Azərbaycan yenə də öz
tarixi
vəzifəsini yerinə yetirir
Nizami adına Ədəbiyyat İnstitutunun
Cənubi Azərbaycan
ədəbiyyatı şöbəsi
Mir Cəfər Pişəvərinin
indiyəcən çıxmış
kitablarına düşməyən
məqalələrindən ibarət kitabını çapa hazırlayır.
Bu məqalələr 1945-ci ilin sentyabrından sonra yazılıb
və yeni yaranmış Azərbaycan
Demokrat Firqəsinin proqram məqsədlərini,
İran tərkibində
yaradılacaq Muxtar Milli Hökumətin yaranma labüdlüyünü
əsaslandırır. Belə
məqalələrin 20-dən çoxu fars
dilində yazılmış
və Novruz imzası ilə firqənin buraxdığı
"Azərbaycan" qəzetində
çap olunmuşdur.
M.C.Pişəvərinin Azərbaycançı
mütəfəkkir kimi
bütün uzaqgörənliyini
əks edən həmin məqalələrdən
birini oxucularımıza
təqdim edirik.
İranın xudası onun bədbəxt və ağır günləri üçün Azərbaycan
oğullarını ümid
və nicat vəsiləsi etmişdir. Hər zaman
ki, İranı yoxluq və məhvolma təhlükəsi
təhdid edir, o, Azərbaycanın əli ilə fəlakətli uçurumdan nicat tapır.
Tarix təkrarən bu hadisəni nişan verib, onun ən kiçik
nümunəsi Azərbaycan
Demokrat Firqəsinin yaranmasıdır ki, 10-12 gün ərzində Azərbaycanın bütün
nöqtələrində ixtiyarı ələ alıb və hər gün ona sədaqətli
və fədakar imzaların sayı min nəfərlərlə artır.
Peysərliklər, söyüşlər, uyğun olmayan sözlər, xəyanətlər,
alçaltmalar, bilavasitə
toplanıb Azərbaycan
Demokrat Firqəsinin yaranmasına səbəb olub və bir
möhkəm və güclü yumruq kimi irticanın kəlləsinə dəyir
və o şəxslərin
gözləri ki, azərbaycanlını eşşəkdən
daha aşağı fərz edir və öz huy və həvəsi
ilə bizim müqəddəratımızı dəyişir onlar sıradan çıxacaq.
Azərbaycan - yəni o yer ki, Şeyx Səfiləri,
Şah Abbasları ətəyində böyüdüb,
o yer ki, onun torpağının və suyunun yetişdirdiyi övladlar iranlıların namus və şərafətini
hifz etnmişdir heç vaxt yox və əsir
olmayacaq. Onun sinəsində şölələnən vətənpərvərlik
atəşi heç bir zaman sönməyəcək,
"müstəvofhi"lərin, "fəhim"ilərin, "zovqi"lərin
əli bu müqəddəs atəşi
söndürüb, Azərbaycanı
boğmağı bacarmayacaq.
Azərbaycan öz yuvasını əziz canı kimi sevir, bu
səmimiyyəti, sədaqəti
bədbinlik və xəyanət kimi təbir və təfsir etmək istəyən kəslər
nadir olmayan yarasalardır,
onlar günəşin
nuruna baxar və nəticədə onun təhqirinə başlayarlar.
Azərbaycanın yalnız bir hədəfi vardır: Öz azadlığını
və İranın istiqlalını tələb
edir, siz nə qədər istəsəniz deyin, biz əvvəl Azərbaycanın
azadlığını, sonra
İranın istiqlalını
istəyənlərik. Bu müqəddəs
məqsədə nail olmaq
yolunda heç bir fədakarlıqdan və canfəda etməkdən təəssüf
etməyəcəyik. Biz bu
yolda müvəffəq
olacağıq, çünki
millət bizim arxamızdadır.
İranın bütün şəhər
və kəndləri Azərbaycana göz dikiblər, lor, qaşqay, türkmən, kürd, bəxtiyari hamısı
Azərbaycanın birinci
təkanına müntəzirdilər.
Əgər Azərbaycan azadlıq
yolunda bir addım atsa, bütün İran gurultulu sel kimi
təlatümə biryolluq
azadlıq bayrağını
qaldıracaq.
Biz nəhayətsiz xoşbəxtik
ki, belə bir tarixi vəzifəni
yerinə yetiririk və ilk dəfə o məsləki Azərbaycan
Demokrat Partiyası qoyur və ikinci
dəfə Səttar xan, Şeyx Məhəmməd yuvası
öz övladlarını
azadlıq yolunda fədakarlığa dəvət
edir.
Demokratik
dünyada, hətta Liviya dövlətinin oyanıb azadlıq istədiyi dünyada, Afrikanın qara dərililərinin də mədəniyyət və
dil azadlığını
tələb etdiyi dünyada bir neçə şəyatin
və şarlatanın
millətlərin təkamülünün
qarşısını almaq,
yenidən bizi əsarət zəncirinə
salmaq və öz kapitalını və sərvətini artırmaq üçün
bizimlə heyvan kimi rəftar etmək, ümumiyyətlə,
insanı istismar alətinə çevirmək
yolverilməzdir.
Biz azad yaranmışıq,
azad da yaşamaq
istəyirik, o kəslər
ki, bu əbədi
təbii qanuna müxalifdirlər, xəyal
edirlər onu aradan götürülüb
məhv ediləcəklər.
Bizim Azərbaycanın təklifləri
rədd etməsi xüsusunda mərkəz israr və tərslik
edir, həmin təkliflərin qəbulu
üçün həddən
artıq təşviq
və tərğib işi aparır, dünən bir teleqraf, bu gün
bəyanat, patiyanın
təşkili, ittifaq yaradılması, sabah əməli fəaliyyət. Xülasə mərkəzin israr
və tərsliyi müqabilində bizim fəaliyyətimiz.
Əziz
həmvətənlər, bizim
bir dəqiqəlik qəflətimizdən müxaliflər
bir il
müddətində istifadə
edəcəklər, huşyar
olun ki, ikinci dəfə papaq başımızdan getməsin.
"Azərbaycan"
Say 7, 28 şəhrivər
1324,
Novruz imzası ilə
Mir Cəfər
PİŞƏVƏRİ
Ədəbiyyat qəzeti.- 2022.- 15 oktyabr.- S.17.