Bircə sən
qalıbsan,
bir də eşq qalıb
Dünyanın
o başı nə yaxın imiş,
Gözlərə
görünür sonlar, İlahi!
Arxada
xatirə, öndə ölüm var,
Heç
nəyə yaramır yanlar, İlahi!
Qaytaraq nə
varsa yerindir, yerə,
Gah göyə qarışır, gah da sirr, yerə.
Eşqdən
yananları topla bir yerə,
Hamı
bir-birini anlar, İlahi!
Hamı
gedəridi, indi seç, qalıb,
Nələr ödənməli, birə-beş qalıb.
Bircə
sən qalıbsan, bir də eşq qalıb,
Getdi nə
paşalar, xanlar, İlahi!
Bu ömrü
Beş
addımdı əvvəliylə axırı,
Görürsənmi bəxti yatan bu ömrü.
Halal
etdim, kim götürür,
götürsün,
Yaşanmamış başa çatan bu ömrü.
Eh, nə
imiş bir sevginin bədəli,
Olan-oldu ya ağıllı, ya dəli.
Bir
çöpündən yapışıbdı yad əli,
Viran etdi halal butam bu ömrü.
Bəzəyi
yox, nə aldan, nə qumaşdan,
Uçub getdi içimdəki təlaşdan.
Dəli
sevgim kəsirdisə o başdan,
Uzadaydı bəlam, xatam bu ömrü.
Necə gəlib-getdiyini
yaş ansa,
Bel bağladım ya qismətə, ya şansa.
Əməllicə
ömürüydü yaşansa,
Bacarmadım əldə tutam bu ömrü.
Qucaq
açmaz mənim kimi miskinə,
Yanmadısa, isinərmi tüstünə.
Yıxılmazdı...
dağlar çöksə, üstünə,
Necə
yıxdın vallah matam, bu ömrü...
Hələ inanıram
dönəcəyinə...
Hər
şey elə belə qurtara bilməz,
Nəsə
gözləməyin vallah, yeri var...
Bəsdi,
həsrət ilə yorduq misranı,
Bəlkə
də sonunda vüsal şeiri var -
Hələ
inanıram dönəcəyinə...
Bəlkə
ayrılığın döngəsindəsən,
Bəlkə də, başdasan o gündən bəri.
Hər
gün yastığına sitəm eyləyən,
Qornan
savaşdasan o gündən bəri -
Hələ
inanıram dönəcəyinə...
Çox
da ki əsər yox gün deyiləndən,
Çox da ki üstünə qaranlıq
düşür.
Ömür
qürubadır, bilmirəm nədən,
Hər
addım başında viranlıq düşür -
Hələ
inanıram dönəcəyinə...
Bəlkə
də ayrılıq ayrılıq deyil,
Bəlkə də həsrətin sirri-sehri var.
Bu
eşqin fərmanı İlahidəndir,
Bu
eşqin sonunda Tanrı möhrü var -
Hələ
inanıram dönəcəyinə...
Adına bir misra
yazmadıqlarım
Sizi
parçalayan hissdən demədim,
Qəsdən danışmadım, qəsdən demədim.
İndi
qulağınız cingildəyirmi,
Hər
şeydən danışdım, sizdən demədim -
Adına bir misra yazmadıqlarım.
Soyuq
yaddaşlarda hələ varamsa,
Eşqiniz,
sevginiz mənə haramsa...
Viran eyləməyin
viran olmuşu,
Boynum teldən
incə... günahkaramsa -
Adına
bir misra yazmadıqlarım!
Onu da
Yaradan deyir, kimiydi...
Ötənlər sirr kimi, sehr kimiydi.
Tanrının
hər gecə pıçıldadığı,
Bəlkə
də ən gözəl şeir kimiydi -
Adına bir misra yazmadıqlarım.
Kimdi bu
ömürdə bizi doyuran,
Qalan günlərimi özüm soyuram.
Sizə
yazmadığım şeir əvəzi,
Bu
gündən qələmi yerə qoyuram -
Adına bir misra yazmadıqlarım.
Bilirəm
Divanə
könlümə divan eyləmə,
Sən də gözləyirsən muraz, bilirəm.
Dərdlərin
mənlikdi, a dərdin mənə,
Sevgi deyiləndən
bir az bilirəm.
Budurmu
dediyin eşqin çıxarı,
Həsrəti
bütövdü, vüsalı yarı...
