Heç bilmirəm, payızın
neçənci yağışıydı,
Heç bilmirəm, oyunun neçənci dəqiqəsi.
Deyəsən, qol vurdular, sevinc səsləri coşdu,
Kimisə məyus etdi, kiminsə təntənəsi.
Həmişə belə olur, gedənlər udub gedər,
Qalanlara vətən də özgə meydançasıdı.
Qalanlar gedənlərin arxasınca
su atar,
Gedənlər qalanları sadəcə atıb gedər.
Qatarlar,
təyyarələr, gəmilər
bəxtiyardı,
Perronlar, duracaqlar, limanlar darmadağın.
Uçub
gedir yuvadan sarıdimdik balalar,
Havalar bəxtiyardı,
yuvalar darmadağın.
...Heç bilmirəm ömrümün neçənci
payızıydı...
Səhər Əhməd
Ədəbiyyat qəzeti.- 2022.-
8 oktyabr.- S.14.