Danışan və susan detallar
1
Bədii
mətn kontekstində
janrlararası əlaqələr
bəzən "təxmis"
modusunda gerçəkləşir,
elə bir bucaq altında ki, havasına qurub-qoşduğun mətn
onu hər bir pasajda yada
salır və yaddan çıxarır, bu ikili dinamika
romandan hekayəyə
dönüşün perspektivlərini
oyadır. Nəticədə
roman kiçilmir, əksinə
hekayə öz "kiçik" boy-buxunuyla daha böyük ərazini kapsamağa can atır. Uzun, böyük mətnlərdə
zamanla "kiçilmək"
arzusu, içindəki
sirləri ətrafa toxum kimi səpmək,
hamını çaşdırmaq
gücü hər dəfə maneələrlə
qarşılaşır. Demək, janrlararası transformasiya güc, enerji, inormasiya (kommunikasiya) mübadiləsinin arasıkəsilmədən
getməsi, davam etməsi anlamına gəlir. S.Vaymanın da vurğuladığı
kimi, bütün bunları layiqincə dəyərləndirmək üçün
bir anlığa tədqiqat obyektindən ayrılmalıyıq.
Həcmcə kiçik janr böyük mətləbləri,
romandakı eniş-yoxuşları
bir nöqtənin içinə sığışdırmağa
məcburdur, ancaq bu məcburiyyət hardasa, yəni təhkiyənin bir məqamında var gücüylə böyük
və həcmli mətndən ayrılır,
janrlarası əlaqə
sürətlə min bir
çalarlı kontrastlara
çevrilir, hekayənin
roman kimi oxunmaq perspektivi aradan qalxdıqdan sonra ikisinin sərhədindəki
mətləblər başqalaşır,
yeni, orijinal mətləblərin son dərəcə
orijinal bucaq altında "sınmasına"
ehtiyac yaranır. Bu mənada hekayədə gedilən yol, romanda qət edilən yoldan çox-çox uzun və təbəddülatlıdır...
"Beşmərtəbəli binanın birinci mərtəbəsi" hekayəsində
mətndənkənar əlaqələr
buna görə böyük önəm daşıyır; hekayə
hər bir pasajı ilə həm Anarın romanına istinad edir, həm də ondan ayrılıb
mətndən kənardakı
olaylara "sarmaşır",
romandakı mətləbləri
həmin olaylarla yoxlayır, bundan anidən əl çəkib romandakı sabit işarələri, semiotik vahidləri hardan baxsaq da
görünəcək boşluqlara
çevrilir. Bu mənada
kiçik janrlarda cəmiyyət həyatındakı,
insan-cəmiyyət münasibətlərindəki
boşluqları nişan vermək gücü daha möhtəşəmdir. Bu məqam romandakı eşqin - sevginin bitdiyi və öldüyü məqamdır.
Sözün bitdiyi yerdir.
Və söz həmin məqama yetişəndə
bütün gücü
ilə özünü
büruzə verir, içindəki enerjini tam
şəkildə ifadə
etməyə çalışır.
Həm də gücsüz qalır, tükənir, hər şey yaddan çıxır, zülmət
işığı qurd
kimi parçalayır.
Həyat
dözülməz dərdlərlə
aşıb-daşır, xilas
yolu yoxdur.
Hansı
əsərəsə "təxmis",
onun motiv və mətləblərindən
istifadə edib konkret olaraq hekayə biçimində
bədii mətn yaratmaq kontekstində yeganə yol orijinal olmaq və sitat, nümunə kimi götürülən mətni
ötüb keçməkdir,
bunun məxsusi mənası odur ki,
yanaşı gələn
mətni ötmək,
arxada buraxmaq heç zaman bitib-tükənməyəcək paradiqma yaradır, bunun sayəsində hər iki əsəri ovcunun içinə alan böyük bir ərazi yaranır, bu ərazi böyüdükcə
orijinal mətn yaratmaq fürsəti daraldıqca daralır. Həmin ərazi ilkin yaradılan əsərin ("Beşmərtəbənin
altıncı mərtəbəsi")
yaratdığı sualların,
işarələrlə xəfif
şəkildə çatdırdığı
mesaj-sirlərin haçansa
cavablanacağı anlamına
gəlmir, romanın bədii mətləbindən
və min bir sualından "yaranmış"
hekayədə
şaxələnmə baş verir və deməli, bu iki əsərlə
tikilən binanın yeri təkcə inşa edildiyi məkan deyil.
2
İlham
Əzizin "Beşmərtəbəli
binanın birinci mərtəbəsi" hekayəsində
bir neçə maraqlı detal var. Bu detallar hekayədəki əhvalı, personajlar və onları bizə göstərən
mühiti belə demək olarsa, həm açır, izah edir, həm
də suallar yaradır (yəni həmin mühiti qəsdən "unutdurur").
