ulutürk vermişdi. Lakin o vaxt Xəlil bəy həbs olunduğu üçün Zabilə deyiblər ki, səni bu zəmanətlə üzvlüyə qəbul edə bilmərik. Get, başqasından zəmanət al. Bəs Zabil nə edib onda? Sənədlərini götürüb gedəndə deyib ki, mən Xəlil bəyin ayaq tozunu Moskvanın mənə verəcəyi biletə dəyişmərəm.
Beləcə, 30 il gözləyib Zabil. İndi isə Zabil Pərviz Yazıçılar Birliyinin üzvüdür. Bildiyimə görə, bu işdə ən böyük yardımçı siz olmusunuz. Xəlil Rza Ulutürkün verdiyi zəmanəti 30 ildən sonra Zabildən alıb Birliyin qəbul komissiyasına təqdim etmisiniz. Zabil Pərviz 30 il əvvəl Xəlil Rzanın verdiyi zəmanətlə bu il Yazıçılar Birliyinin üzvlüyünə qəbul olunub. Çox sağ ol, var ol, əziz qələm dostum! Zabilə 70 illiyi münasibətilə yazdığım bir şeiri və bu kiçik qeydləri çap etməyinizi xahiş edirəm.
Hörmətlə,
Barat Vüsal
AYB Qazax bölməsinin sədri,
Əməkdar incəsənət
xadimi
Ədəbiyyat qəzeti.- 2022.- 19
noyabr.- S.29.