Noyabrın Ulduzu çıxdı

 

Ulduzjurnalının noyabr nömrəsi işıq üzü görüb.

Dərgi Taleh Mansurun özü ilə söhbəti şeirləri ilə açılır.

Qulu Ağsəsin hələ 2000-ci ildə qələmə aldığıQarğışhekayəsi xanəndə Süleyman Abdullayevə ithaf olunub. Rəşid Faxralının İkinci Qarabağ savaşında qazanılmış Zəfərin iki illiyinə həsr olunanDüşüncələr. Vətən müharibəsi - Qələbə fəlsəfəsixatirə yazısında fərqli qəhrəmanların döyüş yoluna nəzər salınır.

Nəsrrubrikasında Nurlan SuvarovunSaçlarımın qırmızısı”, Hicran HüseynovanınDərdli pişik haqqında ballada”, Günel C. HacıyevanınRəqs edən taxta qayıq”, Orxan KərimovunSaatkimi hekayələri, “Şeir vaxtı”nda isə Elnaz Eyvazın, Bəhruz Xəlilin, Namiq Hacıheydərlinin, Aysel Nəsirzadənin, Əfsanə Qurbanlının Seyyidəli Sübhinin şeirləri yer alıb.

Qısa fikirlər xəzinəsi”ni bu dəfə bir sıra dühaların kəlamları bəzəyir. “Tərcümə saatı”nda şair İbrahim İlyaslının tərcüməsində çağdaş qırğız poeziyasından seçmələr, “Türk elirubrikasında isə Təranə Vahidin uyğunlaşdırmasında Halə SərtinDənizin dibindəkihekayəsi təqdim edilib.

Aytac SahədinSələf-xələf”inin budəfəki qonaqları Xalq rəssamı, heykəltaraş Natiq Əliyev gənc heykəltəraş Güntay Hüseynlidir. Pərvanə MəmmədlininVarımız, varlığımız - Ana dilimizbaşlıqlı yazısında böyük alim Cavad Heyətin timsalında Güney Azərbaycanda dil etnik mücadilə tarixinə nəzər salınır. Filologiya üzrə fəlsəfə doktoru Mətanət VahidinNatəvan - kədərli qürur abidəsiməqaləsi Xurşidbanu Natəvanın həyat yaradıcılıq yoluna işıq tutur. Rəfail TağızadəninVaqif Poeziya Günlərində yaşananlaradlı reportaj yazısı, adından da göründüyü kimi, 13-15 iyul tarixlərində Şuşada düzənlənən 40-cı poeziya günlərinin xronikasıdır.

Nəhayət, “Dərgidə kitab”da Səfər Rzasoylunun şeirlərinə, “Oxumalı rəsmlərrubrikasında isə Fərid HüseyninFırlanan rəsmləryazısına yer verilib.

 

Ədəbiyyat qəzeti.- 2022.- 19 noyabr.- S.32.