Bu suallara hərə
bir cürə cavab verə bilər. Bizim seçdiyimiz birinci
detal personajın bu yaşa qədər
formalaşan xarakterini
göstərir. (Baxın:
Çayı stolun üstünə zərblə
elə qoydu, çay ləpələnib
sıçradı qənddana.
Feyzi əriyən qəndi qapıb ağzına atdı - yəni müəllif usta fotoqraf kimi
bəlkə hamıdan
gizli belə bir anı görüb
onu dərhal lentin yaddaşına köçürür - təsadüf
metafizikası...). Artıq
bu detalın "yardımçı elementləri"
(on dörd il
sərasər geyindiyi
ayaqqabı, adi şalvarın biabırcasına
işıldaması və
cins geyinmək arzusu - bu şalvarda
təzəlik/köhnəlik
bilinmir, günün altında elə parıldayır ki, Feyzi cəld kölgəliyə çəkilir
- gizlənməyə yer
axtarır...) də həm Feyzi kişinin xarakter və xasiyyətini, həm də ətraf mühitin mənzərəsini təqdim
edir. Amma Feyzi kimi adamlar
bu mühitdə az deyil,
həddən artıq
çoxdur, bir anlığa düşünürsən
ki, onların gizlənməsi üçün
şəhərdə kölgəlik
yerlər azlıq edər. Yaxud qaz pulunu yığdığı
zaman "çaq-çuk"
havası olmayanda az qalır
qapısını döydüyü
müştəriyə yalvarsın,
sosial vəziyyəti bərbad olan insanlar nə gündə, nə kölgədə görünürlər.
Onlar yalnız hekayə mətnlərində
diri və canlıdırlar, nəfəs
alırlar, bədii mətləbin alt qatdakı
laylarını nişan verirlər.
Mühitin hisi-pası, insanların ürəyində yuva qurmuş və çəkilməsi zülm
olan ah... daha çox şadlıqlarda,
içki məclislərində
görünür, necə
deyərlər, işıqlar
sönən kimi yenə yuvaya dönür. İşıq məsələsi (detalı) Feyzinin qızını gözləyən
Zaurun ürək döyüntülərində də
yanıb-sönür. (Gərək qaranlıqdan işığa baxmazdım,
o tərəfdə dayanıb
gözləsəydim qız
da ölməzdi... Və qaranlıqla işığın heç
zaman birləşmədiyi
nöqtədə qışqırır...).
Qız uşağı
bəlkə də atasının qəlbindən
oxunur. Feyzi qapını açıb
evə daxil olan kimi balasının
otağı dolduran ətrindən, xoş rayihəsindən bütün
dərdlərini unudur.
Qız sınıq telefonunu Feyziyə göstərəndə
bir anlığa gözünün üstünə
tökülən saçlarını
əli ilə darayır. Hekayənin
sonuna diqqət edək: "...Başının
zoğalı qanı sabun köpüyünə
qarışmış, saçları
həmişəki kimi
gözlərini örtmüşdü.
Mətbəxdə qəhvədan fit verib
haray çəkirdi.
Ölüm təkər oğrusu kimi pünhan gəlmişdi, Feyzinin ürəyini söküb
aparmışdı.
Şəlalə balasını qucaqlayıb
bağrına basdı. Sənubər
hardansa ağ
mələfə gətirib
Gülşənin üstünü
örtdü. Rafiq arxadan Feyzini
qucaqladı... İç vurub ağladı... Ağlaya-ağlaya
təkər oğrusunu bağışladı.
Feyzi astadan əlini uzadıb
qızın yaş saçlarını gözünün
üstündən çəkdi". Bu oxu məhşərə qədər
uzanır, bitmir...
Hekayənin əvvəlində gələn
bu detallar (çayın
sıçradığı qənd parçası, yaş
saçlar...) çox güclüdür, amma digər detal və
ştrixlər onun təsir gücü və
dinamikasının içindədirlər. Mətndə pərdə
arxasında bir nəsnə dayanır: ürək ağrısı. Feyziylə arvadı
yaşayışın ağırlığı altında əziliblər.
Onların toyda rəqsi və dayanacaqda fərqli cəhətlərə
baxması... Feyzinin dostu, simsarı Rafiqin səxavəti,
arvadının deyingənliyi. Fikrimizcə,
"təkərin oğurlanması" detalı mətnin
sonu ilə bağlansa da (hər halda assosiativ planda-!), baş
verən hadisəni o qədər də möhkəm
(Sözün bitdiyi yer....) qaynaq etmir, bunu düşünmək
lazımdır.
