Aqşin Yeniseyin “Vətənpərvərlik
və dünyəvilik
mövzusunda sərbəst çıxış”
adlı məruzəsi
dinlənilib
6
oktyabr 2022-ci ildə Bakı Ekspo Mərkəzində
keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisinin
Xurşidbanu Natəvan təqdimat zonasında
yazıçı, şair, publisist, sərgidə fəxri
yazar qismində iştirak edən Aqşin Yeniseyin “Vətənpərvərlik
və dünyəvilik mövzusunda sərbəst
çıxış” adlı məruzəsi dinlənilib.
Aqşin Yenisey
çıxışında ədəbiyyatın
yaradıcılıq problemləri ilə bağlı bir sıra məqamlara toxunub.
Tarixilik və bəşərilik məsələləri,
dünya ədəbiyyatında bunun işlənmə rakursları, prioritet mövzular ətrafında
fikir mübadiləsi edib.
“Tarixə baxanda millilik
və bəşərilik mövzusu
müxtəlif dövrlərdə formasını dəyişə-dəyişə
bu günümüzə qədər gəlib
çatmışdır. Makedoniyalı İsgəndər
dünyanı ellinizm mədəniyyəti
ətrafında birləşdirmək istəyirdi və düşünürdü ki,
bu mədəniyyəti dünyaya
yaymaqla dünya
insanının ətrafında daha
xoşbəxt dünya qura
bilər”, – deyən Aqşin Yenisey qloballaşma məsələsinə
də münasibət bildirib. Qloballaşmanın dünyanı
düşündürən ən aktual problem olaraq
qaldığını nəzərə çatdıran
yazıçı ona qarşı
mübarizə yolları üzərində təkliflərini
səsləndirib, xalqın milli simasının
qorunmasında bəzi praktik işlər həyata
keçirilməsinin labüdlüyünü
nəzərə çatdırıb: “Dünyadakı bütün qloballaşma
cəhdləri dünyanın daha çox millətlərə və dövlətlərə
parçalanması ilə nəticələnir. Dünya heç vaxt bu gerçəklik ilə
üz-üzə qalmır. Əksinə bu
ideyalar, utopik cəhdlər
gücləndikcə insanlar daha çox milli sərhədlərinə
sığınmağa cəhd göstərirlər. Bu gün
də eyni proses baş verir. Lakin indiki qloballaşma
prosesinin əvvəlkindən
bir fərqi var. Qloballaşmağa cəhd
göstərən dünya
gücləri sadəcə
“qlobal bazar”ı yaratmaq istəyirlər”.
Daha sonra Aqşin Yenisey hər bir xalqın milli özünəməxsusluğunun
qorunmasının vacibliyi
məsələsinə toxunaraq
bunları vurğulayıb:
“Mən düşünürəm
ki, biz bəşəri
dəyərləri itirməmək
şərti ilə öz milli kimliyimizi
unutmamalıyıq. Çünki onun bizə yaşatdığı çox
yüksək keyfiyyətlər
var”.
Tədbirin sonunda oxucuların sualları cavablandırılıb.
Ədəbiyyat qəzeti.- 2022.-
8 oktyabr.- S.3.