Məni hərdən yadına,
nazlı nigar, sal, nə olar.
Qıyma həsrət yarada köksdə qubar, xal, nə olar.
Cöhrəmdə kölgəsi var
çəkdiyim gör
xiffətinin,
Yetər, yaşatma, yetər, dərdli bimar, hal, nə olar.
Vüsalın ləzzətini təkcə
xəyalım yaşadır,
Gerçəyimə elə bəxş hər nə ki var,
bal, nə olar.
O təkcə kəlməni
de, "ay quzu kəsim
səsinə",
Sonrasl
lap canımı ver də qərar, al, nə olar.
İnan,
nitqim tutulub gördüyüm andan üzünü,
Çəkilmə, dön "Ay"ım ol etmisən kar, lal, nə
olar.
Nəcməddinəm gözəlim, ağlımı başdan
alanım,
Sanma məni barı
yox, dərkidə dar, kal, nə
olar.
"Kaş ki, kaş ki"lər
Yorur bu "kaş ki, kaş ki"lər,
Çəkir lap səbrimi dara.
Ağlımın bundan çaş
ki hər,
Qarası
ağ, ağı
qara.
Yetmir kama arzu,
dilək,
Ürəyimi sarır qubar.
Ha məni bir kənara
çək,
Olur dünya
başıma dar.
Təsirsizdir təsəllilər,
İnanmıram vədlərə yox.
Gəncliyimmi dönər gələr,
Yollar bağlı,
müşküllər çox.
Laqeydliyim
artıb yaman,
Mənasızlıq üzür, sıxır.
Tək düzümə min zənn,
güman
Öz lağıyla
gendən baxır.
Hər
"kaş ki, heç olmazsa"da,
Bir az istək
itdi-batdı.
Zaman-zaman
bu qaydada
Hey azaldı, sonu çatdı.
Düzü deyəcəyəm
Necə
yaxşı deyim, de, yamanına,
Bunu məndən
umma, gözləmə,
yox-yox.
Həqiqət donunu zənn-gümanına
Söylə, geyindirib öyümmü çox-çox?
Dostuq? - Nə olar, olsun, bunun
fərqi nə,
Nədən bu verməli üstünlük sənə?
Qarşı çıxmağımla haqqı deyənə,
Rəvamı eşidəm belədə
tənə.
Varsa etirazın bu düşüncəmə,
Demək ayrı-ayrı adamlarıq
biz.
Fikrim bu: - İstəsən İnci, incimə,
Olacaq dəyişməz
həmişə şəksiz.
Qazanc gözləyirsən? - Bu istəyinlə,
Mənim şərəfimlə qurub
alveri.
Sanırdın deyəcəm "baş
üstə" - Dinlə,
Qoymusan adıma
ucuz dəyəri.
Sanaq ki, olmayıb belə xahişin,
Eləcə dinləyib eşitmədim
də.
Dilərəm, Tanrıdan alına
işin,
Qalmaya zərrəcə
kəsirdə, kəmdə.
Amma, barəmdə də olma nagüman,
Haqda olacağam
bil ki, yanında.
Ayıra
bilirəm yaxşı
nə, yaman,
Tək bircə
baxışda, tək
bircə anda.
Dostumsan? - İstərsən
lap ol qardaşım,
Düzü deyəcəyəm, dəqiq
dürüstü.
Olmaya özümlə davam, savaşım,
Sözümün üzü bir, yox altı, üstü.
Necə
yaxşı deyim, de, yamanına,
Bunu məndən
umma, gözləmə
yox-yox.
Həqiqət donunu zənn-gümanına,
Söylə, geyindirib öyümmü çox-çox?
Verdiyim söz
Unutmaram,
yox heç zaman,
Kiməsə verdiyim sözü.
Nə bəhanəm, nə and-aman
Olmur, keçir
işin düzü.
Gecikdirsəm lap azacıq,
Utanıram, darılıram.
Ürəyimdən çıxa acıq,
Ağrılarım olmur ki, ram.
