Bizmi günahkarıq,
yoxsa zəmanə
Bəlkə zəmanədir suçlu-günahkar,
Bəlkə aldanmışıq yamanlığa
biz?
Yalan danışmağı bilməyəndə
ar,
Çox tez üzə çıxdı boz sifətimiz.
Axı,
heç bu qədər bölünməmişdik,
Birgə yaşamışdıq bir
vaxt pis günü.
Bəs niyə tamahın toruna düşdük,
Olduq zaman-zaman sərvət düşkünü!
Əl-əldən üzüldü, ürək-ürəkdən,
Keçdi aramızdan soyuq küləklər.
Bir ovuc torpağa həsrət qaldı dən,
Puç
oldu ən ülvi arzu-diləklər...
Kasıbın başında çatladı
hirsi,
Məddahlıq yaltağın ağlın
çaşdırdı.
"Qara camaat"dan birini kürsü,
Birini şan-şöhrət
uzaqlaşdırdı.
Qərq
oldu zülmətdə
neçə ağır
köç,
Rəhmimiz gəlmədi sızlayan kəsə.
Dönüb gözümüzün ucuyla da heç
Baxmadıq, tapdanıb boğulan
səsə...
Yaxşılar birbəbir qeybə
çəkildi,
Sıçrayıb qabağa keçdi yamanlar.
Namərdin əlinə gözlər
dikildi,
Biclərin bəxtini göyərtdi anlar.
Tamah əsir düşdü dünya malına,
Şeytana züy tutan günbəgün artdı.
Bir zalım güvənib güclü qoluna,
Gücsüzün yaxasın dartıb
qopartdı...
Bir işi düşməsə
"dost" dönür yada,
Yüz yol səsləsən də gəlmir yaxına.
"Mənəm-mənəm" deyən
"mən" olmasa
da
Dolaşır hamının əl-ayağına.
Bizmi, zəmanəmi suçlu-günahkar,
Yamanlıq niyə tez qəlbdə
saldı iz?
Hoppanıb qabağa sıçrayanda
var,
Qəfil
çıxdı üzə
boz sifətimiz...
Yalan
Gedir gümanımız gündə
min yerə,
Yalanla "isinir"
qulaqlarımız.
Hər sözü bükürük
atlasa, zərə
Köklənir böhtanla maraqlarımız.
Kiminsə dilində yalan qazancdı,
Kiminsə əlləri bu "nəfə" çatmır.
Bu da solğun üzlü köhnə inancdı -
"Şərin atdığı
ox, hədəfə çatmır...".
Boğulur
tüstüdən saflıq "sobamız",
Doğru söz qınına çəkilir hələ.
İftira
yeliylə çökən
komamız,
Uçub üstümüzə tökülür
hələ.
Boğazdan
yuxarı sözlər ağ yalan,
Zəvzək təriflərin mənzili
uzaq.
Kirli əməllərdən hər
vaxt güc alan
İftira,
saflığı üşüdən
sazaq...
Zülmət
başımızın üstün alanda
Bir anlıq
meh kimi əsə
bilmirik.
Yalanlar cücərir hələ də qanda,
Biz onun kökünü
kəsə bilmirik.
Çatmır
mənzilinə söz köhlənimiz,
Hələ cır gövdələr,
budaqlar qısır.
Həqiqət gəzirik dar məhbəsdə biz,
Qanunsa, bayırda hələ qan qusur...
Böhtan
arxamızca sürünən kölgə,
Onun havasında
oynayan azmı?
Dünyamız iblisdən döl
tutub bəlkə,
Saflıq
ümmanımız hələ
dayazdı...
Düz
söz elə bil ki, çəkilib göyə,
Şərin yaxasından tuta bilmirik.
Yalanı
yeridən dilləri niyə,
Kökündən qazıyıb ata bilmirik?
Xoş
niyyət ürəkdə oddu-ocaqdı,
Yalanlar hardasa əlçatmaz yasaq.
Dünyamız qanına bələnəcəkdir,
Şərin "təkərini" dayandırmasaq.
Yazıram
Yolçusuyam
neçə yolun, küçənin,
Xoş halına hər yanımdan keçənin...
