Manqurt” tamaşası

növbəti dəfə səhnədə

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı noyabrın 24-də “Manqurt” tamaşasını növbəti dəfə təqdim edəcək.

Səhnə əsəri Çingiz AytmatovunGün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanıb.

Tamaşanın bədii rəhbəri Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.

Birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban və Fərid Vəliyev iştirak edəcəklər.

 

Ədəbiyyat qəzeti.- 2022.- 19 noyabr.- S.32.