Uşaq ədəbiyyatında Zəfər
diskursu
mövzusunda müzakirə keçirildi
Oktyabrın
5-də Bakı Ekspo Mərkəzində keçirilən
Bakı Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində
Uşaq ədəbiyyatında Zəfər diskursu
mövzusunda müzakirə və Zəfərə həsr
olunmuş uşaq kitablarının təqdimatı baş
tutdu.
Təqdimatda müzakirənin moderatoru
filologiya elmlər doktoru, AMEA Nizami Gəncəvi adına Uşaq ədəbiyyatı
şöbəsinin müdiri
Elnarə Akimova, uşaq yazarları Zahid Xəlil, Sevinc Nuruqızı, Qəşəm İsabəyli,
qonaq və oxucular iştirak edirdilər. Elnarə Akimova çıxışında
13 ildir keçirilən
Beynəlxalq Kitab Sərgisinin son iki ildə uşaq ədəbiyyatına hədsiz
dəyər verməsindən,
yer ayırmasından bəhs etdi: Bu çox mühüm amildir. Uşaq ədəbiyyatına həssaslıq və diqqət sabahımız, sağlam gələcəyimiz
naminə atılmış
addımdır. Ötən
il Türkiyədən
təşrif buyuran uşaq yazarları ilə müştərək
tədbir keçirmişdik.
Melikə Günyüzü həmin tədbirdə tanıdıq, daha da yaxınlaşdıq, bu günədək ədəbi əlaqələrimiz
var. Bu dəfə isə
Zəfər mövzusunu
müzakirə etməyi
qərara aldıq.
Çünki bu ilki sərgi Şuşa ili çərçivəsində
reallaşır. Şuşanın 270 illiyidir, həmçinin iki ildir düşmən
tapdağından azad olunub. Uşaq ədəbiyyatında bu mövzuda müəyyən kitablar, mətnlər meydana qoyulmaqdadır. Bura dəvət
olunan uşaq yazarlarının hər üçü otuz ilə yaxın bir dönəmdə Qarabağ, Şuşa mövzusuna həssas yanaşan, yaradıcılığında
mövzunu daim aktual saxlayan ziyalılardır.
Daha sonra söz uşaq yazarlarına verildi. Zahid Xəlil əvvəlcə
sərginin əhəmiyyətindən
danışdı, Zəfər
tariximizi bədii təcəssüm predmetinə
çevirən Dəmir
yumruq əsərinin ərsəyə gəlməsindən
bəhs etdi, yeni əsər üzərində işlədiyini,
tezliklə uşaqların
görüşünə bu
əsərlə gələcəyini
bildirdi.
Sevinc Nuruqızı yeni çap olunan iki kitabını Pıçıltı və
Zəfər nəğməsi
Şuşa kitablarının
mövzu, məzmun özəlliklərinə toxundu,
bu kitabları hansı böyük şövq, eyni zamanda ağrı, gərginlik içində
meydana qoyduğunu bildirdi: Şuşa azad olunan kimi
mənə nəşriyyatdan
zəng elədilər.
Dedilər ki, Sevinc xanım, Şuşa ilə
bağlı kitabı
sizdən gözləyirik.
Zəfər nəşməsi
Şuşa kitabı
mənim uzun illər boyu, Şuşa işğal
olunandan bəri günbəgün yaşadığım
ağrıların, əzabların
sonucunda ərsəyə
gələn əsərdir.
Pıçıltı isə Gəncə terroruna həsr olunub. Uşaqların, kuklaların dili
ilə müharibələrə,
terrora yox nidası var burda.
Qəşəm İsabəyli yeni
çap olunan Seçilmiş əsərlərinin
birinci cildi haqqında danışdı.
Orada yer alan Qarabağa, Şuşaya aid mətnlərə
diqqət yönəltdi, kitabda
yer alan bəzi şeirlərini qonaqlar üçün səsləndirdi və bildirdi ki, mən
uşaqların gözü
ilə müharibə
ağrılarını, onların
savaşda çəkdikləri
zülmü həmişə
yazmağa çalışmışam,
indi isə Zəfər mövzusu artıq önə keçib və bu günü görmək yazıçıya
böyük fəxr duyğusu yaşadır.
Tədbirdə iştirak edən
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının
direktoru Şəhla Qəmbərli bildirdi ki, tezliklə kitabxanada bu mövzuda ardıcıl tədbirlərə start veriləcək.
Burda sözü keçən kitabların hər birinin təqdimatı keçiriləcək. Çünki bu bizim tariximizdir,
onun ən işıqlı dönəminin
əksidir. Uşaqlara bu
tarixi öyrətməyə,
onun ehtiva olunduğu dəyərli mətnləri tanıtmağa
böyük ehtiyac
var.
Sonda Elnarə
Akimova bildirdi ki, uşaq ədəbiyyatında
bir çox problemlər var və bu təbii
ki, ayrı bir tədbirin müzakirə mövzusudur. Çap olunma
azadlığı sayəsində
bəzi nəşriyyatların
kommersiya maraqlarına
xidmət etdiyini, məzmun və ifadə kasadlığı
olan kitablar da çap etdiyinin
şahidi oluruq. İndiki nəşriyyat çoxluğu,
mənfəət maraqlarının
önə keçdiyi
dönəmdə buna
qarşı mübarizə
bəzən təsirsiz
qalır. Ona görə
ən böyük müdafiə və mübarizə üsulu yaxşı əsərləri
önə çıxarıb
təqdir etmək, poetikasını incələmək,
sənətkarlıq xüsusiyyətlərini
meydana qoymaq və onlara layiq olduğu dəyəri verməkdir.
Bugünkü tədbir də
bu amala xidmət edir.
Ədəbiyyat qəzeti.- 2022.- 8 oktyabr.- S.7.