And
"Mən
xoşbəxtəm ki, ata vəsiyyətini yerinə
yetirmişəm".
İlham Əliyev
Kaş sənə
bənzəyəydi oğullar da hər zaman,
ürəklər bir-birinə belə məhrəm olaydı.
Nigaran
getməyəydi, atalar da dünyadan,
kaş
nə belə ayrılıq, nə belə qəm olaydı.
Dəyişəydi
yer üstə əsrimizin havası,
insan
bağ becərəydi, meyli gülə düşəydi.
Bir
Tanrı duasıdır, hər ananın laylası,
o da
kaş bu könüldən, o könülə düşəydi.
Yüz il ömür sürüblər, səs
çıxmayıb tək əldən,
təsadüf, ya bəlkə də xəlvəti bir qəsd olub.
İlahi
bir sirrimiş, deyirlər, bu, əzəldən, -
oğul
xoşbəxt olanda, ata da xoşbəxt olub.
"44
Gün"ə yazıldı "Dəmir yumruq"
dastanı,
milyonların andı var, onun hər varağında.
Yox, Nuhun
tufanı yox, qalxdı xalqın tufanı;
Azərbaycan deyilən Qarabağ torpağında.
Dedin ki, -
Gözəl Şuşa! Sən azadsan! - bu səsi,
bu
eşqi ürəyimdə mən də təkrar elədim.
Şuşa,
İlham,
Ərdoğan,
"Şuşa
müqaviləsi!",
"Bir
millət, iki dövlət", - deyənə rəhmət, -
dedim.
Onda "44 gün"ə
hələ qalırdı
"...işə
bax: İrəvanda mənə erməni millətçilər
hücum çəkirdi - Nəriman Nərimanovu təqdir
etdiyim üçün, Bakıda isə böyük şair Nəriman
Həsənzadə haqqında məqalə
yazdığımdan belə heyvərələrdən
qorxmalı idim... Əzizim Nəriman müəllim... Sara
xanımla, Nazimlə, Xatirəylə İrəvana gəldiniz,
tamaşaya baxdınız, şəhərin qədim Azərbaycan
abidələri önündə dayandınız, Sizi
Göyçə gölünəcən yola saldım,
çox söhbətlər etdik, hər şey dalğın,
lakin səmimi idi, yadınızdamı? Heyif,
itirdik, Nəriman müəllim, çox şey itirdik, ən
böyük müsibət torpaqlarımızın hələ
ki düşmən tapdağında qalmasıdır. İtirdiklərimizi qaytarmaq arzusuyla".
Hidayət
"Prometey"
jurnalı
1993
Məni
İrəvana dəvət elədin,
"Nəriman" pyesim oynanılırdı.
Sən
orda elə bir qeyrət elədin,
onlar,
səndən qorxub, səni danırdı.
Erməni
səhnəsi, doktor Nəriman,
salonda əl
gedir, demə tufandı!
- Bu torpaq
bizimdi, - deyir qəhrəman, -
İrəvan
-
özü də Azərbaycandı!
"Hidayət,
teatrın Baş direktoru,
gərək götürülsün vəzifəsindən...".
MK
katibinin buydu qərarı,
sən
yenə susmurdun,
dilində Vətən!
Onda,
İrəvanda bir cəbhədəydik,
qoya bilərdimmi
mən səni gözdən?
Onda -
sözümüzü biz orda dedik,
sən
o teatrdan,
mən
o səhnədən!
Səni
qorxuzmadı o kin, o hədə,
nə
qalxan tozanaq, nə əsən külək.
"Qardaş"
Respublika,
təkləyəndə də,
inamın
buydu ki, o gün gələcək.
Təqiblər,
təzyiqlər nəsibin oldu,
şerinə, sözünə irad tutdular.
Hidayət,
qoy deyim
onlar kim oldu? -
Vətən
torpağını minalayanlar!
Kimsə
qızışmışdı sənə qəsd
üçün,
nə
desən olardı, başqaydı zaman.
