Kiyan Xiyav

 

(Təbriz)

 

Özgür qadın

 

Cənubi azərbaycanlı müəllifin şeiri Sayman Aruzun təqdimatında verilir

 

Barmaqları büyüləyici olsa da,

Barmaqlarıyla gəl deyə

            danışa biləndən qorxma, get.

Dodaqları büyüləyici olsa da,

Dodaqları gəl deyə yaza biləndən qorxma, get.

Sorma üzünə dağılmış kirli sular kimdən

Yardım et dursun yerindən anlam tərəzisi arasın,

Qoysun tərəzinin iki gözünə

Ən cılız xəstə böcəklər ağır gəlsə belə,                                 

insan dəyərindən sev, dinmə.

Əllərinə pis qoxulu bir yığın ət

            yükləsə , sev, danışma.

Şəhər-şəhər bazara çıxartsalar da, sev

Ən cılız xəstə böcəklər bu ucuz bir fahişədir

            deyə car çəksələr sev.

Qoy böcəklər sənə baxıb ağızdolusu gülsünlər.

Sən ağla, sən düşünərək ağla

            sevdiyin qadını ürəyində

Tərəzidə ədalət yoxsulluğuna ağla sorma

Qadının üzünə dağılmış kirli sular nədən

Ən cılız xəstə böcəklər

            insan arxasınca güləcəklər

Nədən, nədən, nədən, nədən,

Burax onlar kirli sularını sunsunlar qadına.

Sunsun onlara ağzını, dilini, əllərini

Versin bütün orqanlarını qadın da sən sev, dinmə.

Qadınlar birər büyüləyici barmaqlarıyla

            danışa bilirlər sev, danışma.

Birər büyüləyici dodaqlarıyla

            yaza bilirlər sev, yazma,

Qoy pıçıldasınlar sənə böcəklər bizi

            dünyaya tanımlayırlar deyə

Dünya qadına qıymayıb

özgür bir qadındır

            sevdiyin qadın, bunu düşün,

Gəl dedi, get sənin olsun gecəyə yaxın zamanlar.

Get dedi, get özgürlüyü düşünərək.

Gəl dedi, get sənin olsun

            ömürdən qalan bütün son saatlar,

Get dedi, get özgürlüyü düşünərək.

Bütün filmlər bitmiş: son

Gəl son planda öp məni

            qal desə, get öp qal,

Get desə, get özgürlüyü düşünərək.

Ömürdən ötəki saatlarda da

kirli sulardan üzü tanınmır kimilərinin!..

 

Ədəbiyyat qəzeti.- 2022.- 26 noyabr.- S.28-29.