Rəssam Fərhad Sadıxovun “Ruhistan”
kataloqunun təqdimatı keçirildi
Bu
yaxınlarda rəssam, astroloq, şair, Tibet və Yapon təbabət
üsullarına qismən yiyələnmiş, dünya
miqyasında yeganə “Ruhistan” adlı bilik, zəka və
kosmoqrafik rəsm əsərləri məkanı kimi yeni bir cərəyanın
əsasını qoymuş Fərhad Sadıxovun yeni rəsm
kataloqunun təqdimatı keçirildi.
Təqdimat ”Passage-1901” adlanan
ünvanda baş tutdu.
Əvvəlcə şahidlərimizin xatirəsi
bir dəqiqəlik sükutla yad edildi.
Gecəni açıq elan edən şairə və yazar Təranə
Məmməd rəssam
haqqında məlumat verərək onun əsərlərindəki əsas
məqamları diqqətə
çatdırdı.
“Ruhistan”ın təqdimatında
Azərbaycanın tanınmış
ziyalı, rəssam və şairləri - Bakı Slavyan Universitetinin professoru, filologiya elmləri doktoru Flora Nədci, AMEA-nın Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Mərziyyə Nəcəfova, fəlsəfə
elmləri doktoru, rəssam, kinorejissor Teymur Tağıyev, filologiya üzrə fəlsəfə doktoru Könül Hacıyeva, Azərbaycan Texniki Universitetinin müəllimi
Masud Rüstəmbəyov,
şair-publisist Rəfail
Tağızadə, “Mir literaturı”
qəzetinin baş redaktoru Elmar Şeyxzadə, rəssam Anar Yolçuyev, İçərişəhər arxitekturasının qorunub
saxlanılmasında fəal
iştirak edən tarixçi Elxan Məmmədov və b. iştirak etdilər.
Təqdimatda rəssamın rəsm əsərləri rolik vasitəsi ilə təqdim edildi, rəsm əsərləri
sərgiləndi.
“Ruhistanın”ın qeyri-adi
şəkildə təqdimi,
eləcə də rəssamın əsərlərindən
hazırlanmış maraqlı
Alov şou proqramlarının nümayişi
qonaqlar tərəfindən
çox maraqla qarşılandı.
Rəssamın ölkəmizi illərlə
dünyada təqdim etməsi vurğulandı.
Fərhad
Sadıxovun yaradıcı
özəllikləri və
haqqında yazılmış,
dünya dillərinə
tərcümə edilən
məqalələ haqqında
isə filologiya elmləri doktoru Mərziyyə Nəcəfova
məlumat verdi.
Yaradıcılığında ruh aləminə, paklığa, günəşə
və onun dünyaya yaydığı
mesajlara, simvolikaya geniş yer verən rəssamın əsərləri alqışlarla
seyr edildi.
Təqdimat müəllifin iştirakçılara
təşəkkürü ilə sona yetdi.
Ədəbiyyat qəzeti.- 2022.-
1 oktyabr.- S.22.