Bəlkə
sən aldığın hər nəfəs üçün,
onda
namaz üstə
dururmuş, Anan?!
Rusa,
Avropaya arxalanırdı,
onda erməninin
niyyəti nəydi?!
Onda,
"44 Gün"ə hələ qalırdı,
"Dəmir
yumruq"a da
Vaxt hamiləydi.
Yaşa, Mir Sədi ağa
Nərminə
xanıma
Elə həvəslə
gülür,
elə
uğunub gedir,
elə
bil dünyasını
dünyada qoyub gedir.
Gülə-gülə
danışır,
açıb-tökür nəyi var.
Deyirsən,
Allah, Allah,
nə
gözəl ürəyi var.
Necə
pakdı,
bu insan,
heç
çıxarmı yadımdan?
Seyid Mir Sədi
Ağa,
istəkli babasıydı,
Həyatı
-
namaz
üstə,
Tanrıya duasıydı.
Bir
mahalın içində,
bir dinin
dühasıydı.
Atası
Mir Məhəmməd,
dilində haqq-ədalət,
haqq
yolunda getdilər,
oddan-oda
getdilər.
Nə
vaxt -
ağlada
bildi,
nə zəmanə,
nə bir kəs.
Gözlərindən
oxunur, -
gülər, amma o dönməz.
O
gülüşlər - fikirdi,
sözdü, ya münasibət.
Deyir istədiyini,
təbiətdə - təbiət.
Başı
üstə yaradan,
dizinin
üstə "Quran".
Təbəssümü
- üzündə,
gülüşü dodağında.
Mir Sədi
əyilmədi,
güclərin qabağında.
Aləm
qalxdı ayağa,
o dəmdə
bir sinədə.
Babası
Mir Sədinin,
atası
- Məhəmmədin,
güldü əvəzinə də!
Yaşa,
Mir Sədi Ağa,
haqqın
var, yaşamağa.
Vətən
Akademik
Nizami Cəfərovun
"Azərbaycan
tarixşünaslığında
antiazərbaycançılıq" məqaləsini oxuyarkən
Arazın
o Tayı, bu Tayı Vətən!
Nə qədər
insafsız, nə qədər həris, -
beş
addım, on addım
bir məsafədən,
mənim
tariximi danır şərəfsiz.
Atropat - qəhrəman
bir oğul oldu,
o sevdi,
döyüşkən oğullarını.
Bariaks -
əyildi,
ona qul oldu,
İskəndər
sərt verdi son qərarını.
Onda da
düşmənlər atdı oxunu,
onda da
bizimki dəydi hədəfə.
İskəndər
-
neftin də
nə olduğunu,
Xəzər sahilində gördü ilk dəfə.
Tarixim
oyaqdı, torpağım oyaq,
əlbəyaxa olduq, xeyir-şər ilə.
İgid
Amazonka qızları o vaxt,
burda
görüşdülər,
İskəndər ilə.
Nəfəsi
istidir ana torpağın,
zaman
yorğunudur tanış yolların.
O Tayda
Şəhriyar,
bu Tayda
Vurğun,
yeni
tarixidir qədim diyarın.
Açın,
varaqlayın mənim sinəmi,
orda nəfəsi
var Kürün, Arazın.
Mənim
tariximi yazan qələmin,
şair,
mürəkkəbi heç qurumasın.
Məğlubedilməz
Daranın
sonuncu hərbi yürüşü!
Bir az əsəbiydi hakimi-mütləq.
Deyir:
gözləyirdim mən bu döyüşü,
mütləq,
İskəndərin sonudu, mütləq.
Yalanlar,
böhtanlar, gizli şayiələr,
hər
könül mülkünü yıxmaq istəyir.
Ağır
xəstələnir yolda İskəndər,
tələsik,
sağalıb qalxmaq istəyir.
Həkim!
- tələb edir yorğun baxışlar,
Həkim!
- tələb edir İskəndər
özü.
Yanır od ürəklər, düşünən
başlar, -
gözlərdən oxunur,
ölüm qorxusu.
