Özbəkistan Yazıçılar Birliyinin sədri,

Xalq şairi Siracəddin Səidə məktub

 

"Hörmətli Xalq şairi Siracəddin Səid!

Özbəkistanın Xalq şairi Camal Kamalın vəfatı xəbərini Azərbaycan alimləri yazıçıları dərin kədər hissi ilə qarşılayırlar. Xalq şairi Camal Kamal Özbəkistanda yeni epoxanın ədəbiyyatının qüdrətli yaradıcılarından biri idi.

Azərbaycan-özbək ədəbi əlaqələrinin inkişaf etdirilib möhkəmləndirilməsində Xalq şairi Camal Kamalın böyük xidmətləri vardır. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin ölməz "Xəmsə"sinin Camal Kamal tərəfindən özbək dilinə tərcümə olunması özbəkcə nəşr edilməsi xalqlarımız ölkələrimiz arasındakı əlaqələrin mühüm ədəbi-tarixi hadisəsidir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq şairi Camal Kamalın iştirakı ilə onun 80 illik yubileyini keçirməyimiz bu böyük sənətkara Azərbaycan xalqının böyük ehtiramının ifadəsi idi.

Özbəkistanın Xalq şairi Camal Kamalın dünyasını dəyişməsi bütün türk dünyası Azərbaycan elmi-ədəbi ictimayiyyəti üçün ağır itkidir.

Azərbaycanın elmi ictimaiyyəti adından başsağlığımızı qəbul etməyinizi xahiş edirəm.

Allah rəhmət eləsin".

 

Akademik İsa Həbibbəyli

 

Ədəbiyyat qəzeti.- 2022.- 1 oktyabr.- S.22.