Mən çaşıb qalmışam
Ağlatma sən məni bu gedişinlə,
Onsuz ağlayanı
çoxdu dünyanın.
Arada nəzər sal, yaxşılıq eylə,
Gülüm, öz hökmü var bil ki,
hər anın.
Səni
düşünürəm biləsən necə,
Bax, yenə
gözlərim buludlanıbdı.
Sənsiz
taleyimin boynu bükülü,
Sənsiz arzularım yetim qalıbdı.
Qış ötdü, yaz
keçdi, yenə gəldi yay,
Yenə də bəxtimə düşmədi bir pay.
Mən çaşıb qalmışam,
nə çəkdiyimi
Daha sən hesabla, daha özün say...
Belə vəfasızlıq olmaz,
biləsən
Sənin
sorağını özgədən
aldım,
Özgələr gətirdi xəbəri səndən.
Qəmimi
hesaba vurmaq istəsən
Xəbər al saçına tökülən
dəndən.
Gərək mən əzəldən
sonu biləydim,
Yolunu biləydim
ayrılıqların.
Biləydim, biləydim gələn
yolunu
Necə gözləyirlər vəfasız
yarın.
Biləydim yuxusuz gecələr
nədi,
Biləydim bu dərdi çəkirlər
necə.
Fəsillər üstünə dəyişik
gəlir,
Gecə
səhər olur, səhərlər gecə...
Belə
zülm etməzlər
adama, zalım,
Ötən hər dəqiqəm kədər gətirir.
Zaman adladıqca biləsən səndən
Özgələr bir özgə xəbər gətirir.
***
Baş aça bilmirəm dünya işindən,
Min fikir bir borcu ödəyə bilmir.
Nədəndi aləmə dərs
verən dilim
Özümə gələndə bağlanır,
dinmir...
Həyatın körpüsü haçalı
imiş,
Bilmirsən son anda hansın seçəsən.
Ürəyin gəlmir ki, boş qanunları
Alıb göz altına, üstdən keçəsən.
Bu ömür yolunu anlamaq çətin,
Qismətin nədisə yaşamalısan.
Bir insan ömrünün ağır yükünü
Gücün yetməsə də, daşımalısan.
Gərək bacarasan susmağı
belə,
Dilini dişinlə
sıxasan bəzən.
Çıxıb öz yolunla gedəsən elə,
Bilsən də nələrdi ruhunu əzən.
Tubu İMAN
Ədəbiyyat qəzeti.- 2022.- 8
oktyabr.- S.23.