Bu dəm
məktub gəlir Parmeniondan[1],
bir
sükut çökmüşdü araya artıq.
"Deyin,
ehtiyatlı olsun çar ondan,
həkim
satılıbdı
Daraya,
artıq!".
Həkimin
heç şeydən yoxdu xəbəri,
həkim
- bir nizəyə, bir oxa bənddi.
Hələ
yoxlayırdı o, İskəndəri,
taleyi -
bir sözə:
"Hə!",
"Yox!"a bənddi.
Məktub
İskəndərin bir əlindədir,
birində - həkimin verdiyi dərman.
İskəndər
-
məktubu həkimə verir,
dərmanı - qaldırıb içir, bu zaman.
Bir səs
haray çəkib içmə, - deyirdi,
içindən gəlirdi o İlahi səs.
İçdi
- İskəndəri məğlub elədi,
gördülər -
İskəndər
məğlubedilməz!
"Yer fırlanır"
Riyaziyyatçı
alim Əli Yaqubova
Bir haqq
sözün üstə getdi dahilər,
dediyini,
bir də dedi dahilər.
Kilsələrin
qəzəbinə gəldilər,
tonqallara
odlu sinə gərdilər.
Qədim
İtaliyada tarixi bir şəxs, -
Cordano
Bruno bir də yetişməz!
- Yer
Günəşin ətrafına fırlanır -
dedilər ki, həqiqəti o danır.
Dön! -
dedilər,
o
dönmədi geriyə.
Zaman,
düzü qurban verdi əyriyə.
Məzarına
gül qoyurlar təzə-tər,
"Yer fırlanır!" - deyə-deyə,
nəsillər.
Bir səs dəvət edir
Pedaqoji institutu bitirib Gəncədən Bakıya gəlmişdim. Nigar
xanımgilə getdim. Gəncədən
tanıyırdım. Yeni
yazdığım "Biz bir ildə doğulduq" adlı
poemamı oxudum. Rəsul müəllim stolun üstədəki
qələmi götürüb, əsərin üz vərəqinə
belə yazdı: ""Ədəbiyyat qəzeti"nin Baş redaktoruna – çapını təkidlə
xahiş edirəm. Rəsul Rza". Və iri bir
qol çəkdi. 1953-cü il idi.
Müəllif
Poema
yazmışdım, ilk şah əsərim,
ürəyim - qapalı söz dünyasıydı.
Mənim
- şairliyə ilk zəmanətim, -
sözümü,
söz
sayan,
söz
dühasıydı.
Elə
dolmuşdum ki, dinmək istədim,
hörmət-izzət gördüm orda, haqq
üçün.
Gəncədən
gəlmişdim,
dönmək istədim,
gedib
ürəyimi boşaltmaq üçün.
Gəncə
filialı... orda böyüdük,
pakıydıq,
nə qədər
ürəyiaçıq!
Bakıda
şeirimiz çıxanda tək-tük,
ya
ayda-ildə bir, ya da yarımçıq.
İmzamız
gedərdi, o da birtəhər,
altdan
verərdilər, ya şeirin üstən.
(Onda,
53-də
hardaydın, Azər[2],
sənə göndərəydik, şeiri Gəncədən!).
İndi nələr deyir, o günlər, aylar?
Bir səs dəvət edir məni o evə.
İlk
addım atmağa risk elədiyim,
o Ana
eşq olsun,
o "təsadüfə!".
Bir səs dəvət edir məni o evə.
Pandemiya
İnsandan-insanlıq
istəyirdilər,
maskalı insanı pisləyirdilər.
Bizdən cəmiyyətin tələbi nəydi?
Çox
şey deyirdilər,
hələ bu, nəydi?
Dünyada
dəhşətli bir gün olubdu,
hər
həs öz evinə sürgün olubdu.
Hədəf
olduğunu unutma, yan keç!
Asqırma,
öskürmə,
əl
tutma, yan keç!
Övladın
yanında, övladdan kənar!
Yoxsa virus tutar, virus aparar.
