Mortəza Dustəlinəjad (Dinməz)
(Təbriz)
Cənubi azərbaycanlı müəllifin
şeiri Sayman Aruzun təqdimatında verilir
Bu günlər sözcüklər
donub beynimdə,
Dilim tikilibdir
dodaqlarıma.
İçərim, eşiyim yalqızlıq
yağır,
Ölüm fişqalanır qulaqlarıma.
Baxışım günəşin son nəfəsləri,
Əllərim boşluğu yaşamdan paydır.
Gözüm Azərbaycan, başım
dumanlı,
Ürəyim çırpınan o tay, bu taydır.
Dünyalar boyunca darıxmalarım,
Bir gün şəhərlərə sevgi
yağacaq.
Dünyalar boyuca sıxılmalarım,
Göydə buludlardan dəniz doğacaq.
Özümün əlimdən yapışmalarım,
Səni sevməyimi bəsləyir
türkan.
O tayın qızına bu tayın oğlu,
Salamlar, sayqılar
diləyir hər an.
Silinməz izinin acılıqları,
Demə günlərimə kölgə
salacaq.
Silinməz izinin acılıqları,
Demə əllərimdən səni
alacaq.
Bir gecəlik yol var işıqlıqlara,
İstəsək yenidən gülə bilərik.
İstəsək yenidən birləşib
türkan,
Yaxın uzaqları silə bilərik.
Bağlı gözlərini aç
yollarıma,
Gecə gözlərinə Ay gətirəcəm.
Sənə varlığımla qızıl
tikəsi,
Təbrizi gözümdə pay gətirəcəm.
Sən mahnılar oxu, mən şeir yazım,
Günləri ayları ili yaşadaq.
Günlərdən aylardan illərdən
'dinməz'
Dilsiz bu millətdə dili yaşadaq.
Ədəbiyyat qəzeti.- 2022.- 26 noyabr.- S.29.