Nadir İlahi
(Xiyav)
Cənubi azərbaycanlı müəllifin
şeiri Sayman Aruzun təqdimatında verilir
Torpağam, ellərin ağlar
alayı var məndə
Gözü yaşlı Arazı, Arpaçayı var məndə.
Bayatı
dağlı sinəmdən
umanım, qoy umsun,
Bir çiçək
hər dərənin nəğmə payı var məndə.
Yaylığından əl atıb dərməmişəm...
Sevdicəyim!
Ellərin güllü yazı,
güllü payı var məndə
Bükmə qorlu səsimi buqçalara bükmə...
Qorun
İldırım aynasıyam, od harayı var məndə.
Şəngülüm! Qaç özünü qurtar əlimdən hələlik
Qurd var məndə... Mənim nazlım! Ayı var məndə!
Canımı yollara sərdim,
günəş addımlamadı
Həsrətin gör nə dumanlı dolayı var məndə.
Damarımda qan ağır addım atır... Neyləməli?
Ellərin bəlkə boğulmuş
Sarayı var məndə!
Ədəbiyyat qəzeti.- 2022.- 26 noyabr.- S.29.