Çaşıb
həkimlərin fikri, zəkası,
bizi hədələyir
ölüm havası.
Şayiələr
aldadır bəşəriyyəti,
deyirlər, uzundu hələ müddəti.
Bir də
inanan var, inanmayan var,
ölən var,
qorxan
var,
lağa
qoyan var.
İnsan!
Bəzəyirdi o yer üzünü,
özündən qoruyur indi özünü.
Bizi sən
yaratdın, sən tanı, Tanrım!
İnsana
tapşırma insanı, Tanrım!
Gizli imtahan
Allahım!
Əqrəblər
nə
yaman gedir,
gözüm baxa-baxa,
bir zaman
gedir.
Bizi
görüşdürür,
bizi
ayırır,
dünyada,
gizli bir
imtahan gedir.
Cənublu dostum
Arif Mehmandusta
Burda bir
anan var, orda bir anan,
sənə rəhm eləyib səni Yaradan.
Sən
qoyub onları çıxma aradan,
xoşbəxt doğulubsan, ayıq ol, Arif.
Kaş mən
də bircə yol ana deyəydim,
sirrimi,
dərdimi ona deyəydim.
Göllər
sonasına sona deyəydim,
sən
o sonalara layiq ol, Arif.
Demə,
Bakı burda, Tehran uzaqdı,
orda,
Tehrandakı anan uzaqdı.
Kim deyir ki, canıyanan uzaqdı?
Analar sağ olsun, sən sağ ol, Arif.
Səfirin taleyi
Tehranda,
çarın səfiri,
şairi,
mütəfəkkiri,
sayılıb-seçilən insan,
Paskeviçə
yaxın olan,
Saraydan
arxayın olan,
erməninin arxasıydı,
sözünün də ağasıydı.
Köçürəndə
bu hayları,
qətiydi onun qərarı:
Rusiyaya
yox, Qafqaza! -
iki kəlmə:
aydın, qısa.
Zehni
itiydi səfirin,
eşitmiş olardı yəqin:
haraya
ki, gedib çıxır,
ermənilər sahib çıxır.
Yüz il yaşayanı danır,
dünyada-dünyanı danır.
Bütöv
sözü, mərd adəti,
ya bir
kişi xasiyyəti
görmədik ki, biz dil tapaq,
təndirinə kündə yapaq.
Deyirlər
ki, şair sonra,
bir məktub
göndərir çara.
Erməninin
xasiyyəti,
nədir,
yazır
o xəlvəti.
Millət kimi nəçidilər?
Şahdılar, pinəçidilər?
Söküləni tikəndilər?
Tikiləni sökəndilər?
Etibar etmək olarmı?
Heç
o dildə, o söz varmı?..
Verir bu cür qiymətini.
O məktubun
surətini,
kaş
bizə də göndərəydi,
biləydik, dərdimiz nəydi?!
Biz də
bunca sıxılmazdıq,
"Kirvə!"
deyib yığılmazdıq,
süfrəmizin qırağına,
heç
çıxmazdıq qabağına!
Demokratik
Respublikam!
Yüz il keçir...
mən
borcluyam,
şəhid gedən oğullara,
qan
çiləndi o yollara.
Gələnlər
arxalıydılar,
səndən, məndən halıydılar.
Qarışqa
sürüsüydülər,
üz
görmədik, üzdüydülər.
Axırda
bu ermənilər,
səfiri
bada verdilər.
Qaraguruh
qisas aldı,
gedən-getdi, qalan-qaldı.
Yenə həmən "Ayır-buyur!"
nə
acdı,
nə
gözü doyur.
"Lambada"
O da bir
xarici rəqs nəğməsiydi,
dindimi,
düşürdü sümüyümüzə.
Eşqin,
məhəbbətin bir töhfəsiydi,
işıq paylayırdı,
hər
gülən üzrə.
Cavanlar
meydanda qanadlanırdı,
- Əbədi
bir sevda əyyamı gəlsin!
- Qəm
varmı dünyada?