Beşmərtəbəli binanın birinci mərtəbəsində bir otaqdan ikiyə
düzəldilmiş mənzilin pəncərəsindən
çölə nə vaxt baxsan, elə bilərsən
payızdı; hava yağmurludu, gün işıldamır,
düzü-dünyada başqa fəsil yoxdu, heç
olmayıb da.
Bu, hekayənin birinci cümləsidir, bədii mətləbi
anlatmaq baxımından müəyyən nəzər nöqtəsi
formalaşdıran ekspozisiya hissəsidir. Birinci mərtəbə
göylərlə əlləşmir (göyləri dəlmir),
əksinə yerin düz səthi, həyatın dibidir.
Bu yolla hekayənin hər bir cümləsini semantik təhlildən
keçirib onun əksi olan romanla, ordakı bir az
romantik, bir az da sürrealist ovqatla qarşıdurma yarada bilərik,
ancaq zənnimizcə, buna ehtiyac yoxdur. Bu mətndə
Füzuli qəzəllərinə, Vaqif müxəmməslərinə
də ehtiyac yoxdu, çünki həyatın bu layı
bütün dünya və yuxarıda da dərddən qat-qat kəsilmiş
aləmlə əlaqəyə malik deyildir. Birinci mərtəbədəki
mənzilin pəncərələrindən baxdıqda
bütün fəsillər eynidir: payız, yağmur
ovqatı, indicə yağış yağacaq, hava bulanacaq və
bir daha düzəlməyəcək. Yəni
başqa bir dünya ilə bu aləmin fərqi havanın da,
iqlimin də, elə həyatın, ömrün də bu
payız ovqatından qurtula bilmək şansının
olmamasıdır. Necə deyərlər,
bu öz yerində. Əsas məsələ
müəllifin bu ovqat və "dibsizliyi" necə verməsi,
hansı üsullarla ifadə etməsi və bütün
bunların kompozisiya hissəsində necə görünməsidir.
Hekayədə yuxarıda cızmaq istədiyimiz
vəziyyət daha çox qısa cümlələr və həmin
cümlələrin mənası stansiyaya çataçatda
tez-tez əyləci basılan qatarın hərəkətinə
bənzəyən feillərlə ifadə edilir. Məsələn, "xıtılamaq". (...Əslində, Şəlalə düz deyirdi.
Evlənən gündən ürəkaçıqlığıyla
xeyrə-şərə getməmişdilər. Elə
hey titi-piti, borc-xərc, avtobusla utana-utana... Yenə
Feyzinin qarnına qaynar su doldu. Əyilib əyrimçəyə
dönmüş mühasib qadına nə qədər
xıtılanmaq olar? Pəncərənin
dar gözünə əyilib ay başlamamış avans istəməkdən
Feyzinin boynu dəvə boynuna dönmüşdü. Əyrimçə də bir üzünə
tüpürüb, o biri üzünə itin sözünü
deyəndən sonra pulu elə yerə qoyurdu ki, Feyzi zar-zor
götürə bilirdi).
Hekayədə bir məqam da var: demək olar eyni dərd, bir adamın ani
və naxələf sevincdən dərdə
"çapması" uzun çəkmədiyi
üçün eyni mətləb hər pasajda təkrar
edilir, bunu normal hesab etmək olar, çünki hekayə tipi
etibarilə "situativdir". Situasiyaların təkrarlanması
təhkiyədə "karusel effekti" yaradır. Ömrün fraqmentləri təsvir edilir, özü
də ixtiyari şəkildə, çünki bu ömrün məhz
ixtiyari qaydada təsviri onun mənasızlığını,
olub da bir məna verməməsini mükəmməl ifadə
edir. Bu fraqmentlər təhkiyə massivində
ümumiləşdirici fikrin - hekayəni sanki həmin məqamda
qapayan, onun son nöqtəsini qoyan pasajın yaranmasına imkan
verir. "...Feyzi üfüqə çox baxırdı,
istəyirdi, dünya göz qapağını tez
bağlasın. Gün çıxan kimi
bütün dərdləri aləmə faş olurdu. Amma kainat gözünü hey qapayıb
açırdı, Feyzini hər gün pərt edirdi".
Az qala arxaik məna ifadə edən feillərlə bu "təkrarlanmaq",
karusel ovqatı bədii mətndə personaj və hadisələri
seyr etmək anlamında ayrıca nəzər nöqtəsi
yaradır, biz həmin "pəncərədən"
baxıb insanların içindəki payızı, heç
zaman düzəlməyəcək yağışlı
havanı görür, gözlərimizi çəksək də
içdən gələn fəhmlə daha dərin qatlara
dalırıq.
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2022.-
8 oktyabr.- S.13.