Hüseyn Münzəvi
(Zəncan)
Cənubi azərbaycanlı müəllifin
şeiri Sayman Aruzun təqdimatında verilir
Aç
gözün, qoy yuxudan güllər oyansın, qəzəlim
Aç gözün, qoy baxışından gün
utansın, qəzəlim.
Görə bilməz gözəlim,
Ay da üzündən
gözəlin
Bax Aya, qoy həsədindən
paralansın, qəzəlim.
Sən olan yerdə gülüm! Gül nədi? Dur
gülşəni gəz
Qoy sənin
başıva pərvanə
dolansın, qəzəlim.
Çıx çəmən seyrinə,
mədhuş elə sərvi, səməni
Qoy adın
ətir kimi bağda calansın, qəzəlim.
Gün nədi? Ay nədi?
Ulduz nədi? Göyçəklər
adı
Sən olan yerdə gərəkdir qaralansın, qəzəlim.
Qalmışam qaşıvı, kirpiklərivi,
gözlərivi
Qələmim hansını vəsf eyləyə? Hansın? Qəzəlim!
Səni
ağuşə çəkəndə
ürəyimdən deyirəm
Ola kaş devri-zaman
burda dayansın, qəzəlim.
Ya dayansın, ya da hər ləhzəni
hər saniyəni
Bir il olsun,
ili bir ömr
uzansın, qəzəlim.
Səni
hər kim
dilə çalsa, görüm ağzı qurusun,
Görüm ağzında ümürkən
dili yansın, qəzəlim.
Elimin qəmləri bəsdir mənə, sən qəm yemə day
Qoyma qəm,
qəmlərin üstündə
qalansın, qəzəlim.
Ağlama,
qəm yemə, qoy güllər açılsın, bala
can
Elə gül ki, qoy atan
qəmləri dansın,
qəzəlim.
Ədəbiyyat qəzeti.- 2022.- 26 noyabr.- S.29.