Gənclər
danırdı,
"Lambada" qoymurdu, o qəmi gəlsin.
Səs-səsə
arxaydı, oyun-oyuna,
yer
göyə yayırdı od nəfəsini.
Əl-ələ,
qol-qola, boyun-boyuna,
gənclər,
oyadırdı Yer kürəsini.
Yerdə
müharibə təhlükəsiydi,
nüvə silahıydı yenə hallanan.
"Lambada"
gənclərin üsyan səsiydi,
o səs
"Yox!" deyirdi,
nə
ölüm, nə qan!
Mərkəzi
qəzetlər çox lağa qoydu,
susdu
Moskvada o vaxtkı gənclər.
Onda,
"Lambada"ya
qadağa qoydu,
dünyanı nüvəylə hədələyənlər.
İmkan
nə qədər ki, hələ sizindi,
əsən küləklərə qoşulun, əsin.
Oxuyun,
oynayın, gülün, siz indi,
dünya
-
gülüşünü qoy itirməsin.
Ürəkdən-ürəyə yol
Qənirə
xanıma hörmət, ehtiram!
Onundu şairin xeyir-duası.
O
qızı Tovuzdan mən tanıyıram,
Ələsgər
kişinin,
deputat
qızı!
Səni
sevindirdi
ilk Ulu
Öndər,
yandı,
alovlandı bir qəlbin odu.
Durur, ilk
aldığı müsahibələr,
verdiyi hər
sual,
bir pillə
oldu.
Deputat həmkarı
Nizami deyir, -
tanıyır, sevirlər onu səsindən.
Dünyaya
təzədən baxmaq istəyir,
deputat
gözünün
pəncərəsindən.
Bəzən
sərt göründü, bəzən mülayim,
özü - aydınımdı,
sözü - çəkilim.
Onu,
İstanbulda görəndə, bildim
türkün arxasıdı,
"Sayın vəkilim!"
Yolu -
Balkanlardan, Anadoluya,
ordan,
türk dünyası...
yollar, o
yollar!
Mənim
doğulduğum Vağzal Poyluya,
bir
gün yolu düşsə, toy-bayram olar.
Millət
elçisidi - sevir, sevilir,
o bir
"Can" deyirsə, cana-can keçir.
Kürsüdən-kürsüyə
qalxanda, bilir, -
ürəkdən-ürəyə,
yol ordan
keçir.
O,
görüşə nə gecikdi, nə susdu,
dilində hər sözün duzu, ləngəri.
Şerimizə-sözümüzə,
nüfuzdu, -
şerinin, sözünün
sinədəftəri.
Toqquşan
şimşəklər - Tovuzda bir vaxt,
gözünün ağında, qarasındaydı.
Əsgər
paltarını geydi deputat, -
şəhid gedənlərin,
sırasındaydı.
Vətən
havasıdır, onun nəfəsi,
bu da
haqqın ona bir töhfəsidi.
Şəhid
anaları - anaəvəzi,
qazilər -
qardaşı, ya əmisidi.
Əkbər
Qoşalıdan[3] xahiş, iltimas, -
sözüm, istəyirəm qalmasın, deyim.
məni
deputatın qəbuluna yaz.
o
qıza
qoy mən
də Uğur diləyim.
Şairlə görüş
"Puşkin Qafqaza məxsusdur".
Potto
"Basılmaz
ordudu", "kəskin bir silah", -
"sünnü"lər,
"şiyə"lər güclü bir ovsun.
Elə eləyin
ki, bu gün, ya sabah,
İstanbul - türkün yox, qoy bizim olsun.
Çarın
nəsillərə vəsiyyətiydi,
çarın vəsiyyəti, hökmü qətiydi.
Onu
çaşdırırdı İslam hümməti,
tilsimi
güclüydü açdığı falın.
Nəydi,
o bilirdi -
son aqibəti,
açarı əllərdə itən qıfılın.
Vəsiyyət
- insani bir keyfiyyətdi,
həyata
çağırır bəzən bir nəfəs.
