Azalır
dünyanın havası
Azalır nəfəs-nəfəs.
Bu dünyaya bircə gün də
Tanrı bəndəlik eyləməz.
O qədər ölüb-dirildim
Ölmək də gəlmir ağlıma.
Dönsəm birinci olaram
Məni arxadan çağırma.
Bu dünyaya günahlarım
Mənimdimi ağlamadız.
O dünyaya günahlarım
Mənimdisə ağlamayın.
***
Soyunub qadınlığını
Qayıt həyatıma sirr gəl.
Qızların gözəl vaxtıdı,
Gözəllik suyuna gir gəl.
...Mənə görə getmədin ki,
Mənə görə gələsən.
Mələk də doğulmadın ki,
Hər gün bakirə gələsən.
Əllərin göy üzündədi
Çək gözlərindən yuxarı.
Sənə ən yaxın da mənəm,
Mənəm səndən ən uzağı.
Mən başqa adamam, Allah
Bir bax, sənə sirr açaram:
- Mən başqa adamam, Allah
...Bu dünyadan bir qaçaram -
Mən başqa adamam, Allah!
Yaratdığın hər şey yalan,
Yoxmu başqa
qövmu-filan.
Bir yol da bəndənə
inan -
Mən başqa adamam, Allah!
Torpaqdan
insan düzətdin,
Bəs nədən
şeytan düzəltdin.
De, başqa nə can düzəltdin...
Mən başqa adamam, Allah!
De sığarmı Aya dərdin
Yoxmu sənin
guya dərdin?
Çağır danış dünya
dərdin,
Mən başqa adamam, Allah!
De, lap gəldim cəhənnəmə
Cəhənnəmdən cəhənnəmə.
Cəhənnəm də cəhənnəmə
Mən başqa adamam, Allah!
Bura cənnət ... -
Ora cənnət
Çox gözəldi - yorar cənnət.
Bildiyimtək, dura cənnət
-
Mən başqa adamam, Allah!
Gəldik,
gedək ... pir deyil ki,
...Dünya daha sirr deyil ki!
Mənim
yerim yer deyil ki,
Mən başqa adamam, Allah!
Salam
Salam, Çinar ağacı,
Uca Çinar, Xan Çinar
Hay ver ucalığından.
Əsən yelə əyilmə,
Pay ver, ucalığından.
Gəldim
halallıq alım
Verim xəbər
- gedirəm.
Daha da ucalasan -
Deyə - Əsgər gedirəm.
Salam, Palıd ağacı,
...Bəlkə xatırlamırsan
Mən yazmışdım
sinənə.
O vaxt bir qız
sevərdim -
N yazmışdım sinənə.
Gəldim
üzr diləyəm,
Daha əsgərəm
mən də.
Sənin
qədər "qururlu"
"Dönüb" gələrəm kəndə.
Salam, Dəmirağacı!
Sən çox
qədimsən axı.
Bizim əcdadlar
qədər.
Söylə onda, bəs necə
Düşmən qaçıb birtəhər.
Qılınc altından keçib
-
Ya da - əyilib yenə.
O gün - bu gün
bəlkə də
Qisas qalıbdır
mənə.
Salam, Əncir ağacı.
Ehey, cənnət ağacı
Sən də var ol daima.
Sənlə sağollaşmıram
Bir bildiyim var amma.
Yolu cənnətdən keçər
Doğru
yoldan gedənlər
Cənnət müjdəçisidir
Axı bütün
ərənlər.
Sağ ol, Çinar ağac,
Sağ ol, Palıd ağacı,
Sağ ol, Dəmirağacı...
Mələklə söhbət
Sən ey mənim sirr
yoldaşım
Pisliklərə daxıl, Mələk.
İkimiz
bilən sirləri
Danışanda sıxıl, Mələk.
Yolunu buracaqsansa,
Bir hiylə quracaqsansa,
Üzmə, duracaqsansa
Düş çiynimdən yıxıl,
Mələk.
Məşhərimə gələrsən
ha
Susmaq lazım
- biləsən ha.
Tanrı
gülər, gülər
sənə -
Gülər sənə, paxıl Mələk.
Nədən susar bax o biri,
Nə zaman açılar dili?
İndi
mən ölü, sən diri,
Tökül görüm, tökül,
Mələk!
Lənkəran
Anar Seyidağa
Ədəbiyyat qəzeti.- 2022.-
8 oktyabr.- S.29.