Əgər
duymadısa pıçıltıları,
Ahımı-naləmi duymaz, bilirəm.
Vüsala
aparan yolları bağlı,
Nə
olar havalı başların ağlı...
Bizdən
gör, eşitsən uçub, dağılıb,
Tanrı bu sevgiyə qıymaz, bilirəm.
Şirin xata
İndi
bu görüşün əlləri uzaq,
İndi bu gorüşün ayağı yalın.
Bir qərib
sevgini apardı sazaq,
Biz ki,
xatalıyıq, qadanız alım!
Dünya
bizim üçün bircə xataydı,
Baxma ki, bir üzü yaşa gedirdik.
Hara
gedirdiksə, xatamızı da,
Alıb çiynimizə qoşa gedirdik.
Bəlkə
Yaradanın bir sirri idi,
Bir heyrət varıydı dərinliyində.
Biz
şirin xatanın əsiri idik,
O da
çatlayırdı şirinliyindən.
Bəlkə...
Bir misranın qonağı idi,
Bəlkə
verilmişdi bizə butaynan...
Bu qərib
taleyi elə bilirdik,
Başa vurasıyıq şirin xataynan.
Xatanın
bir əli, bir başı oldu,
Nə ondan, nə məndən həyan görmədi.
Adı
xataların yoldaşı oldu,
Heç kim bu xatadan ziyan görmədi.
Böyüyüb
at çapan sözdən xəbərsiz,
Lap xata
yaşına çatıbmış, Allah!
Kimmiş,
o xataya bizdən xəbərsiz,
Bu boyda
şirinlik qatıbmış, Allah!
Hərdən
danışanda, ürək sözümün,
Elə bilirəm ki, biri xatadır.
O xata
tutmadı bulaq gözünü,
O xata o qədər
şirin xatadır.
Yaşatdı,
qoymadı gülüncə bizi,
Nəydi bu, bəlaynan qarmaqarışıq.
Yanaşı
görməzlər ölüncə bizi,
Çünki
aramızda şirin sevgini
Şipşirin xataya bağışlamışıq.
Şirin ağrı
Bu
ağrı şirindir, bu əzab incə,
Bu sevinc payımdır sevinc yerinə.
Daha dəyişmərəm
onu sevincə,
Məni qoyarsınız gülünc yerinə.
Qaraldı
gözləri, sındı əlləri,
Diz çökdü bir əsim yelə, görmüşəm.
Göz
açıb dünyaya gələndən bəri,
Sevinci bircə yol elə görmüşəm.
Dünyanın
yolları qarışdı, aman,
Axtarıb tapıbdır sevincim kimi.
Bu
ağrı boyuma ölçülüb yaman,
Onu qoruyacam sevincim kimi.
Bu
ağrı nəçidi, bu əzab nədi,
Ömrünə-gününə çökənlər
bilir.
Bu
şirin ağrının şirinliyini,
Bu şirin ağrını çəkənlər
bilir.
Bu
ağrı şirindir, bu əzab incə,
Bu sevinc payımdır sevinc yerinə.
Daha dəyişmərəm
onu sevincə,
Məni qoyarsınız gülünc yerinə.
Bilirsən
Bir Allah
bilir, deyirik,
Doğrudan, bir sən bilirsən.
Bir dəlinin
divanəyə,
Ömrünü məlhəm bilirsən.
Əzəldən
ömrüm havalı,
Ölüm-qalımın
sualı...
Gecələr
dilim dualı,
Səhər
gözüm nəm, bilirsən...
O
qapıdan işıq düşdü,
Dərd-bəla qarışıq düşdü.
Sözlərim
dolaşıq düşdü,
Doluram hərdən,
bilirsən...
Bir ruhun əllərində
can,
Gələr
haçan, gedər haçan...
Sən
onu qaytaranacan,
Nə
çəkmişən mən, bilirsən...
Bir Allah
bilir, deyirik,
Doğrudan, bir sən bilirsən.
Bir dəlinin
divanəyə,
Ömrünü məlhəm bilirsən.
Məndən küsən şeir
Əzəldən
yığvalı belədi bəlkə,
O məni
qayğıya bələdi bəlkə.
Üstümə
yüyürüb mələdi bəlkə,
Məndən küsən şeir, inciyən şeir.
Axır beş kəlməyə yiyə
çıxarır,
Ağlımı
başımdan niyə çıxarır...
Gecə kəndirimi
"göyə çıxarır",
Məndən küsən şeir, inciyən şeir.
