Vədud Dusti (V.İlqar)

 

(Marağa)

 

Cənubi azərbaycanlı müəllifin şeiri Sayman Aruzun təqdimatında verilir

 

Eşq bir təbirə sığmaz yuxu, mən lal, dadlım!

Aşiq olsan düşünərsən nədi bu hal, dadlım!

 

Mən bu kərvanda, bu dağ-daşda yoruldum, bəsdir

Sənə çatmırsa bu yol, saxla məni sal, dadlım!

 

Acı ölməkdi bu sənsiz yaşamaqlar, duzlum!

həyat sənlə bilirsən nədi? Bal... Bal, dadlım!

 

Bu evin pəncərəsi, pərdəsi sənsiz darıxır

Sil bu göz yaşlarımı, burda özün qal, dadlım!

 

Qınama, qəlbinə gül, qəlbimə pərvanə desə

Oddan, odtək yetişəndən bilir kal, dadlım!

 

Ədəbiyyat qəzeti.- 2022.- 26 noyabr.- S.29.