Əslində,
sonuncu
bir ünsiyyətdi,
sonuncu
bir nida, sonuncu bir səs!
Elə
ki, bir insan bədniyyət olur,
elə
ki, xeyir yox, daim şər deyir.
Onun da
qazancı bir lənət olur,
bunu mən
demirəm,
deyənlər deyir.
Ruslar
şimşək kimi yerdə çaxdılar,
ələndi göylərin odu, közü də.
Bir
gün İstanbula gəlib çatdılar,
Paskeviç,
Beybulat,
Puşkin özü də.
Qorudu qəlbində
Allah eşqini,
ilahi səsiydi
o, səngərdə də.
Tanıdı
səngərdə bir türk, Puşkini,
qılınc bağışladı,
bir sərkərdə
də.
O dedi:
dünyanın nədir bu sirri,
özü şahid olsun gərək bu yerlər.
Biz -
rütbə əsiri,
biz -
çin əsiri,
Allah elçisidi, yalnız şairlər.
Şirvan
atlıları rus cəbhəsində,
Puşkin istəyirdi bir nəğmə yazsın.
Cənab
Paskeviç də öz növbəsində,
deyirdi:
bu
görüş sonraya qalsın!
Görüşə
bilmədi şair o zaman,
hərlədi yollarda bir əl, Puşkini.
Bakıda
görüşdük, yüz il sonradan,
zaman
alqışladı
heykəl
Puşkini.
Babam Şeyx!
Balam Şeyx!
Balaca Həmzə
Nigari! -
şeyximiz gəldi dünyaya.
O səs-ünlü
köçdü-getdi,
bu səssiz
gəldi dünyaya.
O
Şeyxin tacı-türbəsi,
Amasya torpağındadı.
Bu
şeyxin ipək beşiyi,
Xəzərin qırağındadı.
O
Şeyxin haq kəlamını,
deyib,
Haqqı səsləyirlər.
Bu
şeyxin də üz-gözündən,
öpə-öpə bəsləyirlər.
O
Şeyxim bir abidədir,
öz
müdəqqəs ocağında.
Bu
şeyxim gül dəstəsidi,
bir
ananın qucağında.
O
Şeyxin bir dünəni var, -
bizim
İslam tariximiz.
Bu
şeyxin də sabahı var, -
ümid,
inam tariximiz.
Salam,
Şeyx!
Babam
Şeyx!
balam
şeyx!
Gənclik nəğməsi
Sən mənim
Tanrı payımsan,
yaxşılar, pislər içində.
Seçilir
bir gülər üzün,
yüz
gülər üzlər içindən.
Sən təksən, xəbərin varmı?
Yerdə sənin yerin varmı?
Sinəmdə
axtar, olarmı,
izini izlər
içindən.
Seç,
desələr mənə hərdən,
gözüyumlu seçərəm mən, -
gözünü gözlər içindən,
özünü qızlar içindən.
Yol gözləyən vaxtıdı
Yaş
artdıqca, dünya mənə döz deyir,
sazın-sözün kökdən düşən
vaxtıdı.
Bəlkə
dünya nə deyirsə, düz deyir,
doğmaların özgələşən vaxtıdı.
Hanı mənə
"Can şairim!" deyən səs?
Yerin-göyün nəfəsiydi o nəfəs.
Dağı
qalxma, yamaclarda dolan, gəz,
dağların da, duman, ya çən vaxtıdı.
Deyin,
töksün ətəyindən daşını,
Nərimanın tökməsin göz yaşını.
Qoy
şairə - çox görməsin yaşını,
hələ onun yol gözləyən vaxtıdı.
[1]
Parmenion - İskəndərin sevimli sərkərdələrindən
biri.
[2] Azər
Turan - "Ədəbiyyat qəzeti"nin
Baş redaktoru
[3]
Əkbər Qoşalı - Milli Məclisin Mədəniyyət
Komitəsinin eksperti
Nəriman HƏSƏNZADƏ
Ədəbiyyat qəzeti.- 2022.- 1 oktyabr.- S.12-13.