Qınanan da, öyülən
də,
Bax, belədə
özüməm tək.
Səhvlərindən söyülən
də
Yenə özüm, yox buna şəkk.
Vicdanımdan gələr qərar,
Bərpa edə ədaləti.
Etirafla çəkdirir car,
Çəkdirməyə xəcaləti.
Şəriksizəm, təkcə, tənha,
Çıxarımda, gəlirimdə.
Ümidim
bircə Allaha,
Bu işimdən kəsir-kəmdə.
Unutmaram,
yox heç zaman,
Kiməsə verdiyim sözü.
Nə bəhanəm, nə and-aman
Olmur, keçir
işin düzü.
İş görmə gümanla,
zənlə
Qərarlar verirsən zənlə,
gümanla,
Seçib ayırmadan düzü, yalanı.
Yox ki, səbr adına ruhunda damla,
Olmazı deyirsən qoyub olanı.
Düşünsən azacıq, peşmanlığından
Başını soxmağa yer arayarsan.
Xəcalət təriylə edib
and-aman,
Sıxar, dönə-dönə qapazlayarsan.
Nə olar, eşitdiyin sözü, kəlməni,
Ağlın, dərrakənlə eylə
çək-çevir.
Almasan nəticə, çox çətin yəni
Aqildən, müdrikdən sor nəsə tədbir.
Girmə
bir kimsəylə havayı bəhsə,
"Dediyim olmalı"
- bu səhv düşüncə.
Doğrunu, dürüstü düşmənin
desə,
Uğur, bax, ordadır səbəb sevincə.
Yox, yox, qərar vermə gümanla, zənlə,
Başlama işə də yox, tez-tələsik.
Çatdırsan da sona min dürlü fəndlə,
Heç bir işlərində olmasın əskik.
***
Sən saldığın haldır
yaşamım, yar, mənə gülmə,
Sayəndə lağı çoxlarının
var mənə, gülmə.
Hər cümlənin əvvəli,
sonu dildə tək adın,
Sevdamızı bundan elədim car, mənə gülmə.
Həsrətimi ovuda bilən çarə xəyalın,
Döndərdi daşa eylədi kor, kar, mənə
gülmə.
Adidə
inan çaş salıram tərsi, avandı,
Təsdiqdə olur tərs, düzüm inkar, mənə gülmə.
Mətləbləri ayırd eləmək zillətə
dönmüş,
Müşkül əmələ fikrimi izhar, mənə gülmə.
Vurnuxduğumu görsən əgər
bil çaş olub ağlım,
Nəcməddinəm afət, dəli bimar, mənə gülmə.
Fikir vermə
Artıb
çoxlarında qürrə,
iddia
Çürük düşüncəylə mənəm-mənəmlik.
Yox ki, bu azara
çarə, bir dəva,
Adi dərd
deyil ki, ağıldan kəmlik.
Hərə tək özünü
ər, igid sayır,
Çalıb-çapmağında, məngirləməkdə.
Nəsə qapmağa fürsət
arayır,
Gözü orda-burda, qulağı şəkdə.
Zəhmətsiz qazanca düşüncəsində,
"Allahdan buyruqla
ağzıma quyruq".
Yuxulu gündüzü, həm gecəsində,
Ac nəfsi həmişə
oyaqdır, duyuq.
Anlamır, itirir insanlığını,
Dönür yavaş-yavaş olur yalquzaq.
Almır
vecinə də el qınağını,
Dərkindən gendədir bunlar, çox uzaq.
Özündən müştəbeh dolanır,
gəzir,
Yetir yetdiyinə, yetməyənə
daş
Atır,
ətraf ondan iyrənir, bezir
Bədnam ad qazanır avara, külbaş.
"Düzəlməz" - haqqında
verdiyim qərar,
Öyüd-nəsihətin yox mənası, yox.
Görünür, kökündə naqisliyi
var,
Çarə bu, ona heç fikir vermə çox!
Nəcməddin
MÜRVƏTOV
Ədəbiyyat qəzeti.- 2022.- 1
oktyabr.- S.29.