Göz
açan bulağın gözünə bənzər,
Mən səni sevirəm - sözünə bənzər.
İnciyib-küsməkdə
özümə bənzər,
Məndən küsən şeir, inciyən şeir.
Çöhrəsi
nə qəmli, nə də ki, şəndi,
Bir də görürsən ki, məndən üşəndi.
O da bir
mövzudu, göydəndüşəndi
Məndən küsən şeir, inciyən şeir.
O sevgi
Bir para
ağrı var səndən ömrümə,
Vallah, ağrını da çəkmək hədərdi.
Məhəbbət
gəlsəydi sənnən ömrümə,
Elə səninlə də çıxıb gedərdi.
Bu da bir
ömürdü, bəxtindən küsən,
O səhər
tutmuşdum üzünü sənə.
Yaxşı
ki, vaxtında küsüb getmisən,
Bir gün deyəsiydim düzünü sənə.
Keçdin
ürəyimdən ayağıyalın,
Keçdin, bu aradan yad keçməmişdi.
İnsanam,
kimisə sevməli idim,
Mən səni sevməyə and içməmişdim.
O sevgi min
ilin toyundan gəlir,
O sevgi o
yerin suyundan gəlir.
Babam da
beləcə sevdi nənəmi,
O sevgi
kökümdən, soyumdan gəlir.
Bir para
ağrı var səndən ömrümə,
Vallah ağrını da çəkmək hədərdi.
Məhəbbət
gəlsəydi sənnən ömrümə,
Elə səninlə də çıxıb gedərdi.
Sevgi şeirlərimə
Sevgi
şeirlərim, sözüm var, gəlin,
Daha
ürəkmi var, oda düşəsi...
Elə
unudurlar adamı, vallah,
Təzədən
sevməkmi yada düşəsi...
Siz də
mənim kimi bir belə təmiz,
Siz də mənim kimi belə utancaq.
Eh, məni
bir qıza sevdirmədiniz,
Mən sizi yüzünə sevdirdim, ancaq.
Atılan
nə qədər, atan nə qədər,
Nə qədər
zalım var, atam, nə qədər...
Ürək də yazıqdı çəksə bu dərdi.
Başını
sındırma sevilməyənlər,
Elə sevənlərin sayı qədərdi.
Elə
sevənlərdi sevilməyənlər,
Sevsə də, yansa da bəlası birdi.
Ağlımız
kəsəndən sevən atılıb,
Canım
yarımağa yar nə gəzirdi...
Mənim
bu dünyadan alacağım var,
Mənim
nə günüm var, olacağım var...
Sevgi
şeirlərim sizdən savayı,
Mənim də nə küməm var, alacağım var.
Sevgi
şeirlərim, sözüm var, gəlin,
Daha ürəkmi
var, oda düşəsi...
Elə
unudurlar adamı, vallah,
Təzədən
sevməkmi yada düşəsi...
Ayrılıb təzədən
qonşu olmuşuq
Bu necə
həsrətdi, gözləri duyuq,
Ürəkdə kədərmi, qəmmi, bilmirəm.
İş
elə gətirib od qonşusuyuq,
Sənmi köçməlisən, mənmi, bilmirəm.
Ürəyim
ovcumun içində hər gün,
Xəyalım göylərin qatından keçir.
İşə
baxırsanmı, sənin yolların,
Mənim pəncərəmin altından keçir.
Bizi mənziləmi
gətirdi yollar,
Bura
havasızdı, yer nə, göy nədir...
Səni
qucağına açılan qollar,
Məni üz qoyduğum balınc göynədir.
Ləngiyən
vüsala tuşmu olmuşuq,
Yoxsa bu, taleyin çaşdığı yoldu.
Ayrılıb
təzədən qonşu olmuşuq,
Ta bunun
harası ayrılıq oldu...
Sevgisən,
həsrətsən, gəlmirsən dilə,
Ürəkdən yüz hissin təlaşı
keçir.
Hər səhər,
hər axşam yanımdan belə,
Sevgim həsrətimnən yanaşı keçir.
Bu necə
həsrətdi, gözləri duyuq,
Ürəkdə kədərmi, qəmmi, bilmirəm.
İş
elə gətirib od qonşusuyuq,
Sənmi köçməlisən, mənmi, bilmirəm.
Vasif SÜLEYMAN
Ədəbiyyat qəzeti.- 2022.- 26 noyabr.- S.19.