Dan ulduzu zülmət donlu gecənin
"Yuxusunu yoz" - deyəndə yazıram!
Sübh
şəfəqi bələdçisi yolların,
Şehli çəmən çırmalayar
"qolların".
Dəli
könlüm səssiz
keçən anların
"Sükutunu poz" - deyəndə yazıram!
Sevda yolu
nə axırdı, nə əzəl,
Xoş günlərə
uzalıdır neçə
əl.
Baxışları alov saçan bir gözəl
"Belə olur naz" - deyəndə yazıram!
Namərd
bir kəs tapdasa da bəxtimi,
Söz mülkündə
özüm qurdum
taxtımı.
Əbəs yerə itirmərəm
vaxtımı,
İlham
pərim "yaz"
- deyəndə yazıram!
İnsan
Bir az ağıllısan, bir az da dəli,
Sənin
xilaskarın Tanrının
əli!
Qocalıq urvatsız payız
xəzəli,
Cavanlıq yamyaşıl yarpaqdı,
insan!
Nəfsinlə
quranda özünə tələ,
Tapdanmış mənliyin ta düşməz ələ!
Ağlına gələni gətirmə
dilə,
Yalan lüt-üryandı, çılpaqdı,
insan!
Xoşbəxtsən,
abırın-ismətin varsa,
Öl qurtar, ən çirkin xislətin varsa!
Gec-tez üzə çıxar qismətin varsa,
Atılıb-düşməyin nahaqdı, insan!
Nə əcəldən
gizlən, nə gözdən yayın,
Bir gün sona çatır bil,
ömür payın.
İstər daxman olsun, istər sarayın,
Sonuncu
"mənzilin" torpaqdı,
insan!
Danışdım
Lal həsrətim
kəsilməyən giziltim,
Həyat məni bərkə çəkdi, üzüldüm.
Kirpiyimdən damla-damla süzüldüm,
Söz közərdi,
səs boğuldu -
danışdım.
Məna gəzdim
avazda da, səsdə də,
Dilə gəldim hərdən zildə-pəsdə də.
Bəzən əsdim bir kəlmənin üstə də,
Ürəyimə dərd yığıldı
- danışdım.
Tale baxmaz
nə ağıla, nə gücə,
Bəlkə alın yazısıymış
eləcə?
Dəli
könlüm havalandı
bu gecə,
Can sızladı, qəlb sıxıldı - danışdım.
Heç
bilmədim sular duru axdımı,
Ötən günlər dönüb geri baxdımı?
Əbəs yerə itirmədim
vaxtımı,
Bu da elə bir
nağıldı - danışdım...
Şeirimlə edirəm dualarımı...
Hər kəlməm, hər misram xeyir-duamdır,
Haqq sevən
insanam, bilənlər-bilir.
Çöhrəmdə nur saçan şeir -
duamdır,
Ruhumdan su kimi süzülüb
gəlir!
Dirilik diləyib
torpağa, suya
İşığı, havanı öyən adamam!
Kimlərsə çatanda kama-arzuya,
Tanrıya həmd olsun, -
deyən adamam!
Bəzən
şükr etmişəm yaman günə də,
Elə zənn
etməyin bir
parça daşam.
Təkcə özümə yox,
özgəsinə də
Yaxşı gün-güzəran arzulamışam...
Nəfsimə
ağalıq etmişəm hər an,
Süfrəmə dad verib halal qazancım.
Məddahı qabağa dartıb
aparan
Ucuz
"şan-şöhrətə" yoxdur inancım!
Mənim
dualarım yurd savaşımdır,
Vətən, bayraq eşqim hər şeydən öncə!
Şəhidlər ən əziz
can sirdaşımdır, -
Adları
yadımdan çıxmaz
ölüncə!..
Hər
misram tapdığım gizli xəzinə,
Kimsə ala bilməz əldən
varımı.
Səhərlər oyanıb azan səsinə,
Şeirimlə edirəm dualarımı!..
Mingəçevir
İsmayıl Mərcanlı İMANZADƏ
Ədəbiyyat qəzeti.- 2022.-
1 oktyabr.- S.26.